Cümə axşamı günü, 12 noyabr 2026
     

Hərbidə maliyyə ilə bağlı daha bir məmur tutuldu - Ordunu ictimai nəzarətdən kənar saxlamaq cəhdləri hələ var...

Image


Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib. Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ordudakı maliyyə mənimsəmələri ilə bağlı artıq necənci yüksək rütbəli zabit həbs edilir. Mənimsənilən məbləğlər milyonlarla ölçülür. Uzun illər idi ki, “mediaya ordudan yazmaq olmaz” kimi qeyri-rəsmi qadağalar tətbiq edilirdi. Səbəbi “düşmən bizi izləyir” kimi amillərlə izah olunurdu. Müdafiə Nazirliyində korrupsiyanın bu şəkildə çiçəklənməsi həm də ordunun ictimai nəzarətdən kənarda qalması amili ilə izah edilə bilərmi?

“Cümhüriyyət” qəzetinin və “Cəbhə.info” saytının baş redaktoru Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi  ki, müdafiə nazirliyində olan həbslər çox təəssüf doğurur: “Amma bu kimi halların ordumuzun nüfuzuna zərər gətirəcəyinə inanmıram. Azərbaycan ordusu tarixdə qalacaq bir ordudur. Ölkənin 20 faiz ərazisini 30 il işğal altında saxlayan düşməni 44 günə darmadağın etdi və işğala son qoydu. Biz bununla fəxr edirik. Orduda neqativ hallar, korrupsiya faktları kimi məlumatlar isə həmişə bizi narahat edib. Kimlərsə ordunun şan-şöhrətini uca tutmaq əvazinə öz maraqlarını düşünür və çirkli yollarla var-dövlət qazanmağa çalışıblar. Təbii ki, müvafiq orqanlar bu prosesi nəzarətdə saxlayır və faktlar aşkar edildikdə  dərhal lazımi tədbirlər görülür. Müdafiə Nazirliyində aparılan həbslər məhz həmin nəzarətin və aşkar edilən faktların nəticəsidir. Sonuncu həbs edilən Azərbaycan ordusunun təlim və tədris mərkəzinin maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə olub. Məlumatlarda bildirilir ki, o, Dövlət Təhlükəsizlik Xidmətində istintaqı davam edən cinayət işi üzrə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir. Bu da onu göstərir ki, kimin hansı mənfi əməli olacaqsa o adamlar üzə çıxarılacaq və cəzalarını alacaqlar. Amma dövlət nəzarətindən əlavə ictimai nəzarət də olmalıdı dövlət qurumlarında. Düzdü, ordu spesifik sahədir. Orda ictimai nəzarət digər dövlət qurumları, mərkəzi və yaxud yerli icra hakimiyyətləri yanında olan nəzarətdən fərqli olmalıdır. Məsələn, bu gün müxtəlif dövlət qurumları, yerli və mərkəzi icra hakimiyyəti orqanları yanında vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət ictimai şuralar fəaliyyət göstərir. Bu şuralar hansısa formada ictimai nəzarət mexanizminin formatını yarada bilib və onu icra edirlər. Media belə qurumlardan istədiyi formada həm informasiya alır, yayır, həm də əldə edilən informasiyaları dərc edir, ictimailəşdirir. Amma hərbi sahə tam fərqlidir. Məsələn, büdcə xərclərində hər hansı bir şəffaflıq kimi  məsələləri nəzarətdə saxlamaq olmur. Çünki bunlar hərbi xərclərdir. Hansısa bir ictimai sektor nümayəndəsi və o cümlədən media bu xərcləri görməlidirmi? Qətiyyən, bu mümkünsüzdür. Amma “ordudan yazmaq olmaz” kimi fikirlər səhvdir. İctimai nəzarəti ordu üzərində ancaq belə formalaşdırmaq olar. Söz və mətbuat azadlığının hüquqi bazası çərçivəsində media nəsə yazmalıdır, ictimai nəzarət belə formalaşmalıdır. Mediaya “nəsə yazmaq olmaz” demək yolverilməzdir. Təbii ki, uzun müddət mediada “ordudan yazmaq olmaz”  kimi qeyri-rəsmi qadağalar tədbiq edənlər, “düşmən bizi izləyir”  kimi tezislərlə bunu əllərində bayrağa çevirənlər əslində ictimai nəzarətin qarşısına sədd çəkmiş olublar. Ona görə də hesab edirəm ki, kadr məsələsində olan  yanlışlıq qədər, ictimai nəzarətin olmaması da istənilən bir qurumda mənfi halların baş verməsinə səbəb olur”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ