Cümə axşamı günü, 12 noyabr 2026
     

ŞƏHİDİM! - Gömrük Akademiyasının rəisi Qulu Novruzov yazır...

Image


İki yüz ildən artıq bir dövrdə Azərbaycan xalqının taleyi üzərində mənfur bir ssenarini oynadılar. Düşünülmüş, ölçülüb biçilmiş, aydın məqsəd və hədəfləri olan bu iyrənc oyuna öz geosiyasi nəzəriyyələri çərçivəsində “strateji yanaşma”, yaxud “regional siyasət” dedilər.

Necə adlanmasından asılı olmayaraq onun mahiyyətı ayrı-ayrı dövlətlərin öz maraqları naminə bu və ya digər xalqın taleyi ilə oynamaqdır. İki əsrdən artıq bir dövrdə birilərinin başladığı oyuna pay qazanmaq məqsədilə müxtəlif mərhələlərdə əlavə qoşulanlar da oldu. Ssenari çox ağır idi… Tarixi torpaqlarımıza xüsusi genetik özəlliyə məxsus mənfur oyunda əsas rol alan erməni adlı və insanlıqdan uzaq bir toplum yerləşdirməyə başladılar və bu işi nəzərdə tutulduğundan daha 0 “uğurla” icra edə bildilər. Çoxluq olduqda digər xalqlarla birgə yaşayış mədəniyyətindən məhrum olan erməni toplumu onlara qucaq açmış, yer vermiş xalqımızın torpağına göz dikdi, bu torpaqların əsl sahiblərini yanlarında görmək istəmədilər, sığındıqları torpaqlarımızı özlərinə vətən etməyi, daha sonra öz dövlətlərini qurmağı əsas ideoloji silaha çevirdilər. Bu qeyri-insani niyyətlərin gerçəkləşməsində özlərinə yeni havadarlar da qazandılar.

Ötən iki yüz ildə iki Dünya müharibəsi baş verdi, mənsub olduğumuz coğrafiyada iki imperiya dağıldı. Yeni dünya düzəni yarandı, artıq “hüquq və ədalət var” dedilər. İmperiyalardan birinin dağıntılarının ən böyük zərbələr vurduğu xalq və ərazi olsaq da, iyirminci əsrdə ikinci dəfə öz dövlətimizə sahib olduq. Sivil dünyanın ədalətinə inanaraq beynəlxalq hüququn prinsiplərindən, suverenlikdən, ərazi bütövlüyündən, dövlət sərhədlərinin müqəddəsliyindən həvəslə danışdıq. Lakin, qarşılaşdığımız reallıq tamamilə fərqli oldu. Bizə “siz siz deyilsiniz” dedilər və hər gələn yeni nəsilə bunu təlqin etməyə çalışdılar. Qollarımızı, ayaqlarımızı bağlayıb mənfur erməniyə əzdirdilər, “siz zəif və gücsüzsünüz” dedilər. Bizim quş tüfənglərimizi alıb qanımıza susamış top, tank, ağır silahlar verdilər. Aslanı çaqqala əzdirdilər, sonra da “uduzdunuz, taleyinizlə barışın” dedilər. Çünki bizim biz olmağımız, güclu və torpağımıza sahib davranmağımız çoxlarının maraqlarına zidd imiş. Bizim bu coğrafiyada movcudluğumuz kimlərinsə rahatlığına kölgə salırmış…

Tarixi torpaqlarımızı özünün “arxa bağçası” hesab edənlərin xeyir-duası, köməyi və hətta iştirakı ilə xalqımızı çoxmərhələli deportasiyaya məruz qoydular. Soydaşlarımızı minilliklərdən bəri yaşadıqları yurd-yuvalarından, torpaqlardan silahlı hücumlarla, vəhşi talançılıqla qovdular. Qovduqca azğınlaşdılar, taladıqca vəhşiləşdilər, əzdikcə cəsarətləndilər, öldürdükcə qəddarlaşdılar..! Bölgəmizdə güc sahibi olanlar əl-qolumuzu bağlayıb belə bir iyrənc toplumun qarşısında bizi aciz buraxmışdılar. Belə davam etdi… iki yüz il. Havadarlarının himayəsindən və canfəşanlığından ruhlanan “çaqqallar” özlərini “aslan” sandılar. Özlərinə və böyütdükləri yeni nəsillərinə “qəhrəman erməni xalqı”, “döyüşkən əsgər” olmaları barədə qoşduqları sərsəm nağıllara özləri də inanmağa başladılar. Bizi qorxaq, döyüş ruhu ölmüş, əzilmiş, məğlub və çarəsiz olduğumuza inandırdıqlarını zənn etdilər. Genimizi deformasiyaya uğratdıqlarını sandılar. Çünki, əhali sayına görə dünyada ən böyük qaçqın və məcburi köçkün ordusuna sahib, tarixi torpaqlarından əlavə müstəqilliyinin ikinci dəfə qazanıldığı ərazilərin də param-parça olunaraq beşdə birini itirmiş, ordusu məğlub olmuş dövlət və xalq idik. Boynumuz bükük, ruhumuz sınmış, kimliyimiz pərdələnmişdi.

Belə halımız qardaş Türkiyə istisna olmaqla regionda marağı olan bütün gücləri nəinki qane edirdi, onlar yaranmış situasiyadan zövq alacaq dərəcədə məmnun idilər. Yaranmış ədalətsizliyin aradan qaldırılması, erməni işğalına son qoyulması, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qaytarılması, insanlıq əleyhinə törədilmiş cinayətlərə və misli görünməmiş talançılığa hüquqi qiymət verməyə, beynəlxalq hüquqi məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunması üçün mandat almış Minsk Qrupunun həmsədrləri də, sən demə, bu məmnuniyyətin ən böyük pay sahibləri imiş. Onların real missiyası isə münaqişənin həll olunma şanslarını dərhal aradan qaldırmaq və Azərbaycanın qollarına və boynuna salınmış zəncirlərə əbədiyyət statusu vermək imiş. Mütəmadi erməni silahlı təxribatları isə heysiyyatımızı rahat buraxmırdı. Xalqımız çox ağır sınaq və seçim qarşısında idi. Ya səbir edib dözməli və zəncirləri haqq etməli, ya da kimliyimizi ortaya qoyub var olduğumuzu və torpaqlarımıza sahibliyimizi sübut etməli idik…

Ali Baş Komandanımız çox ağır bir məsuliyyətin yükünü daşıyırdı. İllər ərzində müəllifi olduğu inkişaf strategiyasının nəticələrindən bəhrələnərək güclü ordu qurmağa nail olmuş Prezident və Ali Baş Komandan İlham Əliyev bütün geosiyasi reallıqları və mövcud riskləri nəzərə alaraq qətiyyətə söykənən qərarı verməli idi. Düşməndən qisas almaq, işğal altındakı Vətən torpaqlarını azad etmək, mənfur düşmənə gerçəkdə kim olduğunu göstərmək, xalqımızın taleyi üzərində oyun quran güclərə yerini bildirmək yanğısını güclə cilovlayan əsgər və zabitlərimiz, qəhrəman oğullarımız səbirsizliklə əmr gözləyirdilər. O an gəlmişdi – 27 SENTYABR..!

Cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgəri hər gün dünya qəhrəmanlıq salnaməsində yer alacaq neçə-neçə səhifələr yazdı, hər gün xalqımıza qələbə soraqları ərməğan etdi. Qəhrəman əsgərlərimiz dünya erməniliyinin yüz ildən artıq bir dövrdə böyük himayələr və yardımlarla toxuyub yaratdıqları mifləri addım-addım darmadağın edirdi. Erməni əsgərinin qəhrəmanlıq əfsanəsi igid oğullarımızın cəsarəti və rəşadəti qarşısında sabun köpüyü kimi əridi. Müzəffər ordumuz işğal olunmuş yüzlərlə yaşayış məntəqələrimizi, işğal altındakı torpaqlarımızı azad etdilər. Qəhrəman Azərbaycan əsgərinin qaytardığı yalnız torpaqlarımız olmadı. Ölümün gözünə dik baxan, qəhrəmanlığı ilə dünyanı heyrətə salan əsgər və zabitlərimiz suverenliyimizi, ərazi bütövlüyümüzü və sərhədlərimizi müzakirə təhdidlərindən, ruhumuzu və qürurumuzu əsirlikdən, kimliyimizi kölgələrdən xilas etdilər. Dünya erməniliyi və onun himayədarları Ali Baş Komandanımızın xalq, ordu və dövlətin birliyindən formalaşdırdığı Dəmir Yumruq qarşısında aciz qaldı. Azərbaycan ordusunun və dövlətinin bu möhtəşəm qalibiyyəti xalqımızın varlıq tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldı. Erməni xalqı, dövləti və cəmiyyəti təsəvvürlərinə belə gətirmədikləri, hələ bu günədək həzmini bitirə bilmədikləri məğlubiyyətə uğradılar. Özünü dövlət adlandıran Ermənistan adlı geosiyasi layihənin rəhbəri - Baş naziri təslim olmaları barədə sənədə imza atdı.

Tarixin acı bir reallığı da vardır. İtkisiz müharibə olmur, qansız torpaq qaytarılmır, şəhidsiz parçalanmış Vətən bütövləşmir. İkinci Qarabağ müharibəsində və müharibədən ötən iki il ərzindəki erməni silahlı təxribatlarının dəf olunmasında üç minədək şəhidimiz oldu. Minlərlə qəhrəmanımız sağlamlıqlarını itirdilər.

Müharibə bitdi, lakin mübarizəmiz əbədidir. Hələ də sülhə razı olmayan mənfur qonşularımız xislətlərinin ifadəsindən əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Tarixi torpaqlarımızdan bu günkü dövlətimizə mənsub ərazilərin daha iyirmi faizinin işğal və talan olunmasına “oldu-bitdi, reallıq budur, barışın” deyən böyük oyunun yan iştirakçıları Ermənistan adlanan tarixi torpaqlarımızın iyirmi metrini belə dözülməz hal və özlərinin qırmızı xətti hesab etdiklərini israrla və təkrar-təkrar bəyan edirlər. Bu üzdəniraq sülh carçıları vətəndaşlarımız və soydaşlarımızın sıralarından da özlərinə yandaşlar axtarırlar. Acı təəssüf olsa da özünü azərbaycanlı sayan birilərinin bu tora düşmələrinə dair faktlar var. Bəzən şəhidimə dil uzatmağı belə özünə rəva bilən bizdən olmayan bizimkilər də peyda olur!

Sənə borcum tükənməzdir, şəhidim! Sənə borcum ödənilə bilən, əvəzi qaytarıla bilən deyil şəhidim! Başımın dikliyini, düz qamətimi, gur səsimi sənə borcluyam. Qürurumu, fəxarətimi, cəsarətimi sənə borcluyam. Şəhid anasının məğrur duruşu qarşısında acizliyimi və lallığımı sənə borcluyam! Adına kölgə salmağa, dil uzatmağa cəhd edən nakəslər həşarat qanadının qırılmış parçası kimi zamanın yelinə sovrulacaqlar. Sənin ruhuna kölgə salmağa cəsarət edən hər kəsin geni, qanı və kimliyi ciddi şübhə obyektidir!
Şəhidim! Ruhun qarşısında baş əyməyimiz yetməz ki... İldə bir dəfə deyil, hər gün anılmağınız borcumuzu ödəməz ki... Var olduğumuzca ruhun qarşısında dik dayana bilmək üçün səylərimiz bitməz ki..!

Qulu Novruzov,
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ