Cümə axşamı günü, 12 noyabr 2026
     

Qərb Ermənistanı Rusiyadan qoparır, İrəvan ilk olaraq KTMT-ni tərk edir

Image


Rusiyadan qoparaq Qərb orbitinə yuvarlanmaqda olan Ermənistanın Kremlin təsir dairəsindən tam azad olması məqsədilə indi ABŞ və Fransanın daha aktiv şəkildə hərəkətə keçməsi müşahidə olunur. Bunu Ermənistan rəsmiləri özləri də etiraf edir.

Məsələn, hakim Vətəndaş müqaviləsi” partiyasının üzvü Qaqik Melkonyan bildirir ki, Vaşinqton sıx əməkdaşlıq müqabilində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını təklif edib: “KTMT-dən çıxsaq, ABŞ bizə silah satacaq. Bu onların ilkin şərtidir. Bəli, KTMT-dən çıxmağımızı istəyirlər”.
Artıq “Vətəndaş Müqaviləsi” fraksiyasında Ermənistanın KTMT-dən çıxması və ya üzvlüyünün dayandırılması ilə bağlı müzakirələr başlayıb. Məhz bu durumda o da bəllidir ki, Ermənistan KTMT çərçivəsində Qazaxıstanda keçiriləcək hərbi təlimlərdə iştirak etmir. Sentyabrın 26-dan oktyabrın 8-dək Cambul və Almatı vilayətlərində KTMT-nin çevik reaksiya kollektiv qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2022”, “Poysk-2022”, “Eşelon-2022” hərbi təlimləri keçirilir. Bununla bağlı KTMT-yə üzv ölkələrin hərbi qulluqçuları Qazaxıstana gəlib. Qoşunların hərəkəti zamanı komanda xidməti, zenit müdafiəsi və kompleks təminat məsələləri işlənir. Ermənistan KTMT-yə üzv olan yeganə ölkədir ki, yuxarıda qeyd olunan hərbi təlimlərdə iştirakdan imtina edib. Erməni politoloq Robert Gevondyanın fikrincə, bu, Ermənistanın demarşı deyil, daha çox İrəvanın müstəqil qərarlar qəbul etməyə qadir olduğunu digər tərəfdaşlara göstərmək üçün atılan siyasi addımdır: “KTMT-dən çıxmaq prosesinə hələlik başlanmasa da, KTMT-nin mane olacağı müəyyən imkanlar yaranarsa, Ermənistan da həmin prosesə başlaya bilər. Yəni bu, Ermənistana qarşı gözləmə mövqeyi tutmuş və ya kiçik addımlarla irəliləyən tərəfdaşlara bir mesajdır”. O vurğulayıb ki, bu yolla Ermənistan Rusiyadan asılı olmadığını göstərmək istəyir: “Ermənistanda hazırda kifayət qədər ciddi təhlükəsizlik təhdidləri var. Üstəlik bu, Rusiyanın Ukraynadakı münaqişəyə tam qarışdığı və diqqəti səfərbərliklə bağlı situasiyalardan yayındırdığı bir şəraitdə olduqca təhlükəlidir, bütün bunların kontekstində Ermənistana qarşı cəza tədbirlərini proqnozlaşdırmıram”. Erməni politoloq Ruben Mehrabyan Ermənistanın mövqeyini müsbət qiymətləndirir: “Bunun da müsbət nəticələri olacaq. Ümumiyyətlə, o təşkilat bizim heç nəyimizə gərək deyil”. Çox maraqlıdır ki, Rusiyaya yaxın olan Ermənistanın siyasi qüvvələri də Kremlə xəyanət yolu seçiblər. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın sonuncu mətbuat konfransında səsləndiridiyi fikirlər bunun konkret təzahürüdür. Onun sözlərinə görə, Rusiya bu gün Ukraynadakı vəziyyət, eləcə də müttəfiqi Ermənistanın məğlubiyyəti ilə sıxışıb. Sabiq prezident vurğulayıb ki, Rusiya Cənubi Qafqaz regionunda bundan sonra da təmsil olunacaq və onu Azərbaycanla münasibətlərdə öz maraqlarını müdafiə etməkdə ittiham etmək indi doğru görünmür: “Biz heç nə etmirik və sonra müttəfiqimizin Azərbaycanla fəal əlaqələr qurmasından şikayətlənirik. Biz də çalışmalıyıq Rusiyanı inandıraq ki, Ermənistan hələ də regionda nəyisə ifadə edir və belə siyasətlə Kreml bizi itirə bilər. Bununla belə, biz Rusiya Federasiyası ilə münasibətləri tam korlaya bilmərik”. Rusiya ilə müttəfiqlik yaratmaq tərəfdarı olaraq qalıb-qalmadığı sualını cavablandıran eks-prezident bildirib ki, indiki mərhələdə bu, Ermənistan üçün həll yolu deyil. Köçəryan eyni zamanda qeyd edib ki, anti-Rusiya əhval-ruhiyyəsini qabartmaq ilk növbədə Ermənistana zərər verəcək və bunu başa düşmək lazımdır. 

Köçəryan onu da qeyd edir ki, KTMT-dən çıxmaq indiki halda  Ermənistan hökumətinin daha ​​bir axmaqlığı olardı: “Sadəcə, bu təhlükəsizlik sisteminə yeni komponentlər əlavə etmək lazımdır. Bunu Rusiya tərəfinə izah edə və ya İranın iştirakı ilə üçtərəfli format formalaşdıra bilərsiniz. Çünki bütün tərəflərin maraqları üst-üstə düşür”. Regionda Azərbaycanla yanaşı Türkiyənin qarşısının alınmasına gəlincə, Köçəryan əmindir ki, bu gün nə Rusiya, nə ABŞ, nə də Fransa bunu edə bilər. Eks-prezident qeyd edir ki, bu ölkələrin liderlərinin milli maraqların qorunmasında ustad dərsi nümayiş etdirən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana heç bir təsiri yoxdur. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan isə qeyd edir ki, ölkəsinin üzləşdiyi yeni problemlər fonunda Qərb və Ermənistan arasında əməkdaşlığın inkişafı ideyası da yeni deyil: “Praktiki baxımdan, 2020-ci ilin noyabrından sonra Qərb dövlətlərinin Ermənistan və Azərbaycana silah tədarükünə qoyulan siyasi məhdudiyyətləri aradan qaldırıb-qaldırmadığını bilmirəm. Əgər bu məhdudiyyətlər aradan qaldırılmayıbsa, o zaman qüvvədədir. KTMT-yə üzvlüyümüz heç vaxt Qərblə hərbi alqı-satqı aparmağa əsl maneə olmayıb, bu süni mifdir. Onu da qeyd edim ki, silah və sursat alqı-satqısı ictimai çıxışları deyil, susmağı xoşlayır”. Tonoyan qeyd edib ki, Ermənistanın KTMT-yə üzv olmasının Azərbaycan üçün çəkindirici amil olması da mifdir: “İndi onun da dağılmasının şahidi oluruq. Ermənistanın KTMT-yə üzvlüyü başqa çoxsəviyyəli təhlükəsizlik məqsədləri güdür. Üstəlik, KTMT Ermənistan Silahlı Qüvvələrinin sərhədlərimizi qorumasına heç bir şəkildə mane olmur”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ