Cümə axşamı günü, 12 noyabr 2026
     

Təcili xəbər – İrəvan və Xankəndi üz-üzə durdu, "taleyimizə aydınlıq gətirin"...

Image


Son günlər tez-tez erməni mediasında Qarabağda yaşayan ermənilərə rəsmi İrəvanın münasibətinin əvvəlki kimi olmadığını ifadə edən yazılar yer alır. Qeyd edilir ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti olaraq məsuliyyət zonasında olan ərazidə yaşayan ermənilərə, separatçı kəsimə Ermənistan hökumətinin münasibəti pisdir.

Xankəndi ilə İrəvanın arasında ciddi problem yaşandığını yazan erməni mediası vurğulayır ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq Xankəndidən gələn “nümayəndə heyəti”ni qəbul etmir, onlara “öz başınızın çarəsinə özünüz qalın” mesajını verir.

Ermənistanda nəşr olunan “Joqovurd” qəzetinin yazdığına görə, Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndidəki separatçı rejimin nümayəndələri ilə görüşdən imtina edir.

Qəzet Paşinyanın  Xankəndidən gələn telefon zənglərini də cavabsız qoyduğunu bildirir: “Keçən həftə Xankəndidə başlayan etiraz aksiyalarından sonra orada yaşayan ermənilər tələb edirlər ki, Ermənistan rəhbərliyi qəfil sülh müqaviləsi imzalamaq qərarına gəlsə, onların taleyinin necə olacağına bəri başdan aydınlıq gətirsin. Bundan sonra məsələnin aydınlaşdırılması üçün Xankəndidən İrəvana nümayəndə heyəti gəldi. Amma nümayəndə heyətini İrəvanda qarşılayan olmadı. Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gündür ki, Xankəndidən gələn nümayəndələrlə görüşməkdən qəti şəkildə imtina edir, onların telefon zənglərinə belə cavab vermir. Bu günlərdə təkcə Araik Arutyunyanı qəbul edən Paşinyan aşkar şəkildə görüşdən boyun qaçırır, görünür, onlardan nəyisə gizlədir”.

  • “Mənim gəldiyim qənaət budur ki, Paşinyan artıq Araikə “gedin Azərbaycana tabe olun” mesajını verib”

Müstəqil.az-ın baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, baş verənlər gözlənilən idi və təbii qarşılanmalıdır. “Paşinyanın separatçılarla görüşdən imtina etməsi, onlarla müzakirə aparmaması təbii qəbul edilməlidir. Əslində, bu gözlənilən idi. Xankəndidəki separatçılar, eləcə də kütlə  Ermənistanın baş nazirinin son gedişlərindən narazı qalıb və onlar Paşinyanı bu fikirdən daşındırmaq üçün onunla görüşə can atırlar. Separatçılar ümid edirdilər ki, Paşinyana təsir edə bilərlər, amma son müşahidələr göstərir ki, artıq iş-işdən keçib. Separatçılar və sadə ermənilər indən sonra talelərinin necə olacağını bilmək istəyirlər və bu üzdən Paşinyanla görüşə “nümayəndə heyəti” göndəriblər. Paşinyanın da ancaq Araiki qəbul etdiyi deyilir. Paşinyan hökumətinin separatçılara bu cür münasibəti dünyadakı erməni lobbisini də ciddi narahat edir. Belə görsənir ki,  Paşinyan artıq bu addımı ilə separatçılara “Ermənistanın Qarabağa heç bir iddiası yoxdur, gedin, Azərbaycan dövlətinin vətəndaşları kimi yaşayın” demək istəyib. Artıq Ermənistan əhalisi də müharibədən bezib və uşaqlarının yad torpaqlarda ölməsini istəmirlər, bu səbəbdən daxildə də Paşinyana “Azərbaycanla sülh bağla” kimi çağırışlar edilir. İnanmıram ki, Paşinyan beş-üç separatçının sözü ilə yenidən Azərbaycanın daxili işinə qarışsın, sülh danışıqlarını pozmaq üçün addım atsın. Paşinyan bilir ki, bu dəfə də revanşizmə rəvac versələr Ermənistanı dövlət kimi hansı aqibət gözləyir. Bu baxımdan istəyir ki, Ermənistanı məhv olmaqdan qorusun. Mənim gəldiyim qənaət budur ki, Paşinyan artıq Araikə “gedin Azərbaycana tabe olun” mesajını verib”.

F.Balabəylinin qeyd etdiyinə görə, Xankəndidəki ermənilərin “bizim taleyimizə aydınlıq gətirin” çağırışlarına da Paşinyan əhəmiyyət vermir və bu davranışı ilə onların Ermənistan üçün maraq kəsb etmədiyini bəyan edir. Ermənistanın üçtərəfli bəyanatın müvafiq bəndələrini tezliklə icra etməli olduğunu vurğulayan F.Balabəylinin sözlərinə görə, onlardan biri də bu ölkənin qanunsuz silahlı birləşmələrin Xankəndidən, Qarabağdan çıxarması ilə bağlıdır ki, Paşinyan bu barədə göstəriş verməlidir. Ermənistanın baş nazirinin Azərbaycan prezidentinin son bəyanatlarından nəticə çıxarmalı olduğunu deyən F.Balabəyli hesab edir ki, Ermənistan hökumətinin Qarabağdakı ermənilərə hər hansı bir jesti olarsa, bu, ölkənin Azərbaycanın daxili işinə qarışması kimi qiymətləndiriməlidir.  “Əlbəttə, Paşinyan dərk etməlidir ki, Qarabağdakı ermənilərə hər hansı bir jesti, münasibəti Azərbaycanın daxili işlərinə qarışmaqdır. Cənab Prezident açıq  şəkildə “Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də, başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib” bəyanatını verdi. Azərbaycan Prezidentinin Qarabağda yaşayan ermənilərlə bağlı verdiyi bəyanatdan Paşinyan da öz dərsini götürüb və bu üzdən separatçıların “nümayədə heyətini” qəbul etməkdən imtina edib. Qarabağdakı ermənilər Azərbaycanın suveren ərazisində yaşayırlar və onların gələcəyi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti verə bilər”-deyə F.Balabəyli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ