Cümə axşamı günü, 12 noyabr 2026
     

TŞ-də anti-Azərbaycan gediş, Paşinyanın xüsusi təbriki - Çin-erməni dostluğunun kökü tək uyğur məsələsidirmi?

Image


Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir ki, baş nazir Nikol Paşinyan Çin Xalq Respublikasının sədri Si Tsinpinə ÇXR-in yaradılmasının 73-cü ildönümü münasibətilə təbrik məktubu göndərib. Təbrikdə deyilir:

“Zati-aliləri,

Sizi və dost Çin xalqını Çin Xalq Respublikasının yaranmasının 73-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyiniz altında Çin siyasi və sosial-iqtisadi tərəqqi yolunda, eləcə də ölkənizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi istiqamətində yüksək addımlar atıb. Çin kimi etibarlı tərəfdaşla həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin daha da inkişafı və əməkdaşlığın genişləndirilməsi Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.

İki dost xalqın rifahı naminə ölkələrimiz arasında qarşılıqlı fəaliyyəti daha da dərinləşdirmək üçün birgə səyləri davam etdirməyə hazır olduğumu bir daha təsdiq edirəm.

Fürsətdən istifadə edərək, Çin Xalq Respublikası Kommunist Partiyasının qarşıdan gələn 20-ci qurultayına uğurlar arzulamaq və əminliklə vurğulamaq istərdim ki, bu qurultay Çinin və Çin xalqının nailiyyətlərinin və uğurlarının qiymətləndirilməsində təməl daşı olacaq.

Zati-alinizə möhkəm cansağlığı və səmərəli fəaliyyət, dost Çin xalqına isə uzunmüddətli firavanlıq və əmin-amanlıq arzulayıram”.

Maraqlıdır ki, Çinlə Ermənistanın yaxın münasibəti yalnız bu məktubda əks edilmir.

Bugünlərdə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq  Şuanq Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Azərbaycanın maraqları ilə qətiyyən uzlaşmayan mövqe bildirib.

O deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması “Dağlıq Qarabağ  probleminin” nizamlanmasından ayrı ola bilməz: “Çin tərəfləri məsələni hərbi deyil, dialoq yolu ilə həll etməyə çağırır. Bir daha qeyd edirik ki, bütün bu məsələlərin həllini Qarabağ problemindən kənarda nəzərdən keçirmək olmaz”.

Qeyd edək ki, Ermənistanda  Çin səfirliyi üçün 40 hektarlıq sahə ayrılıb. Bu, Çin Xalq Respublikasının Avrasiya məkanında Rusiyadan sonra ikinci ən iri səfirlik binasıdır. Bu cür geniş səfirliyin olmasını təhlilçilər Çin dövlətinin bu bölgəyə daha böyük əhəmiyyət verməsi və ticarət əlaqələrində maraqlı olması ilə bağlayır. Bu isə region ölkələrilə, xüsusilə də Rusiya ilə rəqabət deməkdir.

Rəsmi Pekinin bu yaxınlara atdığı başqa bir addımı da diqqəti cəlb etdi. ABŞ, Aİ, İran və Rusiya səfirlərindən sonra Çin səfiri də Zəngəzura səfər edib. Bildirilib ki, səfərin məqsədi Çin və Zəngəzur regionu arasında əməkdaşlığı müzakirə etməkdir. Fan Yonq Ermənistan-Çin ticarət-iqtisadi əlaqələri kontekstində bölgənin əhəmiyyətini vurğulayaraq, ölkəsinin investorlarını Zəngəzura yönəltməyə hazır olduğunu bəyan edib. Bəzi təhlilçilər Çinin bu cür addımlarını həm də onun daxilində olan uyğur problemi ilə əlaqələndirirlər. Çinin daxilindəki bu türk toplumuna olan təzyiqləri Türkiyə açıq şəkildə pisləyir, Pekindən ədalətli davranış tələb edir. Çin bilir ki, Ermənistanın Türkiyə ilə tarixi düşmənçiliyi var. Bizi də Türkiyə ilə bütöv gördüyü üçün, Ermənistana verdiyi açıq dəstəklə uyğur məsələsindəki təzyiqləri neytrallaşdırır. Maraqlıdır, Çin-Ermənistan yaxınlaşmasının kökü təkcə uyğur məsələsindən qaynaqlanır, yoxsa burada başqa detallar da var?

Milli Dirçəliş Hırəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Çinin Ermənistana meyl etməsi yalnız uyğur məsələsinə görə deyil: “Hazırda yeni dünya düzənində daşlar yerindən oynayıb. Buna görə də, Ermənistan özünü bazara çıxarıb. Bizim bölgə kilid olan regionlardan biridir. Türkiyə Ermınistanı qazanmaq istəyir. Əslində Türkiyənin xətti Rusiyanın itirdiklərini yığmaqdır. Qərb və ABŞ-ın Türkiyə ilə gərgin olan münasibətinin dərin qatında bu amil durur. Onlar çalışır ki, Rusiyanın itirdiklərini Türkiyə yığa bilməsin. Türkiyə yeni bloklaşmada liderdi. Bu bölgəyə də nəzarəti götürə bilər. Bura da dünyanın qəlbi sayılır. Buradan üç strateji yol keçir. Orta İpək Yolu Ermənistan üzərindən açıq olacaq. Zəngəzur dəhlizinə Çinin meyl etməsi buna bağlıdır. ABŞ və digərləri bu yolun olmasını Çinin iqtisadi inkişafının qarşısını almaq üçün istəmirlər. Burada rəqabət  həm yol üzərində gedir, həm uyğur məsələsinə görə Türkiyəyə pressinq olunur. Ən mühüm amillərdən biri Rusiyanın itirəcəyi Ermənistanı Çinin qazanmaq istəməsidir. Biz şahidi olduq ki, Çin Qazaxıstan məsələlərində də aktivlik göstərdi. Çalışdı ki, Rusiya Qazaxıstandan çıxsın. Çünki həmin ölkədə həm siyasi, həm də iqtisadi maraqları vardı. Şərq üçbucağı deyilən ölkələr: Rusiya-İran-Çin ortaq davranırlar. Hazırda qismən də olsa Hindistan bu  ölkələrə qoşulub. Onlar peyk dövlətləri ilə yaxın əlaqələr qurmaqda maraqlıdırlar. Ermənistan, Çinin olmasa da, Rusiyanın peyk dövlətidir. Hazırda Rusiyanın vəziyyəti çox kritik olduğuna görə, Çin bundan istifadə etməyə can atır. Çalışır ki, xüsusilə də Türkiyə və Azərbaycana qarşı maşa rolunda olan Ermənistan məhz onun əlində olsun. Çin, ABŞ-dan fərqli olaraq, ölkələri hərbi bazalarla deyil, bazarlarla ələ keçirmək istəyir. Bu da onun Ermənistanla daimi müttəfiq olmasına imkan vermir. Çünki Ermənistanın belə iqtisadi potensialı yoxdur. Çin bu aspektdə məcburdur ki, Azərbaycan və Türkiyə ilə ortaq davransın”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ