MN: "Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə məlumat tamamilə yalandır"

img

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik.

Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - deyə məlumatda qeyd olunub.

Peşə etikası

Son xəbərlər