Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ senatoru Menendesin “Azərbaycana silah verməyin” çağırışı erməni revanşizmini dirçəltmək cəhdidir...

Image


ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes Türkiyəyə F-16 təyyarələrinin satışının məhdudlaşdırılmasını təklif edib.

“Armenpress”in ABŞ-ın Hay Dat Komitəsinə istinadən verdiyi məlumata görə, Menendes müvafiq qətnaməyə əlavə edilməsini təklif edir. Bu təklifə əsasən, ABŞ prezidenti Senatın Xarici Əlaqələr Komitəsinə və ABŞ Konqresinə dəlillər təqdim edilmədikcə, yeni təyyarə və ya F-16 təkmilləşdirmə texnologiyasını Türkiyə hökumətinə və ya hər hansı bir türk şirkətinə sata və ya ixracına lisenziya verə bilməz. Belə bir köçürmənin ABŞ-ın milli maraqlarına uyğun olduğunu, bu da təqdim edilən F-16-ların Yunanıstan hava məkanını pozmaq üçün Türkiyə tərəfindən bir daha istifadə edilməməsi üçün hansı konkret addımlar atılacağını da ətraflı izah edəcək.

Menendesin digər təklifi isə ABŞ-ın Azərbaycana hərbi dəstəyi dayandırmaqla bağlıdır.

Onun ABŞ-ın Azərbaycana hərbi dəstəyin və Türkiyəyə F16-ların satışının dayandırılması təklifinə ABŞ-ın əməl edəcəyi inanılan deyil. ABŞ bir ermənipərəst senatorun sözünə, fikrinə əhəmiyyət verməyəcək ki, bu hadisələr baş versin.

Əvvəla, Amerikanın Azərbaycana hərbi yardımı elə də böyük deyil, cüzidir. İkincisi isə, bu baş tutan məsələ deyil. ABŞ bir senatorun sözü ilə, təbii ki, bu addımı atmaz. Amma bu vəziyyətdə, yəni Ermənistanın revanşist siyasətinin ətrafında beynəlxalq  müzakirələrin aktivləşdiyi bir vaxtda senatorun atdığı bu addım əslində Ermənistanda revansizmin daha da güclənməsinə, daha da alovlanmasına verilən dəstəkdir. Narahatlıq doğuran budur.

Bu qüvvələr revanşizmi nə üçün qızışdırmaq istəyirlər?

  • “Bu səbəbdən də Ermənistanda revanşizmi körükləməyə cəhd edirlər”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə dokroru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli bildirdi ki, Avropadakı və ABŞ-dakı bəzi dairələr Ermənistanla Azərbaycanın sülh müqaviləsi imzalamasını istəmir və onlar Ermənistanı bu addımdan çəkindirir. “Son illərdə həm Türkiyənin, həm də Azərbaycanın əldə etdiyi uğurlar nəinki region, həmçinin dünya dövlətləri üçün də ciddi maraq doğurur, yaxından izlənilir. Şübhəsiz ki, Azərbaycan və Türkiyənin, xüsusən də hərbi sahədə əldə etdiyi uğurlar bir çox dövlətlər tərəfindən birmənalı qarşılanmır. Hətta bu dövlətlərin arasında ABŞ-ı görmək də təəccüblü deyil. İlk baxışda ABŞ NATO çərçivəsində Türkiyə ilə əməkdaşlıq edir. Ancaq buna baxmayaraq, son illər tamam fərqli məsələlərlə üz-üzə qalırıq. Bilirsiz ki, ABŞ uzun müddət F16-nın Türkiyəyə satışı məsələsində ciddi problemlər yaratdı, bu hələ də davam edir. Məhz bundan sonra da Türkiyə Rusiya ilə silah alınması məsələsini ortaya gətirdi. İndi isə ABŞ-ın senatoru çıxıb Azərbaycana hərbi yardımın, Türkiyəyə isə F16-ların satılmasının dayandırılmasını təklif edir. ABŞ senatorunun  bu məsələni gündəmə gətirməsi təsadüfi deyil. Yenə də F16-lar məsələsi ABŞ tərəfindən gündəmə gətirilir, Türkiyəyə F16-ların verilməsinin məhdudlaşdırılması təklif edilir”.

F.Ələkbərlinin sözlərinə görə, xüsusən də ABŞ bunu Türkiyə və Yunanıstan arasında gərginliyin pik həddinə çatdığı dövr üçün deyirdi. O vurğuladı ki, bu gün ABŞ bu və digər şəkildə Yunanıstana dəstək verir, Türkiyəyə isə əksinə hərbi yardımların, F16-ların satılmasının məhdudlaşdırılmasını ortaya qoyur. “Bu ermənipərəst senator Azərbaycan Ermənistan üzərində ciddi qələbələr qazandıqdan sonra eyni zamanda Azərbaycana da hərbi yardımın dayandırılmasına çağırış edib. Amma Azərbaycana və Türkiyəyə qarşı düşmən münasibət bəsləyən Ermənistan və Türkiyəyə dəstək olur. Hətta ABŞ-ın rəsmi nümayəndələrini biz Afinada, İrəvanda görürük. Yəni bunlar təsadüfi deyil. ABŞ hökuməti bu cür bəyanatları məhz ayrı-ayrı senatorların dilindən səsləndirir. Bütün bunlar onu göstərir ki, əslində ABŞ da, onun bəzi müttəfiqləri də heç zaman nə Azərbaycana, nə də Türkiyəyə münasibətində səmimi olub. Biz bunu bir daha görürük. Əslində, Azərbaycanın Ermənistan üzərində böyük qələbə qazanması və öz ərazi bütövlüyünün bərpası yolunda çox ciddi uğurlar əldə etməsi heç də ABŞ tərəfindən birmənalı qarşılanmayıb. Ona görə də, Azərbaycan və Türkiyə birmənalı şəkildə öz milli silahlarını yaratmaqda, ortaya qoymaqda davam etməlidirlər. Eyni zamanda dost dövlətlərlə bu məsələləri həll etməyə çalışmalıdırlar. Çünki ABŞ-ın bizim bölgədəki maraqları bəllidir. Onun hər an hansı qərar verəcəyi  bəlli deyil. Yəni ABŞ-ın indiki Yunanıstan hökumətini və yaxud da Ermənistan hökumətini niyə dəstəklədiyi məlumdur. Onların əsasında yenidən bölgədə güclənmək istəyir. O, Türkiyəyə və Azərbaycana eyni şəkildə nəzarət edə bilmir, burda öz maraqlarını həyata keçirməkdə çətinlik çəkir. Ona görə də, məhz müxtəlif yollarla Türkiyə və Azərbaycanı hədələyir”.

F.Ələkbərli hesab edir ki, bu gün ABŞ-dakı qüvvələrin Ermənistanda baş verən revanşizmə ciddi dəstək verməsi də təsadüfi deyil. Ermənistanda revanşizmin davam etməsinin bölgədə ciddi narahatlıq yaratdığını qeyd edən F.Ələkbərlinin sözlərinə görə, məqsəd sülh danışıqlarını pozmaqdır. “Avropadakı və Qərbdəki bəzi qüvvələr Ermənistanda revanşizimi dəstəkləməklə sülhün yaranmasına mane olurlar. Əslində, onlar bu ölkədə revanşist qüvvələrin güclənməsinə çalışırlar ki, istədikləri niyyətləti həyata keçirsinlər. Bu qüvvələrin heç biri Azərbaycanın qələbəsini həzm edə bilmir. Bu səbəbdən də Ermənistanda revanşizmi körüklədirməyə cəhd edirlər. Bu adamlar maraqlı deyillər ki, Ermənistanda sakitlik olsun, revanşizm yatsın və sülh müqaviləsi imzalansın. Onlar Azərbaycanın və Türkiyənin güclənməsindən çox narahatdırlar. Amma bu senatorların, Qərb dairələrinin niyyətləri alınmayacaq. Çünki nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Türkiyə əvvəlki Türkiyədir. Azərbaycan-Türkiyə birliyi daha da güclənir”.

F.Ələkbərli hesab edir ki, türk dünyasının birliyi, bəzi türk olmayan ölkələrin də bu birliyə dəstək olması ABŞ-ı və başqa dövlətləri narahat edir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ