Avropa Şurasının Baş katibi Azərbaycan XİN-dən erməni hərbi əsirlərin güya öldürülməsi ilə bağlı aydın və ətraflı məlumat tələb edib.
Oktyabrın 10-da Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məktub göndərib.
Baş katib məktubda Azərbaycan Xarici İşlər Nazirliyindən erməni hərbi əsirlərin “öldürülməsinin” videoçəkilişi faktına əsaslanaraq Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci və 3-cü maddələrinin mümkün pozuntuları ilə bağlı aydın və ətraflı məlumat tələb edib. Baş katib qeyd edib ki, Avropa Şurası təşkilatın standartlarını tam təmin etmək üçün Avropa İnsan Hüquqları Konvensiyasının verdiyi mandat çərçivəsində bu məsələdə ardıcıl olacaq.
Çox maraqlıdır ki, hələ möhtəbərliyi sübut olunmayan bir saxta video ilə bağlı Avropa Şurasının baş katibi belə ultimativ mızmunlu məktub göndərib. Maraqlıdır, Baş katib bu prinsipiallığı bugünlərdə Edilli kəndində tapılan toplu məzarlıqla bağlı niyə göstərmir?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə yayılan və müzakirə mövzusuna çevrilən video real mənzərəni əks etdirmir: “Videoda guya bir neçə erməni əsgərinin Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsi və güllələnməsi əksini tapır.
Lakin əsir götürülən əsgərləri güllələyərkən "iki daşın arasında" çəkiliş aparmaq heç də inadırıcı görünmür. Erməni mediası, siyasətçiləri, fəalları güya 5 erməni əsgərin güllələnməsini əks etdirən videodan Azərbaycana qarşı maksimum istifadə etmək üçün bütün gücünü işə salıb. Erməni ombudsmandan tutmuş nazirlərə, TŞ katibinə, hətta Paşinyana qədər, avropalı siyasətçilərlə yalnız bunu müzakirə etməklə məşğuldurlar. İş o yerə çatıb ki, Avropa Şurasının Baş katibi belə bu məsələdə açıq şəkildə tərəfkeşlik edir. Video artıq Azərbaycan Hərbi Prokurorluğu tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır. Əlbəttə ki, hər hansı cinayət faktı olarsa, buna ilk növbədə Azərbaycan özü hüquqi qiymət verəcək. Bir neçə gün əvvəl Edilli kəndində toplu məzarlıq tapıldı. Bu, təkzibolunmaz faktdır. Azərbaycan əsgərləri işgəncə verilərək öldürülüb. Bunu ilkin ekspertiza rəyləri də sübut edir. Baş katib bu məsələ ilə bağlı niyə Ermənistandan hesabat tələb etmir? Biz bir daha Avropa institutlarının ənənəvi qərəzinin, ikili standartlı yanaşmasının şahidi oluruq.
Ancaq məsələ ondadır ki, butün soyqırımı aktlarına, erməni vəhşiliklərinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri həmişə məhz ləyaqətli müharibə aparıb. Muharibədə qızıl ləyaqət bizim prinsipimizdir. Biz hərb meydanında savaşmağı da, əsirlə davranmağı da, sülh ortamında rəftarı da ozünəxas şəkildə bacaran zehniyyətə sahibik. 44 günlük müharibə vaxti Gəncəyə, Bərdəyə atılan, dinc sakinləri qanına qəltan edən qadağan olunmuş raketlərin əvəzinə İrəvan, Gümrü, Qafandakı dinc əhalini raket atəşinə tutmadıq. Doyüş meydanında kişi kimi vuruşduq, Ermənistanı məhz hərb meydanında məğlub etdik. Avropa Şurasının bu mövqeyi tam ədalətsizdir. Şübhə etmirəm ki, bizim XİN onlara lazım olan cavabı verəcək”.
Məhəmmədəli QƏRİBLİ