Cümə günü, 18 sentyabr 2026
     

Ermənistan Qarabağda yeni separatçı hərəkat yaradır – fakta beynəlxalq sükut ziyanlı rol oynaya bilər...

Image


Beynəlxalq aləmdə hələ də ermənilərin başına sığal çəkənlərin olması səbəbindən nə Ermənistan hökuməti, nə bu ölkənin müxalifəti, nə də ki, Qarbağdakı separatçılar durmaq, dayanmaq bilmir, ya əl altdan, ya da aşkar şəkildə təxribatla məşğul olurlar.  

Separatçılar Qarabağda gündə bir “təşkilat” yaradırlar. Yayılan məlumata görə, indi də

“Artsaxın müdafiəsi uğrunda” adlı yeni qondarma hərəkat yaradılıb. Bu haqda “Hraparak” məlumat yayıb. Bildirilir ki, hərəkat yeni “Qarabağ komitəsi” və ya “Artsax hərəkatı-2" olmaq və bütün erməniləri yenidən birləşdirmək məqsədi daşıyır. ”Əsas məqsəd istənilən şəraitdə Qarabağın Azərbaycana birləşdirilməsinin qarşısını almaqdır". Məlumata görə, qondarma hərəkatın koordinasiya şurasının üzvlərindən biri də separatçı-terrorçu rejimin qanunsuz “təhsil və mədəniyyət nazirliyi”nin nümayəndəsi Armen Petrosyandır. O, hərəkatın genişləndirilməsi işində fəal iştirak edir.

  • “Əgər Xankəndidə belə bir qondarma hərəkat yaradılıbsa Azərbaycanın tam ixtiyarı var ki, həm hərbi qüvvənin, həm də daxili qoşunların gücü ilə Xankəndinə daxil olsun”

Məsələyə şərh verən Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər müxtəlif oyunlardan çıxırlar: “Onlar saman çöpündən yapışmış vəziyyətdədirlər. O qədər acınacaqlı vəziyyətdədirlər ki, yenidən 1988-ci ildəki hallarına qayıdırlar. Yenidən “komitə”, “müdafiə təşkilatı”, “hərəkat” yaratmağa cəhdlər edirlər. Ermənilər başa düşmürlər ki, 30 il ərzində qurduqları xam xəyalları yerinə yetmədi. Düzdür, separatçılar Ermənistan dövləti və cəmiyyəti tərəfindən ciddi şəkildə dəstəklənirdilər, amma cəhdlərinin nəticəsi olmadı. Ermənilər Azərbaycanın gücü, eyni zamanda da beynəlxalq hüquq qarşısında geri çəkilməli oldular və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün ciddi addımlar atdı və o addımlar da davam edir. Onlar Xankəndidə kiçik bir uazis, meydança saxlamaq istəyirlər, bunda da Rusiya da, Ermənistan da maraqlıdır. Heç kəsə sirr deyil ki, Qarabağdakı bir ovuc erməni nə “hərəkat” yaradan deyil, nə də hər hansı bir müqavimət göstərmək əzimindədir. Bu qondarma “hərəkat” da Ermənistan rəhbərliyinin oyunlarıdır. Baxmayaraq ki, özlərini sülhpərvər kimi qələmə verməyə çalışırlar. Bu həmçinin Rusiyanın da oyunu sayılır. Rusiya da istəyir ki, orada hansısa formada qalsın, öz mövcudluğunun təsir imkanlarını saxlasın. Orada qondarma bir qurum yaratsın və o qurum vasitəsilə də Rusiyanın sülhməramlı kontingenti orada qalsın, o həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarını saxlasın. Məqsəd bundan ibarətdir. Vəziyyət elə gətirib ki, Rusiya da artıq elə də güclü deyil. Rusiya həm İkinci Qarabağ Müharibəsinin gedişində Azərbaycanla Türkiyənin birgə gücü ilə hesablaşmalı oldu. Eyni zamanda Ukraynada ciddi problemlərlə üzləşib. İnformasiyalar gəlir və o informasiyaları təhlil edəndə görürük ki, Rusiya vəziyyətdən çıxmağa çalışır. Yəni ciddi uğursuzluğa düçar olub...

Bu baxımdan inandırıcı deyil ki, separatçılar nəyəsə nail olsunlar, amma cəhd edirlər”.

A.Nağının sözlərinə görə, Ermənistan trəhbərliyi anlamalıdır ki, yanlış yoldadır, onlar 30 il bundan əvvəl Azərbaycana qarşı yanlış addım atdılar: “Əgər Azərbaycana qarşı yanlış addım atdıqlarını dərk etmirlərsə yenə də başlarına böyük müsibətlər gələcək, Azərbaycanın zərbələrinə hədəf olacaqlar. Bunu başa düşməlidirlər. Qarabağdakı bir ovuc erməni əgər orada qalmaq istəyirlərsə bu cür hərəkətlərdən, təxribatlardan əl çəkməlidirlər. Azərbaycan vətəndaşları kimi yaşamaq istəyirlərsə Azərbaycan qanunlarına tabe olmalıdırlar. Qondarma “müdafiə” təşkilatları yaratmaqla ermənilər həmin ərzidə yaşamaq hüquqlarını itirirlər. Əgər hansısa təxribata əl atacaqlarsa artıq Azərbaycan beynəlxalq hüquq və  dünya ictimaiyyəti qarşısında tam şəkildə ermənilərin oradan çıxarılması xəttini götürə bilər. Günah da onların özündə olacaq. Azərbaycan bu qədər güzəştə gedir. Ermənilərin  Xocalı, Malıbəyli, Quşçular, Qaradağlı, Ballıqaya, Ağdaban soyqırımları törətməsinə baxmayaraq Azərbaycanın onlara güzəştə getməsi, yenə də onların bizim ərazilərdə Azərbaycan vətəndaşı kimi yaşamalarına icazə verməsi dövlətimizin humanistlindən irəli gəlir. Azərbaycan humanistlik edir. Bunu onlar başa düşmürlərsə, bu onların problemidir. Əgər təxribata yol verəcəklərsə onlar birdəfəlik bizim ərazilərdə yaşamaq hüququnun üstündən xətt çəkməli olacaqlar. Azərbaycan tərəfi prosesləri ciddi izləməlidir, ləngimədən addımlar atmalıdır, bu barədə beynəlxalq təşkilatları məlumatlandırmalıdır və hərəkətə keçməlidir. Necə ki, Fərrux yüksəkliyi, Laçın şəhəri, Sus və Zabux kəndləri istiqamətində hərəkət etdi həmin formada Xankəndi istiqamətində də hərəkət etməlidir. Əgər Xankəndidə belə bir qondarma hərəkat yaradılıbsa Azərbaycanın tam ixtiyarı var ki, həm hərbi qüvvənin, həm də daxili qoşunların gücü ilə Xankəndinə daxil olsun və Azərbaycan hakimiyyətini orada bərqərar etsin, oradakı qanunsuz hərəkətlərin qarşısını alısın. Azərbaycan artıq bu addımı atmalıdır”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17.09.2026 / 14:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - FOTO

17.09.2026 / 14:53
Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

17.09.2026 / 14:41
Prezident və Birinci xanım Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 14:26
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - FOTO

17.09.2026 / 14:09
102-ci baza “boyun əti“ kimi dəri üstündə qalıb – nə Rusiya gedir, nə də Paşinyan tələb qoyur...

17.09.2026 / 14:07
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 13:46
Prezident: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

17.09.2026 / 13:45
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" - Prezident

17.09.2026 / 13:38
Bakıda TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib

17.09.2026 / 13:36
"Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır" - Prezident

17.09.2026 / 13:34
Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

17.09.2026 / 13:31
"Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir" - Prezident

17.09.2026 / 13:25
Prezident: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

17.09.2026 / 13:21
Səudiyyə hüsilərlə savaşda problemlə qarşılaşdı – ölkənin HHM raketləri tükənir…

17.09.2026 / 13:20
"Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir" - Prezident

17.09.2026 / 13:16
Prezident İlham Əliyev: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

17.09.2026 / 13:11
"TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır" - Prezident

17.09.2026 / 13:03
İngiltərədə bir kənd ölkədən ayrılmaq qərarı verdi…

17.09.2026 / 12:57
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər - FOTO

17.09.2026 / 12:54
SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu

17.09.2026 / 12:48
Putinin "Rusiya Qəhrəmanı" titulu verdiyi general Ukraynada öldürüldü…

17.09.2026 / 12:31
Avropada Ukraynaya sursat tədarük edən müdafiə zavodu bir həftədə ikinci dəfə yan(dırıl)dı…

17.09.2026 / 12:19
Qarabağda Alban irsi: Epiqrafik saxtalaşdırmalar və tarixi həqiqətlərin bərpası

17.09.2026 / 12:08
Xüsusi karantin rejiminin müddəti uzadıldı

17.09.2026 / 12:03
Tramp Ukrayna münaqişəsinin tezliklə başa çatacağını deyir - liderlər bir-birindən nifrət edirlər…

17.09.2026 / 11:50
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlandı

17.09.2026 / 11:38
Prezident İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - FOTO/YENİLƏNDİ

17.09.2026 / 11:24
Nazir tarixi-dini abidələrin qorunması ilə bağlı çağırış etdi

17.09.2026 / 11:15
Azərbaycan əhalisinin sayı açıqlandı

17.09.2026 / 11:09
"Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı" - Prezident

17.09.2026 / 11:07
Ukrayna Rostovda aviabazanı, Yaroslavlda isə neft emalı zavodunu vurdu… - VİDEO

17.09.2026 / 10:51
Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir

17.09.2026 / 10:51
Fındığın ixrac qiyməti 17 dollardan bahadır – fermerlərimiz 3 manata sata bilmirlər...

17.09.2026 / 10:47
Ukrayna Rusiyanın neft sənayesini çökdürür – son iki ayda 10-dan çox zavod işini dayandırıb...

17.09.2026 / 10:40
Prezident TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət etdi

17.09.2026 / 10:30
Rusiya Ukraynaya hücumları artırır - Polşa sərhədə qoşun yeritdi…

17.09.2026 / 09:38
Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

17.09.2026 / 09:27
Ağdamda minalanmış ərazidə yanğın başlayıb

17.09.2026 / 09:11
2027-ci ilin büdcə xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlandı

17.09.2026 / 07:16
Nümayəndələr Palatası mərhum senatorun “cəhənnəm sanksiyaları”nı qəbul etdi - Putin boyun əyəcək?..

17.09.2026 / 07:02
Trampdan Avropa İttifaqına təhdid dolu mesaj - “Kanada ilə tərəfdaşlıq davam edərsə…”

17.09.2026 / 06:17
Hacıyevin Qandzasar ziyarəti Ermənistan parlamentində emosiyaları coşdurdu

16.09.2026 / 23:15
ABŞ və Avropada sui-qəsdlər və terror aktları planlaşdıran Rusiya agentləri ifşa edildi – ŞOK DETALLR…

16.09.2026 / 22:47
Trampın oğlunun toy xərclərini Putinin dostu, rus oliqarx ödədi – ABŞ qarışdı… Demokratlar hərəkətə keçdi...

16.09.2026 / 22:23
Trampın Zelenskiyə məsləhətinin arxasında 2 niyyət var - Putinə dəstək və...

16.09.2026 / 22:06
Ermənilər də Şərqi Zəngəzur terminini qəbul etmir, Altay Göyüşov da...

16.09.2026 / 21:48
Səudiyyə Ərəbistanının neft bazarı tam iflasda...

16.09.2026 / 21:33
Qafqaz, türk və islam dünyaları Azərbaycanın sayəsində birləşir...

16.09.2026 / 21:17
Həmin Avropadır ki, müharibədən 4 ay sonra Azərbaycanı cəzalandırmaq istəyirdi...

16.09.2026 / 21:01
Rusiya ilə sanksiyalardan gizli iş görən ölkələr də cəzalanacaq - Konqres qəbul etdi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ