Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan KTMT və Rusiya ilə yollarını ayırır

Image


Azərbaycanla sülh müqaviləsindən yayınan Ermənistan uzun müddətdir ki, regiona digər qüvvələrin gəlişinə can atır, bunun üçün təxribatlara getməkdən belə çəkinmir. Əvvəlcə məhz belə təxribatlarla Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, xüsusən də Rusiyanı öz avantüralarına qoşmağa çalışdı. Amma İrəvana rədd cavabı verildi.

Bundan sonra Ermənistan reallıqla barışıb, yeni şəraitə uyğun fəaliyyət göstərməkdənsə, regiona yeni qüvvələri cəlb etməyə can atır. Bu dəfə İrəvan Qərb qüvvələrini regiona gətirməyə çalışır. Bununla da NATO-nu, Qərb dövlətlərini spekulyativ düşüncəyə, cinayətlərinə, pozuculuq və revanşist əməllərinə ortaq etmək niyyətindədir. Elə bu fonda Rusiyaya, KTMT-yə qarşı Ermənistanda məqsədyönlü təbliğata start verilib. Məlumata görə, Ermənistanın Gümrü şəhərində də Rusiyaya və KTMT-yə qarşı aksiya keçirilib. “Kafkazskiy uzel” portalı yazır ki, oktyabrın 9-da Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının qarşısında etiraz aksiyası keçirilib: “Bunu “KTMT-dən çıx” təşəbbüs qrupu təşkil edib. Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazası Cənub Hərbi Dairəsinin Zaqafqaziyada rus qoşunları qrupuna daxildir, Ermənistanın Gümrü şəhərində yerləşir. Bazanın yerləşdirilməsi ilə bağlı Ermənistanla müqavilənin müddəti 2010-cu ilin avqustunda 2044-cü ilə qədər uzadılıb. Baza S-300 hava hücumundan müdafiə sistemləri və MiQ-29 qırıcıları ilə təchiz olunub, orada 4,5 minə yaxın insan xidmət edir. Baza Rusiya Federasiyasının maraqlarının müdafiəsi funksiyalarını yerinə yetirməklə yanaşı Ermənistan hərbçiləri ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin etdiyi üçün Rusiya tərəfi, sənədə uyğun olaraq, erməni ordusunu müasir silahlarla təchiz etməyi öhdəsinə götürür. Amma indi ermənilər bundan imtina edir. Aksiya iştirakçıları əllərində “KTMT və ya Ermənistan”, “KTMT ilə təhlükəlidir”, “Təcavüzkarsız Ermənistan”, “Ermənistanı tərk edin!” sözləri yazılmış plakatlar tutublar. Təşkilatçıların sözlərinə görə, aksiyada müxtəlif ictimai təşkilatların, hərəkatların və siyasi partiyaların, o cümlədən Ermənistan Avropa Partiyası, Respublika Naminə Partiya, Mühafizəkarlar Partiyası və Xristian Demokrat Partiyasının nümayəndələri iştirak edib. Oxşar aksiyalar əvvəllər də İrəvanda eyni tələblə - KTMT-ni tərk etmək və Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılması tələbilə keçirilib. Ermənistan Avropa Partiyasının lideri Tiqran Xzmalyanın sözlərinə görə, “KTMT-dən çıx” təşəbbüs qrupu Ermənistan hakimiyyətinin KTMT-dən çıxması tələbi ilə imza toplayır. Yığım, Xzmalyanın sözlərinə görə, həm elektron, həm də "əl ilə" həyata keçirilir. O bildirib ki, 3 həftə ərzində ümumilikdə bir neçə min imza toplanıb. Siyasətçinin sözlərinə görə, artıq bölgələrdə də imzaların toplanması təşkil olunmağa başlayıb. Politoloq Ruben Mehrabyan qeyd edir ki, Ermənistanda Rusiya bazasının olması mənasızdır və bunu son vaxtlar Rusiya bazasının özü də sübut etdi. Mehrabyan qeyd edib ki, Ermənistanın qarşısında üç vəzifə durur: qlobal konsolidasiyaya nail olmaq, islahatlar aparmaq və Ermənistan ordusunu ən son silahlarla təchiz etmək, həmçinin qonşularla danışıqlar aparmaq. Onun fikrincə, bu problemlərin həllinə Ermənistan-Rusiya münasibətləri indiki formada mane olur, onlara təcili yenidən baxılmalıdır: “Bu bir neçə mərhələ tələb edən uzun prosesdir, birincisi KTMT-dən çıxmaqdır. KTMT Ermənistanı dünyada Rusiyanın peyk ölkəsi kimi görür və Ermənistana ona uyğun davranır”. Digər ekspert Arman Babacanyan hesab edir ki, Ermənistan Rusiyanın maraqlarına görə KTMT-yə üzv olub: “Biz ucuz qiymətə silah tədarükünə görə KTMT-yə daxil olduq. Amma bu silahlar bizi qoruya bilməz. Üstəlik, biz bu silahlara ümid edirdik, nəticədə 2020-ci ildə Qarabağ müharibəsi zamanı fəlakət yaşadıq”. Gümrüdə keçirilən aksiya iştirakçıları bəyan ediblər ki, Ermənistanın KTMT-dən çıxması ölkənin bütün regionlarında prioritet gündəliyə çevrilməlidir və bunun üçün aksiyanın təşəbbüskarları bütün ölkə ərazisində analoji tədbirlər təşkil etməyə hazırdırlar. O da qeyd edilməlidir ki, sentyabrın 26-da Ermənistan Müdafiə Nazirliyi KTMT təlimlərində iştirakdan imtina edib. Hərbi idarə bunu Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətlə izah edib. Hərbi ekspert Robert Nazaryan bildirib ki, Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyət təlimlərdə iştirakdan imtinanın əsl səbəbi deyil. Əsas səbəb Ermənistanın bu qurumu tərk etmək niyyətidir”. Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan bildirib ki, Gümrüdə aksiya iştirakçıları ölkənin KTMT-dən çıxmasını tələb ediblər və Rusiyaya qarşı şüarlar səsləndiriblər. Bu bir daha təsdiq edir ki, Ermənistan hakimiyyəti siyasi istiqaməti ciddi şəkildə dəyişərək, Rusiyanın orbitindən çıxmaq kursu götürüb. Bunun üçünsə Rusiyaya qarşı ictimai narazılığı körükləyir. Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, Rusiyadan uzaqlaşmaq lazımdır: “Rusiya artıq özününkü hesab etdiyi şeyi saxlaya bilmir. Rusiyadan artıq qorxmurlar. Bu, imperiya üçün ən dəhşətli diaqnozdur. Ermənistanda  artıq hamı Qərb timsalında alternativ görür. İndi Qərblə münasibətlərin dərinləşməsi yolunda dayanmamaq vacibdir. Qorxu və şübhə olmadan. Çünki Rusiyanın dağılması qaçılmazdır. Bunu dərk edən Qərb isə artıq yeni konfiqurasiyalar qurur. Ölkənin baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü heç də təsadüfi deyildi. Paşinyanla Əliyev arasında Praqa görüşünün nəticələri də. Nəhayət, Türkiyə ilə Ermənistanın eyni futbol seçmə qrupuna düşməsi də təsadüfi deyil. Bunların hamısı eyni zəncirin halqalarıdır. Və nə qədər tez bağlansa, hamımız üçün bir o qədər yaxşı olar. İndi dünyada vəziyyət təcili olaraq Ermənistandan öz xarici siyasət vektoru ilə bağlı nəhayət qərar verməsini tələb edir. Bütün yumurtalarınızı Rusiya səbətinə qoymağı dayandırmağın, amma Qərblə münasibətləri inkişaf etdirməyə çalışmağın vaxtıdır. Getdikcə böyüyən Rusiya-Amerika qarşıdurması Ermənistana Qərblə siyasi, iqtisadi və hərbi əlaqələrini dərinləşdirmək üçün gözəl imkanlar yaradır, eyni zamanda Ukrayna müharibəsi nəticəsində zəifləmiş Moskvanı arxa plana atır. Artıq Rusiyanın Ermənistana təzyiq göstərməyə nə gücü, nə də imkanı var. Seçim etmək vaxtıdır - ya Ermənistan hələ də ölməkdə olan Rusiyanın yanındadır, bu o deməkdir ki, bizi qarşıda ölüm gözləyir, ya da biz çiçəklənən Qərblə eyni dalğadayıq. Putin imperiyası ilə qarşıdurmada ilk addımı atmağa cəsarət etməsək, Qərbin köməyinə necə arxalana bilərik?”. Eyni fikirlərə indi daha çox sayda Ermənistan mediasında rast gəlmək olar.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ