Ceyhun Bayramov BMT tribunasından yenidən YUNESKO-ya səsləndi - İşğaldan azad edilmiş ərazilərə missiya göndərməyə çağırıram

img

YUNESKO Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə işğal dövründə dəymiş ziyanı qiymətləndirmək üçün hələ də missiya göndərməyib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun illər Ermənistanı qiymətləndirilmə və regiondakı mədəniyyət abidələrinin qorunmasına köməklik göstərmək üçün YUNESKO-nun müstəqil missiyasını dəstəkləməyə çağırıb.

"2020-ci ildə bu torpaqların Ermənistan tərəfindən işğalına son qoyulmasına baxmayaraq, YUNESKO-nun missiyası hələ də bu ərazilərə səfər etməyib. Mən bir daha açıq şəkildə bu missiyanın həyata keçirilməsinə çağırıram", - deyə XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların səviyyəsi bu ərazilərdə Azərbaycanın bütün izlərini məhv etmək istəyini açıq şəkildə göstərir.

"Ermənistan 30 il ərzində bu ərazilərdə etnik təmizləmə aparıb, insanları qanunsuz olaraq ora köçürüb ki, bu da beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır", - deyə C.Bayramov bildirib.

Peşə etikası

Son xəbərlər