Cümə axşamı günü, 12 noyabr 2026
     

“Böyük Qayıdışdan sonra Füzulini yeni həyat gözləyir” - Vüqar Rəhimzadə

Image


“27 Sentyabr -Anım Günündən, yəni 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı  tarixdən etibarən 44 günün hər anı Azərbaycan tarixinə 30 il işğal altında olan şəhərlərimizin,  qəsəbələrimizin, kəndlərimizin və strateji yüksəkliklərimizin azad edilməsi tarixi kimi yazıldı. Bu tarixləri qeyd edərkən Azərbaycan Ordusunun  qəhrəmanlığından, şücaətindən bəhs etməmək mümkün deyil.

Rəşadətli ordumuz 44 gündə elə bir tarix yazdı ki,  xalqımız 30 il bu sevinci yaşayacağı anı səbirsizliklə gözləyirdi. Heç zaman ümidini itirməyən xalq  dövlət başçısı İlham Əliyevin hər bir vədinin konkret əməli işdə təsdiqini tapmasını görür və bu fonda  torpaqlarımızın da tarixi sahibinə qovuşacaqları günün uzaqda olmadığına tam əminlik nümayiş etdirirdilər.  Müzəffər Ali Baş Komandan İlham Əliyev qaçqın və məcburi köçkünlərlə hər görüşündə daim bu fikri onlara çatdırırdı ki, sizin üçün yaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə işğaldan azad edilmiş torpaqlarımız azadlığına  qovuşacaq, soydaşlarımızın pozulmuş hüquqları bərpa ediləcək və siz hamılıqla öz doğma yurd-yuvalarınıza qayıdacaqsınız.  Hazırda bu fikir də bir reallıq kimi  qeyd edilir ki, dövlət başçısı İlham Əliyevin  prezidentliyinin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə  hazırlıq dövrü kimi xarakterizə olundu.  Biz Qarabağa və Şərqi  Zəngəzura qayıtdıq. Bu qayıdış böyük səylərin, qətiyyətin, real  faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətin,  müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun güclənməsinin nəticəsidir.  Ən yüksək tribunalardan səslənən  “Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə  hərb variantına üstünlük veriləcək” bəyanatı da ordumuzun gücünə əsaslanırdı.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

1993-cü il avqustun 23-də erməni hərbi birləşmələrinin  Füzuli şəhərini, Horadiz qəsəbəsini və rayonun 82 kəndini işğal etdiyini, soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin salındıqlarını  vurğulayan  YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  ordu quruculuğu sahəsində atılan addımlar öz real nəticəsini verdi: “1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.”

Vüqar Rəhimzadə qeyd edib ki,  Müzəffər Ali Baş Komandan  İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində  bu xoş xəbəri özünün “Twitter” səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Füzulidə Azərbaycan Bayrağını qaldırdı. Füzuli bizimdir. Qarabağ Azərbaycandır!” Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi. Ümumilikdə Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi azadlığına qovuşub.  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub”.

“Qarabağımızın digər  bölgələri  kimi, Füzuliyə də həyat yenidən qayıdır”  söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  işğaldan azad edildikdən sonra burada quruculuq-bərpa  işlərinə start verildi: “İlk olaraq ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə başlanıldı.  Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Tarixi Zəfərdən sonra 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər.  Dövlət başçısı Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu.  Dövlət başçısı İlham Əliyevin hər bir səfəri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyev Füzuli rayonunda  Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. Ölkə Prezidenti  “Füzuli” yarımstansiyasının açılışında iştirak edib.”

Vüqar Rəhimzadə bərpa-quruculuq işləri çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın dünyaya açılan   hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da aeroportların tikintisini də xüsusi qeyd edib: “Ötən il oktyabr ayının 26-da  iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Bu mühüm hadisə  özündə bir sıra mühüm məqamları, çağırışları ehtiva edir. Bu, “Bir millət, iki dövlət”in  qardaşlığının, dostluğunun, müttəfiqliyinin , hər zaman biri-birinin yanında olmasının dünyaya təqdimatı oldu. O da məlumdur ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən, həmçinin Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşu  həyata keçirən, xarici ölkənin dövlət başçısıdır. Yaxın günlərdə Zəngilan Beynəlxalq Hava Limanının da açılışı olacaq. Atılan bu addımlar, ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərəcək. Füzuli aeroportu işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından da olduqca faydalıdır və bu prosesin sürətlənməsinə yeni imkanlar yaradacaq. O da məlumdur ki, ötən il Zəfər yolu istifadəyə verildi. Bu yolun böyük rəmzi mənası vardır. Çünki Füzuli-Şuşa yolu Azərbaycan Ordusunun Şuşa əməliyyatına şahidlik etdi”.

YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb ki, hazırda  bütün işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni mərhələsindədir. Şəhərlərimizin, kəndlərimizin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən qurulması həyata    keçirilir. “Ağıllı kənd” layihəsi çərçivəsində Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in yaradılmasına başlanılıb. Həmçinin rayonda  Memorial Kompleksin, Füzuli  şəhərinin təməli qoyulub.

Vüqar Rəhimzadə diqqəti  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra Füzuliyə səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra ifadə etdiyi əminliyə yönəldib: “Ölkə Prezidenti bildirdi ki, bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik.  Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan Bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli Bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”    

YAP Xətai rayon təşkilatının sədri topraqlarımızın işğaldan azad edilməsindən ötən iki ildə görülən bərpa-quruculuq işlərinin miqyasının genişliyindən qürur hissi keçirdiyini bildirib: “Bu mühüm sahədə reallaşdırılan tədbirlər Böyük Qayıdışımızın tezliklə tam şəkildə həyata keçiriləcəyinə əminliyi artırır. Böyük Qayıdışdan sonra Füzulini yeni həyat gözləyir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ