Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan hakimiyyəti də, müxalifəti də Ter-Petrosyanın xilas düsturundan imtina etdi

Image


Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bu ölkənin İctimai Televiziyasına müsahibəsində səsləndiridyi fikirlər erməni ictimai-siyasi dairələrində geniş müzakirə predmetinə çevrilib. Ter-Petrosyan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin sahmana salınmasının labüdlüyünü qeyd edib: “Bizi çətin, ağrılı və heç birimizin ürəyinə yatmayacaq qərarlar gözləyir. Azərbaycanla və Türkiyə ilə müqavilələr imzalanmalıdır. Lakin elə məqam olur ki, başqa yol yoxdur”.

Onun sözlərinə görə, əgər heç bir sənəd imzalanmazsa, barışığa gəlinməzsə, Ermənistan yenidən dövlət quruculuğuna başlamalı olacaq. Çünki indiki halda Ermənistan dövlətçiliyi məhv olacaq. O, müxalifətin Nikol Paşinyandan qurtulduqdan sonra Ermənistan üçün daha əlverişli şərtlərlə sülh sazişi imzalamağın mümkünlüyünə ümid etməsini sadəlövhlük adlandırıb. Xatırladaq ki, Ermənistanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra müxalifət Paşinyanın istefasını tələb edir. Müntəzəm olaraq etiraz aksiyaları, mitinqlər keçirilir. Müxaliflər deyirlər ki, məğlub olmuş ölkə rəhbəri Ermənistan adından bərabərhüquqlu danışıqlar keçirmək iqtidarında deyil və o yalnız kapitulyasiya sənədi imzalaya bilər. Ter-Petrosyan hesab edir ki, bu gün hakimiyyətə kim gəlirsə gəlsin, eyni və ola bilər ki, bundan daha pis şərtlərlə sənəd imzalamalı olacaq. Levon Ter-Petrosyan ölkədə yaranmış vəziyyətin ötən həftə bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzin iqamətgahında sabiq Ermənistan prezidentləri Robert Köçəryan, Serj Sarkisyan və “DQR-in prezidentləri” Arkadi Qukasyan, Bako Saakyanın iştirakı ilə müzakirə olunduğunu bildirib. Sabiq prezident hazırkı vəziyyətdə ümummilli birliyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu taleyüklü məqamda fikir ayrılığı, ziddiyyətləri, mübahisələri bir yana qoymaq və iqtidarla müxalifət arasında dialoq qurmaq tələb olunur: “Bütün qərarlar bizim üçün pis olacaq. Bütün bu pis seçimlərdən ən az ağrılısını seçməkdə çətinlik görürəm. Bu bizim gözləntimizdir və bunu başa düşmək üçün biz bu məlumatlara sahib olmalıyıq, indiki halda həmin məlumatlar yalnız Paşinyandadır. Mən daha çox deyəcəyəm və bundan qorxmuram, Paşinyan da bu sənədi imzalamaqdan qorxur. Hansı sənədi imzalayırsa, deyəcəklər: satqın, türk və sair. Fikrimcə, əgər birlikdə ən az ağrılı variantı seçsək, Paşinyana belə əlimizi uzadacağıq və beləliklə, bu razılaşmaların məsuliyyətini öz üzərimizə götürəcəyik”. Birinci prezident əmindir ki, bu gün də az-çox dözülən həll yolu tapıla bilər, lakin daxili iğtişaşlar davam edərsə, Ermənistan daha da zəifləyəcək, Azərbaycan və Türkiyənin tələbləri artacaq. Lakin indi bəlli olur ki, Serj Sarkisyan və Robert Köçəryanın rəhbərlik etdiyi qüvvələr Ter-Petrosyanın Nikol Paşinyanla dialoq təklifini mümkün saymır, onun istefasını tələb etməkdə davam edir. Paşinyanın başçılıq etdiyi “Vətəndaş müqaviləsi”nin isə  müxalifətdən bir gözləntisi var: onların Ermənistanın dövlət maraqlarına xidmət etməsinə mane olmamaq.

Müxalifətin “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan birinci prezidentin Paşinyanla dialoq təklifinə toxunaraq, Ter-Petrosyanın indiki baş nazirə qarşı əvvəllər səsləndirdiyi tənqidi fikirləri xatırladıb: “Levon Ter-Petrosyan özü ilə ziddiyyət təşkil etməyə başlayıb. Bir neçə ay əvvəl o, Nikol Paşinyanı yalançı elan etdi. Dedi ki, ona hətta sənəd təqdim oluna bilər, amma o bunun nə ilə bağlı olduğunu, nədən söhbət getdiyini başa düşməyəcək. İndi Levon Ter-Petrosyanın sözlərinə görə, hansı təkliflərin səsləndiyini anlamayan yalançı Nikol Paşinyan masa arxasına əyləşsə, ona dəstək vermək lazımdır”. Manukyan Ter-Petrosyanın Ermənistanın alternativi olmadığını və təslim müqaviləsi imzalamalı olduğunu deməsini qəbuledilməz hesab edir: “Levon Ter-Petrosyan deyir: Qarabağ bitdi, Artsaxı unudun, ondan sonra deyir: yaxşı, təslim oluruq, Azərbaycanın dediyini qəbul edək. Ter-Petrosyan heç bir bəyanatla çıxış etmədi, özünütəşkilat, müqavimət, ictimai birləşmə çağırışları etmədi. Levon Ter-Petrosyanın səsləndirdiyi tezislər bir cümlədən ibarətdir: Azərbaycan nə tələb etsə, onu qəbul etməyə hazır olmalıyıq. Sadəcə, indi onun təklif etdiyi düstur, dialoq düsturu “Nikolu xilas et” düsturudur”. “Şərəf duyuram” müxalifət fraksiyasının rəhbəri, respublikaçı Hayk Mamicanyanın sözlərinə görə, onlar Paşinyanla dialoq aparmağı mümkünsüz hesab edirlər. Mamicanyanın fikrincə, Paşinyanla yalnız onun istefa mətnini müzakirə etmək olar: “Qarşınızdakı insanın sizi aldadacağına, satacağına az qala əmin olduğunuz halda dialoqu necə aparmaq olar? Ter-Petrosyanın dediyi kimi, indiki vəziyyəti nəzərə alaraq bütün fikir ayrılıqlarını bir kənara qoymaq, oturub əslində nə baş verdiyini anlamaq lazımdırsa, Paşinyan niyə xalqı aldadır?  44 günlük müharibə boyu Paşinyan yalnız yalanlar danışdı. Bu adamla necə dialoq apara bilərsiniz?.. Təxminən bir il əvvəl mən parlamentdə demişdim ki, onun istefa mətnini Paşinyanla müzakirə edə bilərəm”. Hakimiyyətdə olan “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan parlament müxalifətinin iş üslubunu nəzərə alaraq qeyd edir ki, onlar müxalifətdən yalnız bir şey gözləyirlər: bu, müxalifətin Ermənistanın dövlət maraqlarına xidmət etməyə mane olmamasıdır. Hakim fraksiya deputatı Ermənistanın xeyrinə işləyən, xarici gündəmə xidmət etməyən istənilən qüvvə ilə dialoqa hazır olduqlarını vurğulayır:  “Parlament müxalifətinin hərəkətləri birmənalı olaraq Ermənistan Respublikasının maraqlarına deyil, digər ölkələrin maraqlarına xidmət edirdi. Çünki hərbi əməliyyatlar zamanı, 44 günlük müharibə zamanı onların bütün hərəkətləri Ermənistanın maraqlarına uyğun deyildi. Ona görə də bizim təhlil edib başa düşməkdən başqa çarəmiz yoxdur ki, bu insanlar ya kordur və yalnız öz hakimiyyətlərini bərpa etmək haqqında düşünürlər, ya da xarici təsir agentləridir”. “Ter-Petrosyanın dialoq təklifinin iflasa uğradığını söyləmək olarmı” sualına Ovannisyan belə cavab verib: “Mən bu qədər pessimist olmaq istəmirəm, çünki Ter-Petrosyanın onsuz da nikbin olduğunu gördüm. Ümid edirəm ki, beş keçmiş prezidentin və katolikosun iştirakı ilə keçirilən bu görüşlər dövlətimizə müəyyən fayda verəcək”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ