Gəncə terroru Vətən Müharibəsində məğlub olan ermənilərin acizliyidir.
Trend-in məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki. erməni tərəfi acizliyindən Gəncəyə raket zərbələri endirib: "Bu işlərlə bağlı biz 3 cinayət işi başlamışıq və həmin bu hərbi-siyasi tapşırığı verən, icra edən şəxslər müəyyən olunublar".