Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) erməni hərbçilərinin dövlət sərhədinin Zəngilan rayonu istiqamətində gecə saatlarında təxribat törətmək cəhdi barədə məlumat verib.
Xidmətdən bildiriblər ki, DSX-nin bölmələri “bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər”.
"Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib", - məlumatda deyilir.