30 il müttəfiqlikdən sonra Rusiyadan dönüş - Ermənistan bölgəyə NATO-nu gətirməyi hədəfləyib...

Tural İsmayılov: “Paşinyanın bu addımları NATO-nun bölgəyə gəlməsinə səbəb ola bilər”

img

Ötən 30 illik dövrdə Ermənistan Rusiyaya arxalanıb bu bölgədə özünün təcavüzkarlıq və ilhaqçılıq siyasətini həyata keçirirdisə, Vətən müharibəsindən bu yana olan dövrdə Azərbaycan-Rusiya münasibətlərinin sürətlə yaxşılaşmağa doğru getməsi, Azərbaycanın bölgədə Rusiyanın əsas strateji tərəfdaşına çevrilməsi, Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində Ermənistanın xarici siyasət oriyentasiyası Rusiyadan kəskin şəkildə dönməyə və Qərb ölkələrinə doğru istiqamət götürməyə başladı.

Hazırda Ermənistan Rusiyanı faktiki olaraq Qərb ölkələrinə, Fransaya, Amerikaya və digərlərinə dəyişib. Həmin ölkələrdə özünün təcavüzkar siyasətinə dəstək, arxa axtarır. Ermənistanın gizli məqsədi NATO-nu bölgəyə gətirmək və beləliklə də bu bölgədə Rusiyanın və  Azərbaycanın fəal səyləri ilə yaranmaqda olan sülh prosesini pozmaqdır. Ona görə də Ermənistanın NATO-nu bölgəyə gətirmək və bu bölgədə sülh prosesini pozmaq niyyəti bütün bölgə üçün təhlükədir.

Bu barədə ekspertlər nə düşünür?

  • “Ermənistanın Rusiyaya xəyanətləri artıq davamlı xarakter alıb”

Siyasi ekspert Tural İsmayılov bizimlə söhbətində bildirdi ki, Ermənistanın Rusiyaya xəyanətində qəribə heç nə yoxdur. “Ermənistanın Rusiyaya xəyanətləri artıq davamlı xarakter alıb. Mənə elə gəlir ki, Rusiyanın siyasi və hərbi elitası Ermənistan hakimiyyətinin anti-Rusiya yönümlü siyasətinin yaxşı fərqindədir, bunu dərk edə bilir. Özəlliiklə son dövrlər Paşinyanın NATO-yönülmü siyasət həyata keçirməsi, Qərb dövlətləri ilə görüşlər keçirməsi, həmçinin sonuncu olaraq bir neçə ay əvvəl Amerika Federal Tədqiqatlar Bürosunun rəhbərinin Ermənistana səfər etməsi, bu yaxın günlərdə ABŞ Nümayəndələr Palatasının rəhbərliyində təmsil olunan Nensi Pelosinin İrəvana səfəri və burda Rusiyafob açıqlamalar verməsi Ermənistanın konkret olaraq Rusiyaya xəyanət etdiyinin növbəti göstəricisindən biridir. Bütövlükdə, burda təəccüblənəcək məqam yoxdur. Çünki Nokol Paşinyan və onun hakimiyyətində təmsil olunan adamlar Soros Fondu və beynəlxalq Qərb imperialist dairələri tərəfindən yetişdirilən kadrlardır. Elə Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Rusiya əleyhinə siyasət həyata keçirib, bu gün də müxtəlif  manevrlər edərək Ermənistanın həm Avrasiya İqtisadi Birliyindən, həm də KTMT-dan çıxmaq ehtimalları ilə bağlı tezisləri Ermənistan cəmiyyətinin beyninə yeritməyə çalışır. Bütövlükdə, hesab edirəm ki, Fransa və ABŞ-la əlaqələri genişləndirmək, eyni formada regionda Rusiya ilə qonşuluq faktorunu və Rusiyanın geostrateji güc olma meyarlarını dərk etməmək Ermənistan üçün ağır faciələrə səbəb olacaq. Bütövlükdə, Paşinyanın bu addımları NATO-nun bölgəyə gəlməyinə səbəb ola bilər. Hesab edirəm ki, bugünə qədər Ermənistanın haqsız və ədalətsiz mövqeyinə birtərəfli formada dəstək verən, 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə “dur” deməyi bacarmayan NATO-nun bölgəyə gəlməsi perspektivdə regionun yenidən qızışmağına və Cənubi Qafqazda RusiyaNATO qarşıdurmasının Ermənistan üzərindən  reallaşmasına səbəb ola bilər”.

Bu səbəbdən ekspert hesab edir ki, sorosçuların Nikol Paşinyan vasitəsilə həyata keçirdiyi bu layihə birmənalı şəkildə dayandırılmalıdır: “Bu baxımdan, yaxın zamanlarda bu məsələ Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq”.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər