Cümə axşamı günü, 12 noyabr 2026
     

Ukrayna özünün Azərbaycandan da böyük ərazisini itirir

Image


Ukraynanın dörd vilayətinin Moskvanın nəzarətində olan hissələrində keçirilən qondarma referendumlarda, əvvəldən də gözlənildiyi kimi, seçicilərin Rusiyaya birləşməyə səs verildiyi bildirilir. Həmin ərazilərə Moskvanın təyin etdiyi məmurlar  bildirir ki, seçicilər “yekdilliklə” anneksiyanı dəstəkləyib.

Səsvermə sentyabrın 23-dən 27-dək Zaporojye, Luqansk, Donetsk və Xerson vilayətlərinin Rusiyanın işğalı altında olan hissələrində keçirilib. Bu ərazilər Ukraynanın 15 faizini təşkil edir. Bu 15 faiz 90 min kvadratkolometrdən artıq ərazi deməkdir və Azərbaycanın indiki sahəsindən böyükdür. Bu da o deməkdir ki, Rusiya Ukraynanın Azərbaycandan böyük bir ərazisini özünə birləşdirir. Ukrayna ərazisinin 15 faizini əhatə edən, müharibənin dağıtdığı regionlarda 4 milyona yaxın insan seçkilərdə iştirak etməyə çağırılıb.

Ukrayna, Qərb hökumətləri, BMT səsverməni qanunsuz adlandırıb. Ukrayna prezidenti Volodimir Zelenski səsverməni və nəticələri saxta adlandıraraq, “silah lüləsi” altında təşkil olunduğunu deyib: “Adamlar televiziya görüntüsü üçün pulemyot lüləsi altında kağız doldurmağa məcbur ediliblər. Psevdo-referendumların iddia olunan nəticələri öncədən hazırlanıb. Ukraynanın işğal edilmiş ərazilərindəki insanları Rusiya ordusunun tərkibinə qatmaqla onları öz ana yurdlarına qarşı döyüşməyə məcbur etmək çox həyasız addımdır”. Zelenski daha öncə BMT-yə mesajında deyib ki, səsvermədən sonra Ukrayna Rusiya ilə danışıq apara bilməyəcək. O, dünyada hər bir ölkəni Rusiyanın ilhaqına qarşı aydın siqnal verməyə çağırıb. Ukraynanın xarici işlər naziri Dmytro Kuleba Avropa İttifaqının Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb: “Bizim Rusiya iqtisadiyyatını əhəmiyyətli dərəcədə sarsıdacaq effektiv və olduqca güclü cavab verməyimiz lazımdır. Saxta referendumlara yumşaq reaksiya Rusiyanı daha çox ərazi ilhaq etməyə həvəsləndirəcək”. Ukraynanın Mərkəzi Seçki Komissiyası da itirilmiş ərazilərdə keçirilən psevdoreferendumları pisləyib. ABŞ rəsmiləri isə, Ukrayna ərazisi ilhaq olunarsa, Rusiyaya yeni sanksiyalar hazırlandığını bildirib. ABŞ-ın Dövlət katibi Antoni Blinken bildirib ki, Qərb heç vaxt Rusiyanın ilhaqını tanımayacaq. O, həmçinin, Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinin Kremlə baha başa gələcəyini qeyd edib. Artıq Böyük Britaniya, tanınmayan seçkilərə cavab olaraq, səsvermə prosesinə cəlb edilən Rusiyanın yüksək rəsmilərinə qarşı yeni sanksiyalar qəbul edib. Ukraynanı ziyarət edən Fransanın xarici işlər naziri Ketrin Kolonna seçkiləri maskarad adlandırıb. Rusiyanın ənənəvi müttəfiqi sayılan Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vang Venbin referendumla bağlı sualı cavablandırarkən bildirib ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. Gürcüstan prezidenti Salome Zurabişvili Ukraynada “referendum”un keçirilməsini qəti şəkildə pisləyib. Zurabişvili deyib ki, Ukraynada keçirilən “referendumlar” son dərəcə həyasızlıqdır.

Qeyd edək ki, seçki rəsmiləri Rusiya hərbçilərinin müşayiətilə seçki qutularını ev-ev gəzdiriblər. Şərqi Donetsk vilayətində seçkiyə gedənlərin 99.23 faizinin Rusiyaya birləşməyə səs verdiyi deyilir. Regionun Moskvapərəst separatçı lideri Denis Puşulin nəticəni “möhtəşəm” adlandırıb. Luqanskda oxşar göstəricinin 98.42, Zaporojyedə 93.11, Xersonda 87.05 faiz olduğu bildirilir. Rusiya parlamentinin yuxarı palatasının sədri Valentina Matviyenko bildirib ki, prezident Vladimir Putin sentyabrın 30-da parlamentə müraciətində referendumlar haqda danışacaq. Onun sözlərinə görə, deputatlar oktyabrın 4-də ilhaq qanunvericiliyini nəzərdən keçirə bilər. Kreml rəhbəri 2014-cü ilin martında Krımda keçirilən və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan seçkilərin nəticələrini də səsvermədən bir neçə gün sonra elan etmişdi. Rusiya tam nəzarət etmədiyi dörd regionu da öz tərkibinə qatarsa, bu, müharibəni yeni və daha təhlükəli səviyyəyə daşıya bilər, çünki Moskva elan edib ki, Ukrayna həmin əraziləri yenidən ələ keçirməyə çalışarsa, bu, Rusiyanın suveren ərazilərinə hücum cəhdi kimi qiymətləndiriləcək. Putin özü isə iddia edir ki, referendum seçkiləri  həmin ərazilərdə etnik rusların və rusdilli əhalinin Ukrayna tərəfindən qətlini dayandırmaq məqsədi daşıyır: “Referendum keçirilən ərazilərdə insanların həyatını xilas etmək bizim ölkəmizin, cəmiyyətimizin diqqətində olan ən prioritet məsələdir”. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev isə bildirib ki, Donbas, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlarda səsvermənin nəticələri göz qabağındadır: “Referendumlar başa çatıb. Nəticələr bəllidir. Vətənə, Rusiyaya xoş gəlmisiniz!”. Beləliklə, Rusiyaya birləşməyə hesablanan səsvermə, Kremlin dili ilə desək, həmin ərazilərdəki ukraynalıları “azad etmə” prosesinin davamıdır. Bu yolla Moskva Ukrayna ərazilərindəki mövcudluğuna legitimlik donu geyindirmək istəyir. Rusiyada ilhaq edilən ərazilərlə bağlı yeni qanun layihəsinin tərtib ediləcəyi gözlənilir. Moskva həmin ərazilər gələcəkdə hücuma məruz qalacağı təqdirdə onları qorumaq üçün ən dağıdıcı silahlardan istifadə edəcəyini bildirib. Kiyev isə, hər zaman dediyi kimi, Moskvadan gələn bəyanatlarla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ