Putin səhvən İKİNCİ İLHAQ DALĞASINA getdi və Azov dənizi daxili sulara çevrildi... - Aydın QULİYEV yazır...

img

Abxaziya və Cənubi Osetiyadan sonra Rusiya başqa suveren ölkənin ərazisinin bir hissəsini ilhaq etmək yönümündə İKİNCİ DALĞANIN addımlarını atdı - Fevralda Donetsk və Luqanskın müstəqilliyini tanıdı, bu gün isə bunlardan əlavə Xerson və Zaporojyeni də ilhaq etdi.

Təbii ki, dünya bunu tanımayacaq və Rusiya hansısa dövr ərzində sərhədləri qeyri-legitim ölkələr sırasında "yad ediləcək". Əvvəlcə Putin 4 bölgənin Rusiyaya qatılması sazişlərini imzalayacaq, sonra sazişlər parlamentin təsdiqinə veriləcək, yeni dörd əraziyə Rusiya Federasiyasının subyektləri statusu veriləcək, daha sonra isə referendum keçirilərək Rusiya konstitusiyası dəyişdiriləcək. Göründüyü kimi cənab Putinin işi hələ çoxdur və onun bu uzun işləri nə zaman başa çatdıracağı məlum deyil... Beynəlxalq miqyasda isə nələrin baş verəcəyinə dair ehtimalları bölüşək...

1. Demək, cənab Putin nüvə silahı tətbiqini arxa plana keçirməyə meyllidir. Əgər nüvədən istifadədə qəti qərarlı olsaydı, 4 ərazinin birdən ilhaqına getməzdi. Bu son radikal addım kimi görünür...

2.Putin Ukraynanın 4 bölgəsini ilhaq etməklə tələsdi, bəlkə də onu bu tələskənliyə vadar etdilər.

Çünki bunun ardınca Qərbin Ukraynada açıq NATO bazaları qurmasının yolu açılır. Qərb Ukraynaya Gürcüstandan fərqli baxdığını açıq-aşkar nümayiş etdirə bilər. NATO bazaları qurulsa onları bir daha Ukraynadan çıxarmaq çətin mümkün olar. Ancaq Rusiyanı ilhaq edilmiş ərazilərdən nə vaxtsa çıxarmaq ehtimalı var.

3. Bu 4 ərazinin ilhaqı ilə Azov dənizi və Kerç boğazı öz beynəlxalq statusunu itirərək Rusiyanın daxili sularına çevrilir. Azovdan və Kerçdən istifadə üzrə 2003-cü ildə Rusiya və Ukrayna saziş imzalayıb. Ukrayna Azova və Kerçə iddialarından imtina etməyəcək.

Nəhayət, bu ehtimallar göstərir ki, müəyyən müddətdən sonra Ukraynanın NATO-ya qəbul prosesi sürətlənə bilər.

Hələ ilhaq prosesinin ÜÇÜNCÜ DALĞASINDAN danışmıram...

Aydın QULİYEV

Peşə etikası

Son xəbərlər