Cümə axşamı günü, 12 noyabr 2026
     

27 sentyabr: Əks - həmlə əməliyyatı

Image


II Qarabağ savaşı – Vətən müharibəsində erməni işğalçıları və onların havadarları tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında şanlı ordumuzun apardığı hərbi əməliyyatlar, ədalətlilik prinsipi, beynəlxalq hüquq normaları və humanitar qanunlara söykənərək, həyata keçirilən əks həmlə əməliyyatı idi.

“İşğalçı düşmən əsgərinə amansızlıq, düşmənin mülki əhalisinə rəhm etmək” prinsipinə söykənərək həyata keçirilən döyüşlərdə, şanlı ordumuz müharibə qanunlarına riayət etmiş, beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşmışdır. Azərbaycandan fərqli olaraq, 44 günlük Vətən Müharibəsində erməni işğalçıları müharibə qanunlarını və humanitar dəyərləri pozaraq öz ənənvi vəhşi davranışlarını nümayiş etdirmişlər.

2020-ci ilin sentyabr ayına qədər dəfələrlə mənfur düşmən tərəfindən Ermənistandan və işğal olunmuş Azərbaycanın Qarabağ ərazilərindən Azərbaycanın kommunikasiya xətlərinə, beynəlxalq əhəmiyyətli enerji-nəqliyyat dəhlizinə və mülki obyektlərə, dinc yaşayış məntəqələrinə davamlı şəkildə hücumlar edilmiş, müxtəlif terrorizm əməlləri həyata keçirilmiş, dəfələrlə təxribatlara əl atılmışdır. Bunun nəticəsində atəşkəs dövründə yüzlərlə dinc sakin həlak olmuş, mülki obyektlərə külli miqdarda ziyan dəymişdir.

2020-ci ilin sentyabr ayının 27-də erməni hərbi birləşmələri yenidən atəşkəs rejimini pozaraq hərbi təxribatlara əl atmışdır. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamışdır. Azərbaycan Respublijkası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəs ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884 saylı qətnamələr) və BMT-nin sülhməramlı missiyasının sülhə məcburetmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşü həyata keçirmişdir.

Müharibənin gedişatında Azərbaycan Ordusunun qarşısında aciz qalan və çoxsaylı itkilər verən erməni işğalçı ordusu öz ənənəvi və qeyri-insani taktikalarından istifadə edərək, həmçinin beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan mülki əhalisini və yaşayış məntəqələrini ağır silahlardan atəşə tutmuşlar. Bunun nəticəsində azərbaycanın yüzlərlə mülki əhalisi qətlə yetirilərək şəhid olmuşdur. Döyüş bölgələrindən kənarda yerləşən dinc əhalinin yaşadığı Bərdə, Gəncə, Tərtər, Mingəçevir şəhərləri və digər yaşayış məntəqələrinə qarşı çoxsaylı insan ölümünə səbəb olan ağır artilleriya silahlarından istifadə, erməni vəhşiliyinin təzahür formasıdır. Təəssüflər olsun ki, dünya birliyi və siyasi dairələri ermənilərin azərbaycanlılara qarşı əvvəlki qətliamlar siyasətinə biganə qaldığı kimi, bu faciələrə də seyrçi münasibət göstərmişdir. Lakin türk-müsəlman dünyasına qarşı davan edən bu ənənəvi ikili standartlara baxmayaraq, Azərbaycan dövləti Şanlı Azərbaycan ordusunun rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyəti, həmçinin Türkiyə Cümhuriyyətinin, Anadolu türk qardaşlarının siyasi və mənəvi dəstəyi ilə torpaqlarını erməni faşistlərinin və onların havadarlarının işğalından azad edərək öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. II Qarabağ müharibəsində vətən uğrunda Azərbaycan ordusunun minlərlə hərbi qulluqçusu şəhid olmuş və yaralanmışdır.

Kilsə zirzəmilərində mənfur ideoloji təməllər əsasında yaradılan, “Daşnaksütun”, “Qnçaq” və “ASALA” kimi hərbi-siyasi və terrorçu təşkilatların hərbi-siyasi dəstəyi ilə qurulan mövcud erməni dövləti, Azərbaycan dövlətçilik sistemi qarşısında olduqca aciz və zəif görünməkdədir. Mifoloji hökmdar Tiqranla başlayan və onunla da sona çatan, saxta kitablar əsasında yaradılan erməni tarixi və erməni dövlətçiliyi ən yaxşı halda tarix kitablarında öz mövcudluğunu qorumaqdadır. Saxtalaşdırılmış tarixi qaynaqlara söykənən erməni dövlətinin epizodik siyasi tarixi mövcud olsa da, lakin bu dövlətin hüquqi, sosial-iqtisadi, mənəvi, hərbi təsisatlarının mövcudluğunu görmək mümkün deyildir.

XX əsrin əvvəllərində havadarlarının sifarişi və terrorçu təşkilatları tərəfindən Azərbaycanın tarixi torpaqları əsasında bir layihə olaraq yaradılan erməni dövlətçiliyi bu gün də öz terrorçu mahiyyətini göstərməkdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev hələ II Qarabağ savaşından əvvəl dünya dövlətlərinə müraciət edərək qeyd etmişdir ki, “Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir...”. Eyni zamanda Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir”. Azərbaycan Prezidentinin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin və erməniçiliyin istər ideoloji-mənəvi, istərsə də hərbi-siyasi təsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarmaqdadır.

 II Qarabağ savaşı-Vətən Müharibəsində də Azərbaycanın müzəffər ordusu beynəlxalq hüququn bütün prinsiplərinə əməl edərək, erməni işğalçılarını ağır məğlubiyyətə uğratmış, 30 ilə yaxın bir dövrdə işğal olunmuş Dağlıq Qarabağ və ətraf əraziləri düşmən işğalından azad etmişdir. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum dörd qətnaməsini icra etməməsi səbəbindən, bu missiyanı Azərbaycan dövləti öz üzərinə götürərək, bu qətnamələrin icrasını təmin etmişdir. 9 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən “Bəyanat” imzalanmışdır. Bəyanatda Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanmış və Ermənistanın kapitulyasiya aktıdır. Bu tarixi qələbə ilə torpaqlarımız erməni işğalından azad edilməklə bərabər, mifoloji mahiyyətli və təməlləri olmayan erməni dövlətçiliyinə ağır zərbə vuruldu. Bir sözlə, Qarabağda erməni işğalının sonu, Ermənistan dövlətinin və erməni toplumunun siyasi-ideoloji dəyərlərinin tənəzzülünün əsasını qoydu.

12-13 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının suveren ərazilərini pozaraq təxribat törətməyə cəhd edən erməni terrorçuları müzəffər ordumuz tərəfindən ağır və öldürücü zərbəyə məruz qaldı. Torpaqlarımıza daxil olmağa cəhd edən  erməni diversantları ilə yanaşı, Ermənistanın Azərbaycanla sərhədyanı ərazilərində yerləşən hərbi hissələri, hərbi texnikası və yüzlərlə hərbçisi məhv edildi. Azərbaycanın local şəkildə həyata keçirdiyi və 7 saatdan çox çəkməyən bu hərbi əməliyyatı Ermənistanın revanşist hərbi-siyasi rəhbərliyinə ciddi siqnal və sülhə məcbur etmə xaraktei daşıyırdı.

İkinci Qarabağ – Vətən müharibəsində Azərbaycanın qəhrəman ordusu müqəddəs Qarabağ torpaqlarını işğaldan azad etməklə yanaşı, həmçinin, Azərbaycan hərbi-siyasi tarixinin yeni bir mərhələsini yaratmışdır. Müzəffər ordumuzun mənəvi-insani dəyərlərə söykənərək beynəlxalq hüququn bütün prinsipləri, müharibə qaydaları çərçivəsində yaratdığı tarix, yazılacaq Azərbaycan hərb tarixinin yeni səhifələrində şərəfli, ləkəsiz, olduqca şəffaf bir şəkildə əks olunacaqdır. Əksinə… erməni hərb tarixinin səhifələrində isə erməni  hərbçilərinin azərbaycanlı mülki şəxslərin  qatili olması ilə bağlı çoxsaylı ifadələrə rast gəlmək mümkün olacaqdır. 

Mübariz AĞALARLI
Dosent, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun
aparıcı elmi işçisi, t.ü.f.d.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ