Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanova məktub göndərərək Vətən müharibəsində şəhid olanların əziz xatirəsini yad etdiklərini və bütün Türk dünyasına başsağlığı verdiyini bildirib.
“Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı, türk dünyası şəhidlərimizin əziz xatirəsini yad edir. Qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq mübarizəsində öz vətənini qorumaq üçün həyatını verən şəhidlərimizə Allahdan rəhmət diləyir, bütün qazilərin tezliklə sağalmasını arzulayırıq. Azərbaycana və bütün Türk dünyasına başsağlığı veririk. Şəhidlərimizin qanı yerdə qalmadı. Qəhrəman Azərbaycan əsgəri doğma torpaqları düşməndən azad etdi. Biz hər zaman Azərbaycanın yanındayıq!" – məktubunda qeyd edilib.