çərşənbə günü, 16 sentyabr 2026
     

Vüqar Rəhimzadə: "Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz"

Image


“Tarixi Zəfərimiz başa çatdıqdan sonra Azərbaycan bölgədə  davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Avropa İttifaqının bu prosesdə vasitəçiliyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir.  Avropa İttifaqı Şurasının  Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə  bir neçə görüşünün keçirilməsi və gələn ay növbəti görüşün nəzərdə tutulması  bu danışıqların nəticə verəcəyinə inamdan xəbər verir.

Belə ki,  Azərbaycanın irəli sürdüyü 5 təklif əsasında sülh müqaviləsinin imzalanacağına  ümidlər artıb.  Azərbaycan 10  noyabr   2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yüksək səviyyədə yerinə yetirir və Ermənistandan da eyni addımları tələb edir. Təəssüflər olsun ki, işğalçı dövlətdə revanşist qüvvələr baş qaldıraraq  sülh müqaviləsinin imzalanmasına mane olmağa cəhdlər edirlər.  Dövlət başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr «Dəmir yumruğ»u  unutmamalıdırlar. Hazırda  postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsi ilə bağlı dünya güclərində də fərqli yanaşmalar diqqətdən kənarda qalmır.  Bir sıra dövlətlər sözlə əməl birliyini nümayiş etdirərək  bölgədə sülhün və təhlükəsizliyin yaradılması prosesinə dəstəklərini göstərməyə çalışır, digər qisim isə, xüsusilə Fransa kimi ermənipərəst mövqeli, hər zaman erməni sevgisini ortaya qoymaqdan çəkinməyən   bəzi güclər  sözdə  Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı olduqlarını bildirsələr də  real addım atmaq zamanı gəldikdə tamamilə fərqli yanaşma ortaya qoyurlar. Bu günlərdə dünyanın diqqəti Praqaya yönələn zaman ənənəyə uyğun olaraq keçirilən  üçtərəfli görüşə Fransa Prezidenti Emmanuel Makronun da tərəf kimi qatılması müxtəlif  sualların yaranmasına səbəb oldu. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə   Azərbaycana qarşı qərəzli mövqeyi ilə  diqqətdən kənarda  qalmayan  Fransa nədənsə birdən-birə  “ədalət donunu” geyinib Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etmək fikrinə düşdü. Maraqlı  deyilmi?”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Fransa Prezidenti Emmanuel Makron “France2” telekanalına müsahibəsində səsləndirdiyi fikirləri ilə əslində rəsmi  Parisin hansı mövqedə olduğunu bir daha ortaya qoydu: “Makron sözügedən müsahibəsində heç bir konkret fakta əsaslanmayan,  absurd  fikirləri ilə   həqiqəti inkar etməyə çalışdı. Hazırda bütün dünyanın gözü qarşısında baş verən  reallıqları  yalanları ilə ört-basdır etməyə çalışan Fransa Prezidenti etiraf etdi ki, ölkəsi  beynəlxalq hüququn, haqqın-ədalətin deyil, terror dövləti olan Ermənistanın tərəfindədir. Fransa kimi beynəlxalq hüququ maraqlarının arxasında əridən dövlətlərin dəstəyinə arxayınlığın nəticəsi idi ki, Ermənistanın baş naziri 44 günlük İkinci Qarabağ müharibəsi dövründə geniş auditoriya qarşısında   beynəlxalq hüququn mövcudluğunu şübhə altına alaraq, jurnalistin bununla bağlı sualını gülüşlə qarşılamışdı. Bu, başadüşülən idi. 30 il beynəlxalq hüququ kobud şəkildə pozduğuna, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyinə görə heç bir təzyiqlə üzləşməyən, sanksiyalar tətbiq olunmayan Ermənistana elə gəlir ki, atdığı hər bir addım beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. 30 il qonşu dövlətin  20 faizdən artıq torpağını işğal altında saxlayan bir ölkəyə “gözün üstündə qaşın var” deyilməyibsə, təbii ki, o, beynəlxalq hüququ bu şəkildə başa düşəcək. Təəssüf doğuran budur ki, işğalçı Ermənistana dəstək verən bir qayda olaraq kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçən Fransadır.   Belə yanaşma ortaya qoyan Fransa  Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik  missiyasını necə  yerinə yetirə bilər? Məhz buna görə də Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Fransa erməni diasporunun güclü olduğu, erməni lobbisinin proseslərə təsir imkanlarının geniş olduğu ölkədir. Hazırda Fransadakı erməni diasporu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsinin imzalanmasını istəmir. Təsadüfi deyil ki, 30 illik vasitəçilik dövründə ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa daim Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin təcavüzkar dövlətin maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib. Elə son proseslər də onu sübut edir ki, Fransa erməni lobbisinə xoş gəlmək üçün hər vasitə ilə bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında optimal variant olan Brüssel formatını pozmağa və təşəbbüsü öz əlinə almağa  çalışır. Fransa Prezidentinin Praqa görüşlərində iştirakı da bu kimi məqamlara işıq saldı.”

Baş redaktor onu da qeyd edib ki, Fransa Prezidenti Makron sözügedən müsahibəsində riyakarcasına iki il əvvəl beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağda müharibə baş verdiyini iddia edib: “Bu fikrin reallıqdan uzaq olduğunu elə Fransanın da iştirakı ilə  hazırlanan və qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi təsdiqləyir. Azərbaycan öz torpaqlarında müharibə  aparıb. Dövlətimizin suveren hüququ idi ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.   Erməni  silahlı birləşmələrinin bu torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi 28 il kağız üzərində qalıb saralan BMT qətnamələrində öz əksini tapmışdır. Fransa Prezidentinin ölkəmizə qarşı qərəzdən, Ermənistana isə sevgidən qaynaqlanan bu açıqlaması beynəlxalq hüququn əsas prinsipi olan  ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. İkili standartlara əsaslanan siyasəti ilə 30 il münaqişənin həllinin uzanmasına səbəb olan  ATƏT-in Minsk qrupu həmsədrlərinin, xüsusilə Fransanın bu vasitəçiliyi yenidən bərpa etməyə  çalışması bu dövlətə qarşı inamsızlığı daha da artırır. 30 illik işğal dövrünün reallıqlarını yenidən təkrarlamağa çalışan Fransa Prezidentinə dövlət başçısı İlham Əliyevin “Sülh təklifi uzun müddət masa üzərində qala bilməz”  bəyanatını xatırlatmaq istərdik. Dövlətlərarası münasibətlərin inkişafında əsas faktor olan etimad mühitinin bəzi dünya gücləri tərəfindən arxa plana keçirilməsi dünyanın doğrudan da hüquq problemini yaşamasını təsdiqləyir. Reallıq budur ki,  iki il bundan öncə Ermənistan silahlı qüvvələrinin  növbəti dəfə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmasının qarşısını almaq üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Hücum!» əmrinə uyğun olaraq “Dəmir yumruq” əməliyyatına başladı. 44 gündə  Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, dünya dövlətlərinin edə bilmədiklərini etdi, BMT qətnamələrini təkbaşına icra edərək dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu çatdırdı.  44 günlük Vətən müharibəsi həqiqət anı kimi dəyərləndirildi. Kimin haqqın, ədalətin, kimin isə şərin yanında olduğu təsdiqləndi.”

Vüqar Rəhimzadə  vurğulayıb ki,  bu gün Azərbaycan ictimaiyyəti ermənipərəst siyasət yürüdən Fransanın danışıqlar prosesində iştirakının qəti əleyhinədir: “Azərbaycanın tarixi torpağına  “mübahisəli ərazi” deyən, işğalçı Ermənistanı yox, Azərbaycanı ittiham edən,   heç bir halda “Ermənistanı atmayacaqlarını” bildirən bir dövlət və onun  Prezidenti  hansı haqla vasitəçi olmağa iddia edə bilər? Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan dövlətin başçısı heç bir halda danışıqlar prosesində iştirak edə bilməz. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini “işğal” kimi qiymətləndirən, Bakıya “işğalçı” deyən Makron bu absurd fikirlərindən sonra hansı vasitəçiliyinə ümid edir? Azərbaycan ictimaiyyəti öz dövlətindən qəti şəkildə Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməyi tələb edir. Xalqımız yaxşı bilir ki, 30 il ərzində keçmiş münaqişənin həll olunmamasının əsas səbəblərindən biri Fransanın açıq ermənipərəst mövqe tutması olub. İndi bunu açıq şəkildə etiraf edən Fransa bilməli və qəbul etməlidir ki, Azərbaycan bu dövlətin   vasitəçi olduğu formata yol verməyəcək.”

“Xalqımız  Fransanın hər zaman anti-Azərbaycan mövqeyində dayanmasının, həm də bu dövlətin tarixən Asiya və Afrika ölkələrinə münasibətdə istismarçı, riyakar siyasət yürütməsinin şahidi olub. Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti, İslam  ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-seçkiliyi  hər kəsə məlum həqiqətlərdir”,- deyə baş redaktor bildirib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

16.09.2026 / 06:55
ABŞ qüvvələri narkokartelin üzən yanacaqdoldurma stansiyasını okeanın dibinə gömdü

16.09.2026 / 06:32
Tramp üçün impiçment istəyi demokratları ikiyə böldü

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ