çərşənbə günü, 16 sentyabr 2026
     

İranlı alimi Azərbaycan sözündən imtinaya məcbur edirlər - “qulağınızın dibini görərsiniz”...

Image


Azərbaycan mətbuatının Teleqram kanallarına istinadən yaydığı məlumata görə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyi Güney Azərbaycanın tanınmış yazıçısı, professor Rəhim Akbayrakdan kitablarının mətnindən “Azərbaycan” sözünü çıxarmağı tələb edib.

Qeyd edilir ki,  “Azərbaycan” adından imtina edəcəyi halda Rəhim Akbayrakın yeni kitablarının nəşrinə icazə verəcəklər.

Müəllif isə özünün “İnstaqram” hesabında bu barədə post paylaşıb:  “Nəşriyyata bildiriş göndəriblər ki, yeni kitablarımı çap etmək üçün onların mətnindən “Azərbaycan” sözünü çıxarmalıyam. Qulağınızın dibini görərsiniz ki, mən belə bir rəzaləti qəbul edim. Onların arqumenti odur ki, həmin tədqiqat dövründə Azərbaycan adı olmayıb. Gülməlidir, səkkiz min il əvvəl Şumer adı olub? Qədim İranın tarixi ilə bağlı minlərlə romana bənzər kitablar yazmısınız, ümumiyyətlə səkkiz min il əvvəl İran adı olub?!”

  • “Akbayrak öz davranışı ilə şovinistlərə layiqli cavab verib və bu da bizim varlığımızın qələbəsidir”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan adı son 100 ildə fars şovinstlərində açıq qıcıq yaradır və onlar bu adı tarix səhnəsindən və yaddaşlardan silmək istıyirlər, lakin bunu bacara bilməyəcəklər. “Bütün hallarda, Güney Azərbaycanın tanınmış yazıçısı, professor Rəhim Akbayrakın kitabının mətnindən “Azərbaycan” sözünün çıxarılmasının tələb edilməsi qəbuledilməzdir. Əslində, bunu tələb edən İran adlanan ölkənin müvafiq rəsmi şəxsləri, eyni zamanda onların ideoloqlarıdır. Bu da bir daha fars şovinstlərinin Azərbaycan adından necə qorxduğunu göstərir. Yəni İran ideoloqlarında, fars şovinistlərində Azərbaycan adı çox ciddi şəkildə  qıcıq yaradır. Onlar Azərbaycan adından özlərinə bir təhlükə görürlər. Çünki məhz Azərbaycan, onunla yanaşı türk adına  daima irqçi baxışlar ortada olub. Yəni bu, günümüzün məsələsi deyil, ən azı yüz ildir ki, Azərbaycan və türk anlayışı İrançılar, fars irqçiləri və onların arxasında dayananlar üçün çox ciddi bir təhlükə hesab olunur. Təxminən bu müddət ərzində də Azərbaycan adına və türklüyə qarşı əllərindən gələni ediblər. Bildiyiniz kimi, Azərbaycan adını Pəhləvilər bir zaman ləğv də etdilər, hətta  sonrakı dönəmdə ostanlıqlar yaradılanda belə, Şərqi və Qərbi ostanlıqda Azərbaycan adını qəbul etmədilər. Sonrakı dönəmlərdə xalqın etirazları qarşısında məcburən Azərbaycan adını qəbul etdilər. Eyni şəkildə uzun müddət türklük adını da dandılar, sonra türk adını hardasa "Azəri" adı ilə eyniləşdirmə çalışdılar. Onları türklükdən ayırmaq üçün bu addımı atdılar. Yəni dediyimiz kimi, təxminən bir əsrdən çoxdur ki, onlarda Azərbaycan adına qarşı bu cür irqçi münasibət var. Halbuki, Akbayrakın da dediyi kimi, Azərbaycan və türk anlayışının tarixi İran və fars anlayışının tarixindən qat-qat qədimdir”.

F.Ələkbərlinin sözlərinə görə, söhbət Azərbaycan və türklükdən gedirsə, şübhəsiz ki, məhz bu coğrafiyada Azərbaycan və türklük həmişə mövcud olub və əsrlər sonra da mövcud olacaq. F.Ələkbərli qeyd etdi ki, bu baxımdan, fars şövinistlərinin Azərbaycan və türklük adına qarşı apardıqları, indi də davam etdirdikləri repressiyanın mahiyyəti bəllidir. “Nə vaxta qədər orada Azərbaycan, türklük adı var məhz bu ad şovinistləri narahat edəcək? Çünki bu ada qarşı çıxanlar yaxşı anlayırlar ki, qanunsuz şəkildə hakimiyyəti mənimsəyiblər, bir çox qanunsuz addımlar atıblar. Şovinstlər türklüyə, Azərbaycan adına qarşı istənilən addımı ataraq tarixdən silməyə çalışıblar. Ancaq Pəhləvilər də Azərbaycan adını silməyi bacarmadılar, əksinə, özləri tarixin səhnəsindən silinib getdilər, bunları da onların taleyi gözləyir. İran İslam Respublikası adlanan ölkə də bunu bacarmayacaq, onlar da tarixin səhnəsindən silinib gedəcəklər. Bu baxımdan, əlbəttə, Rəhim Akbayrak çox haqlı olaraq heç bir şəkildə Azərbaycan adından imtina etməməlidir, necə ki, etmir. Akbayrak Azərbaycan adından imtina etsəydi, bu bir millətin öz dilinin, tarixinin, mədəniyyətinin varlığını  danmasına xidmət etmiş olardı. Bizim bu bölgədə əbədiliyimiz, Azərbaycanımızın, türklüyümüzün gələcəyi üçün əlimizdə çox güclü iki silah var. Bunlardan biri türklükdürsə, digəri Azərbaycandır. Akbayrak haqlı olaraq Cavad Heyətin, Şəhriyarın, Səhəndin, Xiyabaninin, Pişəvərinin, Səttarxanın yolunun davamçısı olduğunu ortaya qoyub. Akbayrak öz davranışı ilə şovinstlərə layiqli cavab verib və bu da bizim varlığımızın qələbəsidir”.

F.Ələkbərli hesab edir ki, Azərbaycan tarixinin, Azərbaycan adının qədimliyi və bu ada, bu tarixə sahib olanların öz tarixi ilə qürur duyması şovinistləri ciddi əndişələndirir, bu səbəbdən də bu cür cəfəng şərtlər irəli sürürlər.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO

16.09.2026 / 06:55
ABŞ qüvvələri narkokartelin üzən yanacaqdoldurma stansiyasını okeanın dibinə gömdü

16.09.2026 / 06:32
Tramp üçün impiçment istəyi demokratları ikiyə böldü

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ