Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.
Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesinin müzakirəsi gözlənilir.
Bundan başqa, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşlərinin üçüncü ölkələrdə, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi məsələsi nəzərdən keçiriləcək.
Eyni zamanda tərəflərin regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəyi gözlənilir.
“Report” xəbər verir ki, “Sabah” qəzeti yazıb ki, R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq.