Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ Kremli vurmaqla hədələyir, Rusiya nüvə arsenalını xatırladır...

Image


Rusiyanın cari ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən sonra nüvə silahlarından istifadə məsələsi daha çox gündəmə gəlməyə başlayıb. Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.

Məsələyə yenidən nəzər salan ABŞ-ın “Nyu-York Times” nəşrinin yazdığına görə, yaxın tezlikdə Vladimir Putin Ukraynada taktiki nüvə silahından istifadə edə bilər: “Düzdür, Rusiya dövlət başçısının hələlik belə bir zərbə hazırladığına dair heç bir sübut yoxdur. Buna baxmayaraq, sözügedən addım istisna edilmir. Ekspertlərin qənaətinə görə, Vladimir Putin Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyanı da nəzərə almalıdır. Bu dövlətlərin liderləri Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı ən sərt tənqidlər deyiblər”. Amerikanın “Newsweek” nəşri isə daha sensasiyalı fikirlər səsləndirib. Nəşr ölkənin hərbi rəhbərliyindəki mənbələrə istinadən, ABŞ-ın Rusiya nüvə silahından Ukraynada istifadə edəcəyi halda Kremlə zərbə endirmək kimi tədbirləri nəzərdən keçirdiyini bildirib. Mənbə nəşrə bildirib ki, mümkün variantlar arasında “Rusiyanı hərbi-siyasi rəhbərliksiz qoymaq” və ya sadə dillə desək, Kremlə zərbə vurmaq var. Artıq Rusiyanın ABŞ-dakı səfirliyi nəşrdə yer alan təhdidlərə cavab verib. Səfirliyin nümayəndələri amerikalıların belə ritorikaya yol verməsindən hiddətləniblər. Onlar nəşrin iddialarının Pentaqonun rəsmi mövqeyi ilə heç bir əlaqəsi olmadığına ümid edərək, bu cür arqumentlərin “xəyalpərəstlik” olduğunu qeyd ediblər: “Əks halda, dünya həqiqətən təhlükəli bir xəttə yaxınlaşacaq və “Karib böhranı 2” artıq üfüqdə görünür”. Diplomatlar xəbərdarlıq ediblər ki, Vaşinqton belə bir addım atmağa qərar verərsə, nəticələri bütün dünya üçün fəlakətli olacaq. Rusiya heç bir vasitə ilə öz suverenliyini, ərazi bütövlüyünü və xalqını müdafiə etmək hüququndan imtina etməyəcək. Bununla belə, səfirlik xəbərdarlıq edir ki, böyük fəlakətdən qaçmaq üçün iki nüvə dövlətinin açıq münaqişəyə girməməsi daha yaxşıdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns isə qeyd edir ki, Rusiyanın nüvə silahından istifadəsi çoxsaylı nəticələrə gətirib çıxaracaq. O, Rusiya prezidentinin nüvə təhdidlərini də şərh edərək deyib ki, indi bunun blef olub-olmadığını demək çox çətindir: “ABŞ kəşfiyyatı nüvə silahından istifadəyə hazırlıqla bağlı heç bir əməli sübut tapmayıb. Bizim görəcəyimiz iş bunu çox ciddi qəbul etmək, real hazırlıq əlamətlərini izləməkdir”.

Ehtimallara görə, Rusiya Ukraynada nüvə silahına əl atarsa, bu, taktiki nüvə silahı olacaq. Taktiki nüvə silahları döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Onlar geniş radioaktiv çirklənmə olmadan müəyyən hədəfləri məhv etmək üçün istifadə oluna bilər. Ən kiçik taktiki nüvə başlığının gücü trotil ekvivalenti ilə bir kilotona qədərdir, yəni partlayışın gücü min ton trotilin partlama gücündən çox deyil. Ən böyük taktiki nüvə başlığı 100 kilotona qədər ola bilər. Xirosimaya atılan Amerika atom bombasının gücü 15 kiloton olub. Strateji nüvə silahları daha güclüdür və gücü 1000 kilotona qədərdir. Onlar həmçinin minlərlə kilometr uzaq məsafədə zərbə üçün istifadə olunur. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var. Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər. Bu silahların atılması üçün təyyarə və ya gəmilərdən də istifadə edilə bilər. Belə döyüş başlıqları raketlərə, torpedolara və ya dərinlik bombalarına quraşdırılır. ABŞ iddia edir ki, Rusiya son illərdə bu cür silahların hazırlanmasına böyük sərmayələr qoyub, onların məsafəsini və dəqiqliyini artırıb. Taktiki nüvə silahları hərbi münaqişələrdə indiyə qədər istifadə olunmayıb. ABŞ və ya Rusiya kimi nüvə gücləri hesab edirlər ki, adi müasir silahlar taktiki məqsədlərə nail olmaq üçün kifayət edir. Bundan əlavə, indiyədək heç bir nüvə dövləti taktiki nüvə silahlarından istifadə etməklə nüvə müharibəsi risqinə getmək istəməyib. Bununla belə, Ukraynada üzləşdiyi problemlər fonunda Rusiya, strateji raketlərdənsə, taktiki nüvə silahlarının istifadəsinə daha meylli olmağa başlayıb. Böyük Britaniyanın beynəlxalq münasibətlər üzrə eksperti Patrisiya Lyuis qeyd edir: “Ola bilsin ki, onlar bunu nüvə silahından istifadə həddini keçmək kimi görmürlər. Onlar üçün bu, adi silahların bir hissəsidir". Amerika kəşfiyyatı hesab edir ki, Putin taktiki nüvə silahlarından istifadə etməklə Qərbin Ukraynaya kömək etməsini dayandırmağa çalışır. Digərləri isə qorxurlar ki, Rusiya müharibədə növbəti uğursuzluqlarla üzləşərsə, Ukraynada "oyun qaydalarını dəyişmək", dalandan çıxmaq və nəticədə məğlubiyyətdən yayınmaq üçün taktiki nüvə silahlarından istifadə edə bilər. ABŞ-ın “Carnegie” Fondunun nüvə enerjisi üzrə eksperti Ceyms Akton bu xüsusda bildirir: “Belə bir şəraitdə Putinin nüvə silahından istifadə edəcəyi ilə bağlı narahatlıq üçün hər cür əsasım var. Çox güman bu, Ukrayna ərazisində, hamını qorxutmaq və istədiyinə nail olmaq üçün tətbiq oluna bilər. Lakin biz hələ ki, o həddə çatmamışıq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ