Xocavənd rayonunun Edilli kəndində insan sümüklərinin aşkarlanması və bunun Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi qətliam olması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə məlumat verilib.
Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.
O bildirib ki, bununla bağlı digər lazımi təşkilatlar da məlumatlandırılıb, lakin hələlik hansısa nəticə yoxdur.