Cümə axşamı günü, 12 noyabr 2026
     

"Media Reyestrinin yaradılması ilə mətbuatın inkişafında yeni səhifə açılır" - Vüqar Rəhimzadə

Image


“Dövlətimizin bütün dövrlərdə cəmiyyətin güzgüsünə çevrilən, hər bir ölkənin inkişaf səviyyəsini göstərən mətbuatın fəaliyyətinin stimullaşdırılması, media mühitinin sağlamlaşdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Bu gün artıq yeni dövrün yeni reallıqlarını yaşayırıq. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açmaqla yanaşı, mətbuatımızın da qarşısında bir sıra həllivacib məsələlər qoydu.

Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Bunun üçün ötən bir ildən artıq dövrdə sözügedən Fərmandan irəli gələn və mətbuatın inkişafına xidmət edən addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Ölkə Prezidentinin qeyd edilən Fərmanı əsasında yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) bu müddətdə həyata keçirdiyi layihələr, yeni dövrün tələbinə uyğun olaraq “Media haqqında” Qanunun hazırlanması ilə bağlı apardığı müzakirələr və son nəticədə bu qanunun prosedur qaydalarına uyğun şəkildə Milli Məclisdə qəbul olunması və bu ilin fevralında dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı əsasında təsdiqlənərək qüvvəyə minməsi mətbuat sahəsində təkmil hüquqi bazanın yaradılmasını təmin etdi. Bundan əlavə, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanının yaradılması, qəzet kağızının ƏDV-dən azad edilməsi, media reyestrinin qaydalarının təsdiqi və sair kimi biri-birindən əhəmiyyətli addımlar dünya informasiya məkanına inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın media mühitinə gətirdiyi yeni yanaşmaların təqdimatıdır. Bu kimi qərarlar bir daha təsdiqləyir ki, azad, müstəqil mətbuatın inkişafı demokratiyanın vacib amillərindən biri kimi dövlətin siyasətində mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, demokratik cəmiyyəti mətbuatsız təsəvvür etmək mümkün deyil. Eyni zamanda, bütün dövrlər üçün aktual olan ictimai nəzarətin gücləndirilməsi məsələsində də mətbuatın üzərinə böyük məsuliyyət düşür. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu məqam xüsusi önə çəkildi.”

Bu fikirləri “İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hər bir sahədə möhkəm təməl uğurların davamlılığında əhəmiyyətli rol oynayır: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi ilə mətbuatımızın qarşısında yaranan imkanlar zaman keçdikcə daha da genişlənir, dövrün tələblərinə uyğun olaraq qarşıya çıxan vəzifələrin yerinə yetirilməsi üçün medianın fəaliyyətini tənzimləyən qanunda əlavə və dəyişikliklərə, o cümlədən yeni qanunun qəbuluna zərurət yaranır. Məlum olduğu kimi, “Media haqqında” Azərbaycan Respublikasının yeni Qanunun qəbulu da bu zərurətdən yarandı. Belə ki, 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun o dövrün reallıqlarını əks etdirirdi. Zaman keçdikcə ölkəmizin həyatında baş verən yeniliklər, eyni zamanda, hər bir sahənin inkişafına geniş imkanlar yaradan, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızda da yeniləşməni bir tələb kimi qarşıya qoyurdu. Bu baxımdan mətbuatın inkişafında yol xəritəsi kimi dəyərləndirilən “Media haqqında” Qanun özündə 78 maddəni ehtiva edir və burada əks olunan hər bir müddəa çağdaş mətbuatımız qarşısında yeni vəzifələr qoyur. Təbii ki, hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün birgə səylərin göstərilməsi, qüvvə və bacarıqların səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər bir mətbu orqan “Media haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələbləri sözdə deyil, əməldə yerinə yetirsə, düşünürük ki, azad və demokratik ölkəmizdəki mühitin daha da təkmilləşdirilməsinə, sağlamlaşdırılmasına öz böyük töhfəsini verə bilər.”

“Hər zaman bu reallığı təqdirəlayiq hal kimi qeyd edirik ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdədir. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Bütün bu reallıqları görməzdən gəlib Azərbaycanı qərəzli surətdə “qeyri-azad ölkə”lər sırasında qeyd edən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatları ilə bağlı dövlət başçısı İlham Əliyevə ünvanlanan sualların cavabı daim bu olur ki, internetin azad olduğu ölkədə mətbuata hər hansı qadağalardan söhbət gedə bilməz. Azərbaycanda azad sözə, fikrə böyük dəyər verilir. Hər kəs öz fikirlərində sərbəstdir. Ölkəmizdə medianın inkişafına, jurnalistlərin sərbəst fəaliyyətinə, peşəkarlıqlarının artırılmasına böyük diqqət göstərilir. Azərbaycanda media sahəsində yaradılan şəraitə bəlkə də dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil”, - Baş redaktor bildirib.

Vüqar Rəhimazədə vurğulayıb ki, Azərbaycan dövlətinin, cəmiyyətinin mətbuatdan gözləntiləri də dövrün reallıqlarına uyğun dəyişir. Hazırkı dövrdə mediamızdan əsas gözlənti milli informasiya təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqların daim ön planda saxlamaq, peşə etikasına riayət etmək, jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürməkdir: “Bu istiqamətdə atılan hər bir addım, qəbul olunan hər bir qanun, imzalanan hər bir Fərman və Sərəncam informasiya mühitinin sağlamlaşmasına, informasiya resurslarımızın artmasına, jurnalistlərin statusunun yüksəldilməsinə, nüfuzunun güclənməsinə xidmət edir. Bu baxımdan Media Reyestrinin yaradılması mühüm əhəmiyyət kəsb edir.”

“Media Reyestrinin yaradılması ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının sayının müəyyənləşdirilməsini və onların akkreditasiyasının effektli şəkildə həyata keçirilməsini təmin edəcək” söyləyən Baş redaktor qeyd edib ki, Media Reyestrinə məlumatların daxil edilməsi bu sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi, əmək münasibətlərinin tənzimlənməsi baxımından böyük önəm kəsb edir: “Digər tərəfdən, bu Reyestrin formallaşdırılması medianın inkişafı ilə bağlı layihələrin həyata keçirilməsində müsbət rol oynayacaq. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi könüllülük əsasında həyata keçiriləcək və məcburi xarakter daşımayacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi media sahəsində boşluqların aradan qaldırılmasına öz töhfəsini verəcək.”

Vüqar Rəhimzadə onu da qeyd edib ki, mətbuatımızın qısa zamanda keçdiyi inkişaf yoluna nəzər salmaqla həm dövlətin, həm də Medianın İnkişafı Agentliyinin qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün səylər göstərdiklərini və uğurlu nəticələrə nail olduqlarını böyük əminliklə söyləyə bilərik: “Agentlik qısa müddətdə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmaqla media ictimaiyyətinin rəğbətini qazanıb. Hesab edirəm ki, dövlət başçısı İlham Əliyevin 26 sentyabr 2022-ci il tarixli “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Fərmanı medianın inkişafında növbəti mərhələnin başlanmasının təsdiqidir. Bütün hallarda məqsəd peşəkar medianın fəaliyyətinin stimullaşdırılmasıdır. Media Reyestrinə daxil olan jurnalistlərə vahid jurnalistika vəsiqəsinin verilməsi könüllü olsa da, əminəm ki, bu addım media mühitinin sağlamlaşmasına çox müsbət təsir göstərəcək. Media Reyestrinin aparılması qaydaları “Media haqqında” Qanunun 73.6-cı maddəsinə uyğun tərtib edilib. Hər bir maddənin təhlili fonunda bu ümumiləşdirməni aparmaq mümkündür ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsində prioritet istiqamət cəmiyyətin informasiya tələbatının ödənilməsində mühüm rol oynayan mətbuat işçilərimizin peşəkarlığının və məsuliyyətinin artırılmasıdır. Həmin maddələr arasında bu mühüm müddəa da öz əksini tapır ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün qanunla nəzərdə tutulan tələblərdən biri onun ali təhsilinin vacib olmasıdır. Təbii ki, burada söhbət jurnalist təhsilindən getmir. İstənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir. Çünki bu gün başqa ixtisas sahibi olub mətbuatda öz sözünü deyən jurnalistlərimiz kifayət qədərdir.”

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, cari ilin arxada qalan dövrü media sahəsində mühüm addımlarla zəngindir. Media Reyestrinin yaradılması və reyestrin aparılması qaydalarının təsdiqlənməsi medianın inkişafında açılan yeni səhifənin uğurlarla zəngin olacağından xəbər verir. Bunun üçün hər bir jurnalist bu qaydaları dərindən öyrənib mənimsəməli, bu mühüm addımın əhəmiyyətini düzgün təhlil etməli, ən əsası qarşıya qoyulan hədəfə öz töhfəsini verməlidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ