Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan müstəqil siyasəti ilə milli maraqlarını qətiyyətlə müdafiə edir

Image


“Müasir müstəqil Azərbaycan” məfhumu özündə yürüdülən siyasətin əsas prinsiplərini ehtiva edir. Atdığı hər bir addımında  müstəqil siyasət həyata keçirdiyini,  heç bir qüvvənin diktəsi ilə oturub durmadığını nümayiş etdirən Azərbaycan, eyni zamanda, müasirliyə, təkmilləşməyə açıq, bir sözlə, innovasiyalar ölkəsi kimi də  tanınır və nüfuz qazanır.

Hazırkı dövrdə dünya siyasətində dəyişikliklərin baş verdiyi, bəzən ədalətə, bəzən də ikili standartlara əsaslanan yanaşmaların  müşahidə olunduğu  bir dövrdə Azərbaycanın müstəqil siyasəti yürütməsi, dəyişməz mövqeyindən bir addım da belə geri çəkilməməsi  diqqəti daha çox  cəlb edir. Bu gün, daha dəqiq desək, tarixi Zəfərimizdən sonra regionda və dünyada baş verən hadisələri təhlil etdikdə   görürük  ki, 30 illik işğal  dövrünün ədalətsizliyinin, hadisələrə biganə yanaşmaların  yerini, müəyyən mənada ədalətli  mühit  tutmaqdadır. Sual olunur: Niyə?

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il  Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində söylədiyi  fikirlər bu suala cavabdır: “İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.”

Ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu  təsdiqləyən, dünyaya dövlətlərarası münasibətlərdə  etimad mühitinin mövcudluğunun əsas rol oynadığına çağırışlar edən məhz  Azərbaycan oldu. Ermənistan kimi müstəqilliyi formal xarakter daşıyan,  bu və ya  digər dövlətin əlində oyuncağa çevrilən ölkə bu məfhumlar heç zaman önəmli ola bilməz.  Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq qonşu ölkəyə qarşı  ərazi iddiaları ilə çıxış edən bir dövlətin ədalətli yanaşmadan danışmağa haqqı varmı? Elə buna görə  Ermənistanın  baş naziri 44 günlük İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq hüquqla bağlı ona ünvanlanan sualı çaşqınlıqla qarşıladı  və bir qədər də  irəli gedərək, ümumiyyətlə, beynəlxalq hüququn mövcud olduğunu inkar etdi.  Baş nazir bununla da 30 illik işğal dövrünün  bir çox məqamlarına aydınlıq gətirmiş oldu. Əgər dünya dövlətləri, beynəlxalq təşkilatlar  zamanında işğalçıya dəstək olmayıb onu beynəlxalq hüquq normalarını pozduğuna, qətnamələrin  icrasına məhəl qoymadığına görə cəzalandırsaydılar,  yaxud sanksiyalar tətbiq etsəydilər, təbii ki, İkinci Qarabağ müharibəsi baş verməzdi. Bu, Ermənistanın  müstəqil siyasətinin  formal xarakter daşımasından, onun bu və ya digər dövlətdən asılı olmasından irəli gəlir. Beynəlxalq hüququ bərpa edən, dünyaya bu prinsiplərin vahid mexanizm əsasında tətbiqi üçün  çağırışlar edən  müasir müstəqil Azərbaycan dövləti və onun   Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu.

Bütün qərəzli   yanaşmalara rəğmən  Azərbaycan tutduğu  yoldan dönmədi.  Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarımızın nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki,  liderlik fenomeni milli dövlətin formalaşmasında, inkişafında və müstəqil siyasətində  həlledici rola malikdir. Məhz bunun  sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu və gələcək inkişaf üçün zəmin yaradıldı.

Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim  bu məqama diqqət yönəldir ki,  dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “Kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: “Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.” Azərbaycan ilk gündən müstəqil siyasəti ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqil olmaq müstəqil siyasət həyata keçirməkdir.

Azərbaycana hansı sahədən baxsaq həyata keçirilən müstəqil siyasətin uğurlarını görərik. Hər bir ölkənin inkişafında iqtisadi və siyasi müstəqilliyin vəhdəti əsas amildir ki, Azərbaycan bunu ilk gündən  təmin etdi. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoydu. Bir mühüm məqamı da qeyd edək ki,  bu gün  Azərbaycana böyük uğurlar qazandıran, iqtisadi və maliyyə imkanlarının artmasını şərtləndirən “Əsrin müqaviləsi” də ölkəmizin müstəqil siyasətinin təqdimatında mühüm rol oynadı. O zaman Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutu ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Amma ulu öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq marşrutun məhz belə olacağını bildirdi.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmlənməsində də  müstəqil siyasəti əhəmiyyətli rol oynayır. Bu gün tarixi Zəfərimizin fonunda ölkəmizin müstəqil siyasətinin uğurlarını görürük. Ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini  bəyan edən dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini  nümayiş etdirir və bu fikri bəyan edir ki, tutduğumuz yol düzgün yoldur.  Bu baxımdan ki, heç bir qüvvənin diktəsi ilə oturub durmur,  siyasətimizi kimlərinsə göstərişi əsasında həyata keçirmirik. Azərbaycan  demokratik təsisatların inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra ümummilli lider Heydər Əliyevin qurumun ilk sessiyasında  bu tribunadan bəyan etdiyi fikirlərini bir daha yada salmaq istərdik: “Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa şurasına bir o qədər gərəkdir.” Bu fikir Azərbaycanın qüdrətini, nüfuzunu, özünəgüvənliliyini nümayiş etdirdi.

Ümummilli Lider müstəqilliyimizin tarixi nailiyyətimiz olduğunu önə çəkərək harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları müstəqilliyimizi daimi etmək, suverenliyimizi qorumaq üçün vahid ideya - azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyə çağırırdı. Məhz o illərdə təməli qoyulan bu birlik, həmrəylik həm müstəqilliyimizin möhkəmləndirilməsində, həm də ərazi bütövlüyümüzün təmin olunmasında, dünyaya səs salan tarixi Zəfərimizdə  öz sözünü dedi. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycan müstəqil dövlətdir, heç bir qüvvə xalqımızın iradəsinə təsir etmək imkanında deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, heç kim bizimlə ultimatum dilində danışa bilməz.

Azərbaycanın inkişaf strategiyasının əsasında dayanan müstəqil siyasəti hər zaman  sözünün imzası qədər əhəmiyyətli olduğunu şərtləndirir.

Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində yazılan  qəhrəmanlıq tariximizin şanlı səhifələrini vərəqləyərkən, Qələbəmizə yol açan   Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edəndə  müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin rolu xüsusi qeyd edilir.  Azərbaycanın xarici siyasəti açıq və aydın, çoxşaxəli və balanslaşdırılmış siyasətdir. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Bu baxımdan həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi kimin ədalətin, kimin şərin, kimin  dostun, kimin düşmənin yanında olduğunu ortaya qoydu. Əsas olan budur ki, beynəlxalq münasibətlərdə  mühüm rol oynayan güc amili ilə yanaşı, beynəlxalq hüquq da  unudulmamalıdır. Yalnız bu halda  münasibətlərin uğurlu və yeni prioritetlər üzrə inkişafından əminliklə danışmaq mümkün olar.

Bugünümüzün reallıqlarından bəhs edərkən dövlət başçısı İlham Əliyevin Prezident kimi ABŞ-a ilk səfəri zamanı  jurnalistin  “ABŞ qarşısında hansı öhdəliyi götürmüsünüz” sualına cavabını yada salmaq istərdik. Dövlət başçısı İlham Əliyev həmin suala cavabında bildirdi ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında  münasibətlər qurur. Ölkəmizin  ABŞ hökuməti qarşısında heç bir öhdəliyi yoxdur. Bu, dövlət başçısı İlham Əliyevin ilk gündən müstəqil siyasətə sadiqliyinin və bunu sözdə deyil, əməldə təsdiqlədiyinin göstəricisi idi. Prezident İlham Əliyev dövlət maraqlarının hər şeydən öndə dayandığını, xalqımızın iradəsindən kənar heç bir qərarın qəbul olunmadığını, bu istiqamətdə hansısa addımın mümkünsüzlüyünü bütün çıxışlarında diqqətə çatdırır.

Azərbaycan Tarixi Zəfərimizə gedən yolda müstəqil siyasətindən dönmədiyi kimi, 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə, həmçinin postmünaqişə dövründə də eyni mövqeyi nümayiş etdirdi. Sonda müstəqil siyasətin qalib gəldiyini gördük. Ermənistanın ona-buna yalvarışları müstəqilliyinin formal xarakter daşımasının acı nəticəsi idi. Şübhəsiz ki, bəzi dünya güclərinin Ermənistan sevgisinin əsasında maraqlar dayanır. Maraqların toqquşduğu zaman yetişəndə isə artıq  səmimiyyətdən danışmaq mümkün deyil. “Siyasətdə əbədi  dostlar yox, əbədi maraqlar olur” prinsipi dünyanın aparıcı dövlətlərinin timsalında özünü qabarıq şəkildə büruzə verir. Ermənistan kimi əzilən, asılı ölkələr maraqların həyata keçirilməsində həmin dövlətlərin əlində oyuncaq funksiyasını yerinə yetirir.

Bu gün Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır. Hazırda dünyada cərəyan edən proseslərə diqqət yetirmək kifayətdir ki, ölkəmizin dünya birliyində yerinin və rolunun artdığını görək. Bunun üçün təkcə son günlərin hadisələrinə, eyni zamanda, dövlət başçısı İlham Əliyevin Praqa səfəri çərçivəsində keçirdiyi görüşlərə diqqət yetirmək kifayətdir. Dünya gücləri Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları qəbul edir. Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı, həmçinin toplantı çərçivəsində dördtərəfli –Azərbaycan, Fransa prezidentlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və onun nəticələri Azərbaycanın müstəqil siyasətinin uğurlarının tərkib hissəsidir. Bu  dəvət Azərbaycanın hazırda dünya birliyində fəal roluna, sözünün əhəmiyyətinə aydınlıq gətirdi. Dördtərəfli görüşün bu gün beynəlxalq səviyyədə geniş müzakirə edilməsinə səbəb təbii ki, Fransanın prosesə qoşulması, özünü regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı tərəf kimi göstərməsidir. Bu, məsələnin bir tərəfidir. Digər əsas tərəfi danışıqların yekununda qəbul olunan bəyanatda Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoyması, Ermənistanın isə yenə də müstəqilliyinin formal xarakter daşıdığını təsdiqləməsidir. Belə ki, Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qətiyyətli mövqeyindən sonra belə razılaşdırıldı ki, monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.

Günümüzün reallıqlarından görünən budur ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Dövlət başçısı İlham Əliyev  hər bir çıxışında, müsahibəsində, keçirdiyi görüşlərdə ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir.  Hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır.  Prezident İlham Əliyev aydın şəkildə bəyan edir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına razı olmayıb və olmayacaqdı. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Qarabağ ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsi üçün qarşılıqlı etimad körpülərinin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir.  Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin nümunəsini ortaya qoyur. Əvvəldə də qeyd etdiyimiz kimi, beynəlxalq auditoriya dövlət başçısı İlham Əliyevin müsahibələrinin, çıxışlarının fonunda təcrübəli, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli, dünya səviyyəli Lideri görür.

Qısa təhlil əsasında bu fikri əminliklə ifadə edə bilərik ki, Azərbaycanın inkişaf strategiyasının əsasında dayanan müstəqil siyasətin uğurlarından qürur hissi keçiririk. Azərbaycanın müstəqilliyinin  ölkəmizin dünya birliyində  tutduğu yeri ilə bağlı olduğunu önə çəkən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyət nümayəndələri ilə görüşündə “Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir” fikirlərinin davamı olaraq onu da əlavə etmişdir ki, bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur: “Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq.”

Qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsi Prezident İlham Əliyevin qətiyyətlə bəyan etdiyi və 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi”dir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2019-cu il oktyabrın 3-də  Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlarla ifşa etdi. Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın və konkret şəkildə cavab verən ölkə Prezidenti bu dövlətin işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü bir daha dünyaya bəyan etdi,  Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı və ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu qəti şəkildə bildirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”

Bu qətiyyətli bəyanatın səsləndirilməsindən ötən bir ilin tamamında Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinin baş memarı kimi xalqımıza tarixi Zəfərimizin  sevincini yaşatdı. Bu, müstəqil siyasətimizin bir daha dünyaya təqdimatı oldu.

Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist, siyasi elmlər doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ