Çavuşoğlu: "Azərbaycanla birlikdə tarixi "İpək yolu"nu bərpa etmək üçün addımlar atırıq"

img

Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi "İpək yolu"nu yenidən bərpa etmək üçün addımlar atırıq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Ölkəmizi dünya ticarətində strateji mərkəzə çevirməyə çalışırıq. Şərq-Qərb dəhlizinin əhəmiyyəti artıb. Biz də Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi "İpək yolu"nu yenidən bərpa etmək üçün addımlar atırıq", - deyə M.Çavuşoğlu əlavə edib.

Peşə etikası

Son xəbərlər