Prezident Əliyev tezliklə Azərbaycanda bir neçə yeni qaz yatağında hasilatın başlanacağını açıqladı

img

Bu yaxınlarda Azərbaycanda bir neçə digər qaz yatağında hasilat başlayacaq. Bunu Prezident İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxışı zamanı deyib.

"Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir", - deyə Prezident İlham Əliyev qeyd edib.

Peşə etikası

Son xəbərlər