Cümə axşamı günü, 12 noyabr 2026
     

Aİ Ermənistana indi də 400 müşahidəçi göndərəcəyini bildirdi, Kreml qəzəblidir...

Image


Ermənistan-Azərbaycan sərhədinə gələcək Avropa İttifaqının (Aİ) mülki missiyası ilə bağlı hadisələrin inkişafı getdikcə daha maraqlı xarakter alır. Əvvəla belə görünür ki, bu missiyanın sayı gözlənildiyindən xeyli çox olacaq. Halbuki, ilk əvvəl onların sayının 50 nəfər olması gözlənirdi.

Xatırladaq ki, bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı  Prezident İlham Əliyev bir sıra mühüm açıqlamalr vermişdi: “Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa prezidenti, Avropa İttifaqı Şurasının prezidenti, Ermənistanın baş naziri və Azərbaycan prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək”. Bu açıqlamadan göründüyü kimi, mülki missiya üzvlərinin sayı 50 nəfər olmalı idi. Amma indi bəlli olur ki, Avropa İttifaqının Ermənistan ərazisindəki mülki missiyasına ilkin olaraq 400-ə yaxın müşahidəçi cəlb ediləcək. Rusiyanın rəsmi TASS agentliyinin məlumatına əsasən, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi danışıb. Onun sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Lüksemburqda planlaşdırılan görüşündə  Azərbaycan-Ermənistan sərhədindəki problemlərin həllinə yardım etmək üçün mülki missiya təsdiqlənəcək. Diplomatın sözlərinə görə, hələlik təfərrüatlar yoxdur: “Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək”. Bu sayda mülki missiya nümayəndəsinin regiona gəlişi burada Aİ-nin başqa planlarından xəbər verir. Təbii ki, Rusiya bundan narazı qalacaq. Məsələ ilə bağlı “regnum.ru” portalı “Rusiyanın Zaqafqaziyada gecikməməsi vacibdir” başlıqlı məqalədə yazır ki, Avropa Ermənistan-Azərbaycan sərhədində Aİ-nin mülki missiyasının başladığını elan edib. Missiya bu ay işə başlayacaq və mandat müddəti iki ay ilə məhdudlaşır. Eyni zamanda xüsusi vurğulanıb ki, Ermənistan mülki missiyanı dəstəkləməyə, Azərbaycan isə özünə aid olduğu qədər onunla əməkdaşlıq etməyə razılaşıb. Bu isə o deməkdir ki, son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaları dayandırmaq Rusiyanın fəal iştirakı sayəsində mümkün olsa da, Moskvanın iştirakı olmadan belə bir qərar qəbul edilib.  Bu mənada, Kremlin məsələyə praktiki müstəvidə də sərt reaksiya verəcəyi gözlənilir.

Məsələ ilə bağlı Ermənistanın Rusiyaya bağlı siyasi qüvvələri də rəsmi İrəvana xəbərdarlıq edirlər. Ermənistanın Respublikaçılar partiyasının Ali orqanının nümayəndəsi Eduard Şarmazanov qeyd edir ki, Nikol Paşinyan iqtidarının Qərbə güvənib Rusiyaya arxa çevirməsi axmaqlıqdır: “Düz 2 il əvvəl Nikol Paşinyanla müharibənin qızğın vaxtında tanış oldum. Dedi ki, vəziyyət pisdir. Dedim, müharibəni kim dayandıra bilər? Dedi ki, ABŞ-ın başı seçkilərə qarışıqdır, Fransanın nüfuzu Türkiyəyə təsir etmək üçün kifayət deyil, fikrimcə, Rusiya dayandıra bilər. Dedim get və müttəfiqimizdən müharibəni dayandırmasını xahiş et. Etmədi. Oktyabrın 19-da Putinin təklifinə qulaq asmadı və müharibəni dayandırmadı, Hadrutu, Şuşanı və minlərlə yeni qurban verdi. NATO, Aİ və Qərb 2020-ci ildə bizə kömək edə bilmədilər, indi də kömək etməyəcəklər. Qərbin məqsədi Nikolun əli ilə rusları bölgədən çıxarmaqdır, amma hər ikisi mənim gözümdə “yeni mavi” olacaq. Rusiyanın arxasında “oyun oynamaq” bizim dövlət maraqlarımıza uyğun deyil. Nəhayət başa düşün. Sonra qatar yola düşəcək, gec olacaq”. “7or.am” nəşri isə etiraf edir ki, Ermənistanda anti-Rusiya isteriyası artıb: “ Dövlət və qeyri-dövlət efirlərindən, hökumətdən maliyyələşən saytlardan və başqa yerlərdən anti-Rusiya küfrləri eşidilir. Bu barədə danışanlar az olsa da, səs-küy yüksəkdir, çünki dövlət, daha doğrusu, hökumət himayəsindən zövq alırlar”. Nəşr qeyd edir ki, Paşinyanın 5-ci kolonunun ifşa olunmuş nümayəndələri Gümrüdəki 102-ci hərbi bazanın qarşısında “KTMT-dən çıxmaq” şüarı ilə mitinq təşkil edir: “Başqalarını isə Rusiyanın Ermənistandakı səfirliyi qarşısında mitinqə və Ukraynaya dəstək verməyə göndərirlər. Bu günlərdə Nikol şəxsən hökumət binasında bir neçə nəfəri anti-Rusiya mitinqinə çağırıb, anti-Rusiya xadimləri ilə görüşüb yanında əyləşdirib. Onların əksəriyyəti hər gün Rusiyanı təhqir edir və bu prosesdə Nikoldan bəlkə də yeni tapşırıqlar almaq üçün görüşürlər. Bu məsələdə, əlbəttə ki, Nikol tək deyil. O, Qərbdəki qüvvələrlə birlikdə işləyir, çünki anti-Rusiya kampaniyasından əsas faydalananlar onlardır. Nikolun motivasiyasına gəlincə, o, şəxsi təhlükəsizlik məsələlərini həll edir və özünü xilas edir. Özü anti-Rusiya addımları atır və bunun Ermənistana zərər verəcəyini çox gözəl bilir, amma yenə də bu yolla gedir”. Nəşr bildirir ki, Ermənistana Aİ-nin mülki missiyasını gətirməklə Paşinyan Kremli daha da qəzəbləndirib.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ