Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya Ukraynada özünə yeni federal dairə yaradır

Image


Ukraynanın qismən işğal olunmuş regionlarının Rusiya Federasiyasına birləşdirilməsi üzrə qondarma referendumlar başa çatıb. Bir çox hallarda seçki rəsmiləri səsvermə qutularını Rusiya hərbçilərinin müşayiətilə evlərə aparıblar.

“Səsvermə” Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində olan hissələrində təşkil olunub. Ukrayna, Qərb və BMT bu referendumların beynəlxalq hüquqa uyğun olmadığını deyərək qurama, saxta adlandırıb. Ukrayna Baş Prokurorluğu tərəfindən isə “Donetsk Xalq Respublikası və “Luqansk Xalq Respublika”sının “Mərkəzi Seçki Komissiyalarının rəhbərləri” Vladimir Vısotski və Yelena Kravçenko barəsində cinayət işi başlanıb. Adıçəkilən şəxslərlə yanaşı, “DXR İctimai Palatası”nın rəhbəri Aleksandr Kofman və “LXR rəhbərinin məsləhətçisi” Marina Filipovaya qarşı da cinayət işi açılıb.

Qərb bu səsvermənin BMT xartiyasına zidd olduğunu deyir, nəticələri tanımayacağını bildirir.  ABŞ prezidenti Co Bayden bildirir ki, səsvermə saxtadır: “Bu səsvermə Ukraynanın ərazilərini güclə ilhaq etmək cəhdi üçün saxta bəhanədir”. Referendumlarla bağlı nəticələr bilindikdən sonra Rusiyada deputatların dörd ərazinin ilhaqını səsverməyə çıxaracağı, bunun ardınca isə prezident Vladimir Putinin nəticələri imzalayacağı gözlənir. Britaniya Müdafiə Nazirliyinin bildirdiyinə görə, Putin sentyabrın 30-da parlamentə müraciətində Ukraynanın işğal olunmuş vilayətlərinin Rusiyaya ilhaqını elan edə bilər. Xatırladaq ki, bu il fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya bu ay Ukraynanın həm şərqində, həm də cənubunda ciddi geriləmə yaşayıb. Müşahidəçilərin fikrincə, Putin bu səbəbdən əldə etdiyi mövqeləri möhkəmləndirməyə tələsir. Müşahidəçilər səsvermədən sonra gözləntilərin artıq bəlli olduğunu, 2014-cü ildə Krımın ilhaqı ssenarisinin təkrarlanacağını deyir. Rusiyanın “Vedomosti” qəzeti bu fonda yazır ki, Rusiyada tezliklə Krım federal dairəsi yaradıla bilər. Krım federal dairəsinə yarımadanın özü və “LXR”, “DXR”, referendumlar nəticəsində ilhaq edilmiş Zaporojye və Xerson vilayətləri daxil olacaq. Qəzet xəbər verir ki, yeni dairəyə “Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin rəhbərlik edə bilər. Yəni Roqozin Putinin Krım və Donbasdakı səlahiyyətli nümayəndəsi ola bilər. Bu halda Rusiya-Ukrayna müharibəsinin daha da uzanması qaçılmaz olacaq. Elə ABŞ-ın “Voll Strit Jurnal” nəşri də yazır ki, Rusiya-Ukrayna müharibəsi uzanacaq və bundan bütün dünya ciddi zərər görəcək: “ Bu savaş gələn ilin sonuna qədər qlobal iqtisadiyyata 2,8 trilyon dollara başa gələcək. Sərt qış Avropada enerji normasının pozulmasına gətirib çıxaracaq. Müharibə tədarük zəncirlərini pozdu, ərzaq və digər zəruri əşyaların çatışmazlığına səbəb oldu. Qərb Putinin səfərbərlik və Ukraynanın işğal olunmuş ərazilərində “referendum”lara hazırlıqla bağlı göstərişinin müharibənin aylarla, hətta illərlə çəkə biləcəyindən ehtiyat edir”.

Finlandiya prezidenti Sauli Niinistö də vəziyyətin ağır olduğunu vurğulayır: “Vladimir Putin işğala həddən çox resurs sərf edib. O döyüşçüdür, ona görə də onun məğlubiyyəti qəbul etdiyini təsəvvür etmək çox çətindir. Bu, şübhəsiz ki, vəziyyəti çox kritik edir. Putin 2014-cü il hadisələrindən sonra Ukraynadakı vəziyyətdən məyusdur. Bu məyusluq getdikcə artırdı. Putin indi bu və ya digər şəkildə bunu həll etmək qərarına gəlib". Elə “The New York Times” qəzeti də ABŞ hökumətindəki mənbələrə istinadən yazır ki, savaşı qazanmaq üçün son həftələrdə Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlarda bəzi strateji qərarları öz üzərinə götürüb: “ABŞ kəşfiyyatının məlumatına görə, Putin komandirlərə hərbi əməliyyatların sonrakı gedişi ilə bağlı strateji qərarları məhz ozü verəcəyini bildirib ki, bu 44da yüksək rütbəli zabit heyətinin narazılığına səbəb olub. Məlumata görə, hərbçilər Kiyevin tez bir zamanda ələ keçirilməsi üçün ilkin strateji planın mümkünlüyünə də şübhə ilə yanaşırmış. Onlar hesab edirdilər ki, bunun üçün daha çox əsgər və texnika lazımdır. Elə Putin səfərbərliyin başlanması haqqında fərmanı da Rusiya ordu komandanlığının tövsiyəsi əsasında verib. ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Mark Milley hazırda strateji təşəbbüsün ukraynalılara keçdiyini, lakin onların qarşıda “uzun bir yol”u olduğunu deyib”. Bu şəraitdə Ukrayna prezidenti Volodimir Zelenski qeyd edir ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin bir nömrəli hədəfi Donetsk vilayətidir: “Ukrayna hərbçiləri işğalçıların fəaliyyətinin qarşısını almaq üçün hər şeyi edir. Əsas hədəfimiz indi oradır, çünki Donbas hələ də işğalçılar üçün bir nömrəli hədəfdir. Ukrayna ordusunun bütün aktiv hərəkətləri yüksək dəqiqlikli silahların istifadəsi ilə sinxronlaşdırılmalıdır. Bu, əsas prioritetlərdən biridir". Beləliklə, Zelenski Rusiyanın qondarma referendumlarla özünə birləşdirdiyi əraziləri hərb yolu ilə azad edəcəyini bildirir. Bu da Rusiyaya Ukraynanın “ onun ərazisinə” təcavüz etdiyini bildirməyə əsas verəcək. Nəticədə Rusiya Ukrayna müharibəsinə daha çox şəxsi heyət və hərbi texnika cəlb etmək imkanı qazanacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ