Razılaşdırılmayan aksiyaya çağırış edən Tofiq Yaqublu saxlandı

img

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu saxlanılıb. Trend-in əldə etdiyi məlumata görə, Tofiq Yaqublu bu gün polis əməkdaşları tərəfindən saxlanılıb.

Trend-in sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır.

Peşə etikası

Son xəbərlər