Cümə axşamı günü, 12 noyabr 2026
     

BMT-nin mötəbər Şurası - İrəvanda Azərbaycan irsinə qarşı misilsiz cinayət törədilib...

Image


İrəvan şəhərində, eləcə də indiki Ermənistanın digər bölgələrində Azərbaycana aid tarixi irsin, maddi-mədəni dəyərlərin, abidələrin məhv edildiyi məlumdur. Tarixi dədə-baba torpaqlarımızda əsrlərdən bəri böyük mədəni irs formalaşırsaq da, təəssüflər olsun ki, torpaqlarımızda qurulan Ermənistan dövləti soydaşlarımızı öz yurdlarından deportasiya edib. Bundan sonra isə kütləvi olaraq kultursid törədiblər.

Azərbaycan 35 ilə yaxındır ki, bu problemi beynəlxalq aləmə daşıyır, amma təəssüf ki, buna görə Ermənistana bir söz belə deyən olmayıb. Amma son vaxtlar deyəsən bu sahədə buzlar əriməkdədir. Belə ki, BMT-nin İnsan Haqları Şurasının 51-ci ümümi müzakirələr sessiyasında İrəvanda Azərbaycanın tarixi, dini və mədəni abidələrinə qarşı vandalizm aktları törədildiyinə diqqət cəlb edilib.

Mətbuat xəbər verir ki, Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun (International Institute for Rights and Development-Geneva, IRDG) nümayəndəsi Asmita Baidya çıxışı zamanı bildirib ki, XIX-XX əsrlərdə yerli azərbaycanlı əhalisi zorla deportasiya edilən İrəvan şəhərində Azərbaycan irsinə qarşı misli görünməmiş şəkildə mədəni soyqırımı törədilib. IRDG təmsilçisi vurğulayıb ki, İrəvanda dövlət tərəfindən təşkil edilmiş mədəni vandalizm şəhərin azərbaycanlılara məxsus olmasına dair bütün maddi sübutları məhv etməyə yönəlmiş genişmiqyaslı anti-Azərbaycan kampaniyasının tərkib hissəsi olub: “XX əsrin əvvəllərində İrəvan vilayətinin (müasir İrəvan) ərazisində 310 məscid qeydiyyata alınsa da, bu gün şəhərdə yalnız bir məscid – Göy məscid qalıb. Məscidin təhrif edilməsinə və dağıdılmasına baxmayaraq, “Göy məscid” Azərbaycan dilində belə adlanır”.

Asmita Baidya xatırladıb ki, ermənilər XX əsrdə üç dəfə Göy məscidin binasını yandırıblar və bu vandallıq aktları 1918, 1955 və 1988-ci illərdə yerli azərbaycanlıların xüsusi zorakılıqla şəhərdən qovulması ilə eyni vaxtda baş verib. Ermənistanın Göy məscidi İrana 99 il müddətinə icarəyə verdiyinə diqqət cəlb edilib.

Sonda qeyd edilib ki, İrəvanda Azərbaycanın mədəni irsinin təhrif edilməsi təkcə məscidlər arasında deyil, xalqımıza məxsus digər artefaktlarla bağlı da müşahidə olunur: “Bu vandalizm aktları beynəlxalq humanitar hüququn, o cümlədən UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası və onun iki Protokolu kimi normativ sənədlərin, habelə 1970-ci il Konvensiyasının kobudcasına pozulmasıdır”.

  • “Dünya görsün ki, faktiki olaraq İrəvan şəhərinin özündə belə, tamamilə Azərbaycan türklərinin izlərinin silinməsi halları baş verib”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov mövzu ilə əlaqədar “Bakı-Xəbər”ə bildirib ki, son zamanlar bu istiqamətdə başlanan proses çox müsbətdir: “Son zaman Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən dağıdılması ilə bağlı müəyyən beynəlxalq təşkilatların nümayəndələrinin çıxış etməsi müsbət haldır. Bu məsələ barədə neytral şəxslərin danışması, sözsüz ki, işimizin xeyrinədir. Dünya ictimaiyyəti Ermənistanın Azərbaycan irsinə qarşı törətdiyi kultursidi başqalarının dilindən eşidərsə, buna daha cəld reaksiya verə bilər. Bütövlükdə, dünyanı erməni yalanlarından xilas etmək lazımdır.

Ümumilikdə götürəndə bəli, indiki Ermənistan ərazisində, yəni tarixi Qərbi Azərbaycanda mədəni irsimizin dağıdılması ilə bağlı çox ciddi sübutlar, faktlar var. Dünya görsün ki, faktiki olaraq İrəvan şəhərinin özündə belə  tamamilə Azərbaycan türklərinin izlərinin silinməsi halları baş verib. Ordakı tarix-mədəniyyət abidələrinin, yaşayış yerlərinin yox edilməsi yeni erməni  "tarixinin" yaradılması ilə bağlıdır. Ermənilər Cənubi Qafqazda özlərinin yeni tarixini yaratmaq üçün bu cür iyrənc əməllərə, cinayətlərə əl atıblar. Çünki ermənilər Cənubi Qafqazın yerli sakinləri deyil, onlar bura Türkmənçay müqaviləsindən sonra kütləvi olaraq köçürülüb. Həmin dövrdən bizim torpaqlarda ermənilərin məskunlaşdırılmasına başlanılıb. Bundan sonra ermənilər Qafqazda tarixi köklərinin çox "qədim" dövrlərə getdiyini irəli sürür, müxtəlif uydurma mülahizələr yürüdürlər. Bunu "sübut etmək" üçün vandalizmdən istifadə edirlər və bizim abidələrə qarşı həm vandal münasibət sərgiləyirlər, həm də onları saxtalaşdırırlar. Bu baxımdan, indiki Ermənistanda Azərbaycan xalqına aid 3 mindən çox mədəni irs nümunəsi dağıdılıb. Bunun sayının daha çox olması istisna deyil, dediyim rəqəm bizə məlum olan təqribi saydır. Bu rəqəm, bu say bir neçə dəfə də arta bilər. Əlimizdə olan məlumatlara görə, 391 məscidimiz, o cümlədən türbələrimiz, tarixi əhəmiyyətli qəbiristanlıqlarımız, eləcə də son 50-60 ilə aid məzarlıqlarımız, xristianlıq dövrünə qədərki və xristianlıq dövrünə mənsub tarix mədəniyyət abidələrimiz və başqaları məhv edilib. Təsəvvür edin ki, alban dövrü abidlərimizə qarşı kütləvi saxtalaşdırma kampaniyası aparılıb”.

F.İsmayılov hesab edir ki, Ermənistanın Azərbaycan irsini məhv etməsi ilə bağlı  BMT-də məsələ qaldırılmasının, məruzə edilməsinin faydası var, əgər obyektiv yanaşma olarsa Ermənistana ağır sanksiyalar tətbiq olunmalıdır. “Amma inanmıram ki, Ermənistan hansısa formada cəzalandırıla. Yaxud bu ölkəyə sanksiya müəyyənləşdirilsin və tətbiq edilsin. Açığı, gözləmirəm. Ona görə ki, son 30 ildə BMT-nin qərarları olub və o qərarlarda Ermənistanın Azərbaycan ərazilərini boşaltması, təcavüzkar qoşunlarını çəkib aparması əks olunub. Ermənistan BMT-nin 4 məlum qətnaməsini yerinə yetirmədi, onların icrasına belə təşəbbüs göstərmədilər. Azərbaycan isə 44 günlük müharibə ilə həmin qətnamələri icra etdi, bunu təkbaşına həyata keçirdi, qələbə qazandı. Bu baxımdan, problemin BMT kürsüsündən dünya ictimaiyyətinə təqdim edilməsi vacibdir, ən azından dünya bu ölkənin vandalizmini, mədəni irs cinayətlərini görə bilər. Amma sanksiyanın tətbiq ediləcəyi gözlənilən deyil. Hələ heç UNESCO-nun missiyası da gəlib çıxmayıb...” - deyə F.İsmayılov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ