Müdafiə Nazirliyi tərəfindən bu ilin avqust-oktyabr ayları ərzində Laçın, Kəlbəcər rayonlarında, Daşkəsən rayonunun ərazisində, Tərtər, Suqovuşan istiqamətində yeni basdırılması ehtimal edilən 9 000-ə yaxın piyada, 2 500-ə yaxın isə tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib.
Trend-in xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Həmin minalar Ermənistan tərəfindən məqsədli şəkildə basdırılıb”.