Üç gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpus, xarici və yerli media nümayəndələrinin Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
“Biz bunun həyəcanını yaşayırıq”, -deyə o əlavə edib.