Cümə axşamı günü, 12 noyabr 2026
     

Vüqar Rəhimzadə: "İşğaldan azad olunmuş torpaqların sahibləri bu ərazilərə həyatı yenidən qaytarır"

Image


“İki il bundan əvvəl bizi tarixi Zəfərimizə qovuşduran 44 günlük İkinci Qarabağ müharibəsini yaşadıq. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən güclü  atəşə tutmasına cavab olaraq Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrinə uyğun olaraq başladığı “Dəmir yumruq” əməliyyatı Silahlı Qüvvələrimizin  malik olduğu imkanların, ən əsası xalqımızın yenilməzliyinin, məğrurluğunun, tarixinə sahib çıxmasının, milli qürurunun dünyaya təqdimatı oldu.

Dövlət başçısı İlham Əliyev Vətən müharibəsinin gedişində Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbə olan və bu gün də həmin müsahibələrə müraciət edilərək 44 günün reallıqlarının  öyrənilməsinə geniş imkanlar yaradan xarici mətbuata çoxsaylı müsahibələrində Azərbaycan üçün Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu bəyan etdi. 44 günün hər günü tariximizin Zəfər səhifələri oldu. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr-Anım Günündə  Füzuli rayonuna səfərləri zamanı  xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra ölkə Prezidenti çıxışında bir daha keçilən yola nəzər salaraq bildirdi ki,  44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı Vətən müharibəsi dövründə bütün gücünü səfərbər edib bir yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, igidliyi, şücaəti  sayəsində azad edilmiş torpaqlarda biz bu gün  qurub-yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir,  həm də şanlı Zəfərimizlə qürur duyuruq.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günündə Füzuliyə səfərinin rəmzi mənası vardır: “Ona görə ki, Azərbaycan əsgəri məhz bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq  Zəfər yürüşünə başladı.  İkinci Qarabağ müharibəsinin ilk günündə Füzulinin Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı,  Cəbrayıl rayonunun  Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Vətən müharibəsində ilk şəhidlərimizi də məhz  bu torpaqda   verdik. Bu gün şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı ucaldılıb. 30 il erməni vəhşiliyinə, vandallığına tuş gələn  bu torpaqlarımız hazırda yenidən qurulur, müasir yeniliklər bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı olmasından qürur duyur.  Dövlət başçısı, qalib Sərkərdə İlham Əliyev  torpaqlarımızın işğaldan azad edilməsindən, tarixi Zəfərimizdən bəhs edərkən Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirir. Möhtərəm Prezidentimiz Füzulinin Qaraxanbəyli kəndində  işıqlı  sabahımıza çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə sərt  xəbərdarlıqları ilə  zəngin olan  çıxışında xalqımızın xoşbəxtliyinin digər mühüm məqamını da  açıqladı: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.”

   YAP Xətai rayon təşkilatının sədri belə bir mühüm məqama da diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Anım Günündə  Füzuli rayonu ilə yanaşı, mədəniyyət paytaxtımız, Azərbaycanın döyünən ürəyi Şuşa şəhərində də oldular: “Bu da tarixi Zəfərimizi özündə əks etdirən  addımdır.  2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Ordusunun alınmaz qalanı-Şuşanı işğaldan azad etməsi  10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasını şərtləndirən mühüm hadisə oldu. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısında diz şökdü, düşmənin kapitulyasiyasının, Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr Bəyanatı imzalandı.”

   Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada yeni inşa edilmiş bir sıra obyektlərdə işlərin gedişi ilə tanış olmalarından da bəhs edib: “Ümumilikdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər bir səfərləri bu ərazilərin bərpa və quruculuğunda yeni mərhələnin başlanmasından xəbər verir. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilir. Təkcə ötən ilin statistikasına müraciət etdikdə  görürük ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə 32 səfəri olmuşdur ki, bunun 7-si mədəniyyət paytaxtımız Şuşaya reallaşmışdır. Bu ilin ötən dövründə həmin ərazilərə səfərlərin sayı daha da artıb. Bu səfərlərlə yanaşı, Qarabağın tacı Şuşa  iqtisadi, siyasi, humanitar mərkəz kimi  mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Artıq Şuşa Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirərək hazırkı dövrün əsas məsələsi olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə bağlı sənədlərin imzalanmasına da  şahidlik edib. Bu mühüm addım bir daha təsdiqlədi ki, Azərbaycanın bölgələri də  malik olduğu imkanları ilə dünyanın diqqətindədir.”

  YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Şuşada görülən işlər Müzəffər Ali Baş Komandanın  mədəniyyət paytaxtımızın işğaldan azad edildiyi gün səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” çağırışlarının reallıqda öz təsdiqini tapdığını göstərir: “Prezidentin xüsusi nümayəndəliyinin ilk olaraq Şuşada yaradılması da  deyilənlərin təsdiqi, eyni zamanda, bu ərazilərdə təkmil idarəçilik sisteminin yaradılmasının göstəricisidir. Qeyd etdiyimiz səfər zamanı  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Görülən hər bir işin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırarkən  ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” vədi dayanır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün heç də uzaqda olmadığını  göstərir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ