Mətbuat Şurasının VIII qurultayı keçirilib... - FOTO

img

Azərbaycan jurnalistlərinin VIII Qurultayı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardından Vətən Müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının keçmiş sədri, "Xalq qəzeti"nin direktoru Əflatun Amaşov Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi jurnalistikanın olduğunu diqqətə çatdırıb. Daha sonra Qurultay iştirakçılarının Prezidentə müraciəti şuranın sədr müavini Umud Rəhimoğlu tərəfindən səsləndirilib.

Sonra Sədarət, Katiblik, Say və Mandat Komissiyalarının yaradılması üçün açıq səsvermə keçiririlib və komissiyaların üzvləri təsdiq edilib.

Çıxış edən Mətbuat Şurasının hazırki sədri Əflatun Amaşov Şuranın hesabatını diqqətə çatdırıb. Ardından Mətbuat Şurasının Nəzarət-Təftiş komissiyasının sədri Tahir Rüstəmov hesabatı oxuyub. 

Hesabat və çıxışlar bitdikdən sonra səsvermə keçirilib.

Eyni zamanda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Sonra keçirilən səsvermənin nəticələri açıqlanıb. Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.

Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq edilib.

Sonda Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub.

Peşə etikası

Son xəbərlər