Cümə axşamı günü, 12 noyabr 2026
     

Dini və milli tolerantlıq azad edilmiş Qarabağda dövlət siyasətinin əsas məqsədidir...

Image


Müxtəlif xalqların və dinlərin nümayəndələrinin əminamanlıq, sülh və rifah içində yaşadığı Azərbaycan tolerantlığın və multikulturalizmin ünvanlarından biri olaraq səciyyələndirilir.

Şərqlə Qərbin qovşağında yerləşən, ayrı-ayrı mədəni dəyərləri əks etdirən Azərbaycan palitrasında dini müxtəliflik də öz ifadəsini tapır. İndiyə qədər ölkəmizin ev sahibliyi ilə keçirilən müxtəlif profilli beynəlxalq tədbirlərdə, ayrı-ayrı platformalarda tolerantlığın və multikulturalizimin Azərbaycan nümunəsi, modeli təqdir edilib, bəyənilib.

  • Dövlətimizin müsəlman və xristian abidələrinin bərpasına eyni səviyyədə yanaşması...

Uzun illər Ermənistanın təcəvüzkarlıq siyasətindən əziyyət çəkən Azərbaycan dövləti  monoetnik və faşist dövlətin ərazilərimizdə törətdiyi mədəni irs cinayətləri ilə də qarşılaşıb. Torpaqlarımız düşmən işğalından azad edildikdən sonra kəndlərimizdə, qəsəbə və şəhərlərimizdə mövcud olmuş mədəni-dini abidələrin dağıdıldığının, məhv edildiyinin şahidi olduq. Gördüyümüz mənzərədən dəhşətə gəldik.  Özlərini xristian təəssübkeşi kimi qələmə verməkdə iddialı olan Ermənistan Qarabağda və ətraf rayonlardakı xristianlıq dövrü Azərbaycan dini abidələrinə qarşı da vandalizm aktları törədiblər. Təbii ki, müsəlman dini ibadət yerlərində, məscidlərdə də analoji vandal aktları həyata keçiriblər. Məsələ burasındadır ki, Ermənistan törətdiyi bu müharibə cinayətlərinə görə hələ hər hansı bir təzminat ödəməyib. Əlbəttə, bu yaxın gələcəkdə beynəlxalq məhkəmələrdə çözüləcək. Amma fakt budur ki, azad ərazilərimizdə həm müsəlman, həm də xristianlıq dini abidələrinin bərpası ilə birbaşa Azərbaycan özü məşğul olur. Dövlətimizin müsəlman və xristian abidələrinin bərpasına eyni səviyyədə yanaşması Azərbaycandakı tolerantlığın göstəricilərindən biridir. Dini abidələrin bərpası sahəsində həyata keçirilən tədbirlərin çox böyük əhəmiyyəti var. Biz vaxtilə Ermənistanın dağıtdığı, məhv etmək istədiyi abidələrin Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edildiyini görürük.

Xatirinizə gəlirsə, 2021-ci ilin dekabrında  Heydər Əliyev Mərkəzində “İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər” mövzusunda "dəyirmi masa" da keçirilmişdi. Həmin tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov diqqət çəkən fikirlər səsləndirirdi: “...Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar...”

  • “Azərbaycan dövləti fərq qoymadan bərpa prosesini həyata keçirir”

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan dövləti müsəlman və qeyri-müsəlman abidələrinə fərq qoymadan onların hamısını bərpa etmək iradəsini ortaya qoyub. O qeyd etdi ki, Azərbaycan dövlətinin əsas hədəflərindən biri işğal dövründə erməni vandalizminə məruz qalan həm müsəlman, həm də xristian dini məbədlərini, məscidləri əsaslı şəkildə bərpa etməkdir. Dövlətimizin bu işi böyük uğurla həyata keçirdiyini deyən müsahibimiz qeyd etdi ki, Azərbaycan bunu beynəlxalq aləmdən maliyyə dəstəyi almadan edir. “Bilirsiz ki, işğalda olan torpaqlarımız azad olunandan sonra orada bizim bir çox tarixi məbədlərimiz, abidələrimiz, məscidlərimiz bərpa edilməyə başladı. Bunların içində əsasən alban - udi kilsəsinə aid olan abidələrimiz də var, eyni zamanda  məscidlərimiz də mövcuddur. Həm xristian, həm də islam abidələrinin bərpasında Azərbaycan dövləti fərq qoymadan bərpa prosesini həyata keçirir. Azərbaycan heç bir ölkədən, müsəlman və xristian dünyasından kömək ummadan, gözləmədən bu işləri həyata keçirir. Zatən, müsəlman və xristian ölkələri də bu məsələdə Azərbaycana hər hansı bir yardım göstərmirlər. İndi burada müəyyən istisnalar ola və qardaş ölkələr dəstək verə bilər. Bu hal da mümkündür. Amma böyük ölçüdə müsəlman və xristian ölkələri maliyə dəstəyi və s vermir.  Bunun da öz səbəbləri var. Azərbaycan həmişə tolerantlığı yaşadıb və  qeyri - müsəlman dinlərə münasibətdə də nümunəvi davranış göstərib. Azərbaycan dini abidələrin bərpasında hər zaman aktivlik göstərir. Hətta Paris Notr Dam kilsəsinin bərpasında da Azərbaycan öz səylərini göstərib. Orada iştirak edib.  Amma son dönəmdə Fransanın Qarabağ məsələsində Azərbaycana qarşı münasibətini, bizə qarşı şər-böhtan kampaniyasını  hər birimiz təəssüflə müşahidə etdik”.

  • “Azərbaycan dövləti həm məscidləri, həm də kilsələri təmir-bərpa edir”

Azad edilmiş ərazilərdəki həm xristian, həm də müsəlman dini ocaqlarının, kilsələrin, məscidlərin Azərbaycan xalqına aid olduğunu deyən T.İrfanın sözlərinə görə, Azərbaycan həmişə tolerantlığı yaşadıb. “Azərbaycan dövlətinin özünün maddi resursları var və maddi baxımdan başqalarının köməyinə elə də ehtiyac yoxdur. Azərbaycan dövləti həm məscidləri, həm də kilsələri təmir-bərpa edir. Bu çox gözəl addımdır. Erməni vandalizminə məruz qalan abidələrimizin hamısının dünyada tanıdılması və erməni vandalizminin nə olduğunu beynəlxalq aləmə təqdim edilməsi, bu işin davamlı görülməsi çox vacibdir. Müəyyən xristian və müsəlman dövlətləri bu sahədə aktivlik göstərməlidir. Azərbaycana ən azından təbliğat məsələsində dəstək göstərilməlidir” - deyə T.İrfan qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ