Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiyanın NATO ilə açıq müharibəsi başlayır, Ukraynaya qarşı ikinci cəbhə açılır

Image


Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutmasından sonra Qərb ölkələri yenidən Kremli qəzəbləndirəcək addımlar atmağa başlayıblar. Belə ki, Qərbdən Ukrayaya göndərilən hərbi texnikaların, o cümlədən uzaq məsafələrə zərbə endirməyə imkan verən sursatların sayı artırılır.

Bundan başqa, Rusiyaya qarşı sanksiyalar yenidən sərtləşdrilir. ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynada energetika, hərbi komandanlıq və rabitə obyektlərinə kütləvi zərbə endirməsi ilə bağlı çıxış edərkən bu xüsusda bildirib: “Kollektiv Qərb Rusiyaya qarşı təzyiqləri, o cümlədən sanksiyalar vasitəsilə artırmaq, həmçinin lazım olan müddət ərzində Ukraynanı dəstəkləmək niyyətindədir”. Avropa da Rusiyaya yeni hərbi texnikalar veriləcəyini bildirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov hadisələrin bu səpkidə inkişafını təhlükəli hal adlandırıb. Onun sözlərinə görə, Moskva Vaşinqton və digər Qərb ölkələrini nəzarətsiz eskalasiya təhlükəsi barədə xəbərdar edir: “Aydındır ki, ABŞ və NATO ilə birbaşa toqquşma Rusiyanın maraqlarına uyğun deyil. Biz ümid edirik ki, Vaşinqton və digər Qərb ölkələri təhlükəni dərk edəcəklər. Kiyevə davam edən genişmiqyaslı yardım, alyans ölkələrinin ərazisində Ukrayna silahlı birləşmələrinin şəxsi heyətinin hazırlanması, real vaxt rejimində kəşfiyyat məlumatlarının, peyk görüntülərinin verilməsi, artilleriya zərbələri üçün hədəflərin müəyyən edilməsi getdikcə daha çox Qərb ölkələrini münaqişəyə cəlb edir”. Ryabkov onu da qeyd edib ki, Rusiya adekvat, o cümlədən asimmetrik xarakterli əks tədbirlər görməyə məcbur olacaq. Baş verənləri şərh edən ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skot Ritter bildirib ki, Ukraynadakı döyüşlər mahiyyətcə dolayı yolla Rusiya və NATO qüvvələri arasında münaqişədir: “Ukrayna Silahlı Qüvvələri mahiyyətcə NATO tipli ordudur və Ukrayna ordusunun komandirləri Amerika xüsusi təyinatlılarının kuratorları ilə birbaşa əlaqə saxlayır, onlardan kəşfiyyat məlumatları və taktiki tövsiyələr alır. Çatışmayan yeganə şey NATO və Amerika hərbçilərinin birbaşa münaqişə zonasında olmasıdır. Yəni qollarında Amerika bayrağı olan oğlanların olması - daha doğrusu, onları geyinən oğlanlar var, amma amerikan forması geyinib ABŞ uğrunda rəsmi döyüşən adamlar yoxdur. Amma ən əsası, hazırda Ukraynanın istifadə etdiyi ordu Ukrayna deyil, NATO-dur. Onu NATO təşkil edir, hazırlayır və təchiz edir, NATO-dan təlimatlar və kəşfiyyat məlumatları alır, NATO həm də logistikasını təşkil edir. Ukraynada təkcə ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin zabitləri deyil, həm də Amerika xüsusi təyinatlılarının üzvləri var. Mən aprel ayından deyirəm ki, bu ölkədə Amerika xüsusi təyinatlıları var və həqiqət mənim tərəfimdədir. İndi jurnalistlərə də çatıb, yazırlar ki, bəli, prezidentin müvafiq qərarı olub. Fevralda döyüşlər başlayanda biz oradan həm Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarını, həm də xüsusi təyinatlıları evakuasiya etdik, martda isə hələ orada deyildilər. Amma Ukraynaya hərbi texnika tədarük etmək qərarına gəldikdən sonra Amerika xüsusi təyinatlıları iki tapşırığı yerinə yetirmək üçün oraya qayıtdılar. Birincisi, bu avadanlıqların çatdırılacağı gizli marşrutların təşkilinə kömək etmək lazım idi. Axı, Rusiya bütün bunları təkcə sərhəddə, maşınlar Ukraynaya çatanda məhv etmir, buna səbəb ABŞ-ın çox yaxşı əlaqələndirilmiş iş görməsidir: onları ayrı-ayrı elementlərə söküb ayırdılar, daşıdılar. Sərhədi keçərək onları sakitcə anbarlara yığdılar və ehtiyacı olan bölmələrə göndərdilər. Bütün bunları ABŞ xüsusi təyinatlıları edir. Bundan əlavə, onlara Ukrayna qüvvələri ilə bu texnikanın, rabitə və kəşfiyyatın koordinasiyasına nəzarət etmək tapşırılıb. Ukrayna ordusu xüsusi planşetlərdən istifadə edir. Biz bunu İraqda, daha sonra Suriyada da işlədik: biz cəbhə xəttində olan İraq və Suriya qüvvələrini real vaxt rejimində kəşfiyyat məlumatlarını qəbul edə və əlaqə saxlaya biləcək təhlükəsiz rabitə ilə təchiz olunmuş planşetlərlə təmin etdik. İndi də Ukraynada cəbhə xəttində ukraynalı komandirlərlə birbaşa əlaqə saxlayan və onlara real vaxt rejimində kəşfiyyat məlumatları, eləcə də taktiki tövsiyələr ötürən xüsusi təyinatlı ABŞ əsgərləri var”. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bu fonda qeyd edir ki, ABŞ və müttəfiqləri  Ukraynaya silah tədarükünü davam etdirərək “qırmızı xətt”ə yaxınlaşıblar: “Biz ABŞ və müttəfiqlərini yaxınlaşdıqları “qırmızı xətləri” keçməməyə çağırırıq. Ukraynanı ölümcül silahlarla doldurmağı dayandırın”. Səfir tədarükün davam etdirilməsinin daha çox insan tələfatına, eləcə də münaqişənin uzanmasına səbəb olacağını vurğulayıb. Antonov Amerika hakimiyyətinin Kiyevə hərbi yardımı davam etdirməyə hazır olduqları barədə bəyanatına diqqət çəkib. Onun sözlərinə görə, bu, Vaşinqtonun münaqişənin iştirakçısı statusunda möhkəmlənməsinin növbəti təsdiqi kimi qəbul edilir. Qeyd edək ki, oktyabrın 4-də ABŞ prezidenti Co Bayden Ukraynaya 625 milyon dollarlıq yeni tranşın ayrıldığını açıqlayıb. Bunlar fonunda, məlumatlara görə, Rusiya  Ukraynaya qarşı Belarus üzərindən ikinci cəbhənin açılmasına hazırlaşır. Belə bir vaxtda Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko birgə regional qoşun qrupunun yaradılması barədə razılığa gəliblər. Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə bildirib ki, Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasının əsasını təşkil edəcək. Onun sözlərinə görə, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş keçirib: “İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının yerləşdirilməsi barədə razılığa gəldik. Bütün bunlar bizim sənədlərimizə uyğundur. Bu qruplaşmanın formalaşmasına başlanılıb. Məncə, iki gündür ki, davam edir. Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasının əsasını təşkil edəcək”. Nüvə şantajı və raket hücumlarından sonra Belarusdan cəbhə açılması xəbərdarlığı da Ukraynanı danışıqlara məcbur etmək gedişi olaraq görünür. Rusiya bu planla Qərbin də mövqeyinə təsir edə biləcəyini hesablayır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ