Cümə günü, 18 sentyabr 2026
     

Rusiya Ukraynanın hərbi tələsinə düşdü, nəticədə rus ordusu darmadağın oldu – 3 min kvadrat kilometr itirildi...

Image


Rusiya-Ukayna müharibəsində hadisələrin gedişi daha maraqlı xarakter almağa başlayıb. Belə görünür ki, hazırda cəbhəboy təşəbbüs əsas etibarı ilə Ukrayna tərəfinin əlinə keçməkdədir. Son günlərdə Ukrayna ordusunun xeyli ərazini ruslardan azad etməsi də bunun təsdiqidir.

Hazırda Ukrayna daha çox Xarkov istiqamətində üstünlük qazanmaqdadır. Bunun əsas səbəbi Ukraynanın rusları aldada bilməsidir. Bir neçə həftədir ki, ukraynalılar cənubdakı Xerson bölgəsində əks-hücum planları haqqında danışaraq, Rusiyanın öz qüvvəsini bura cəmləşdirməsinə nail olublar. Bu şəraitdə Xarkovda qalan rus ordusunun sayı azalıb. Elə bu da Ukraynaya əks hücum üçün əlverişli şərait yaradıb. İctimai diqqətin cənubda gözlənilən həmləyə yönəldiyi bir vaxtda, Kiyev ölkənin şərqindəki bölgəyə əks-hücum əməliyyatına başlayıb.

 Ekspertlər qeyd edir ki, Kreml Ukraynaının Xersona hücum söhbətlərinə inanaraq, bəzi qüvvələrini ora yönləndirməklə, Xarkovdakı mövqelərini təhlükəli vəziyyətdə qoyub. Qərb hərbi ekspertlərinin fikrincə, hücum həm də onu göstərir ki, ukraynalılar döyüş meydanında ruslara qalib gələ bilərlər. Artıq Ukrayna Silahlı Qüvvələr sentyabrın əvvəlindən bəri təxminən 3000 kvadrat kilometri azad edib. Ukrayna ordusunun Xarkov istiqamətində xüsusən üç şəhəri azad etməsi ruslar üçün şok olub.  “Donetsk Xalq Respublikasının” informasiya nazirinin birinci müavini adlandırılan Daniel Bezsonov yazıb, Rusiya ordusu Xarkov istiqamətində İzyum şəhəri daxil bir neçə yaşayış məntəqəsindən çıxdı: “Onlar Xarkov istiqamətində bəzi digər yaşayış məntəqələrindən olduğu kimi İzyumu da tərk ediblər. Təbii ki, bu, pisdir. Təbii ki, bu, ali komandanlığın səhvlərinin nəticəsidir. Amma burada gizli mənalar axtarmağa ehtiyac yoxdur. Söhbət nə razılaşmalardan, nə də xəyanətdən gedir. Biz sadəcə bacardığımız qədər mübarizə aparırıq”.

Məlumatı Rusianın müharibə müxbirləri Aleksandr Kots və Yevgeni Poddubnı da təsdiqləyib. Poddubnı komandanlığın bu şəraitdə geri çəkilmək qərarını düzgün adlandırıb, o bildirib ki, bu olmasa idi Rusiya ordusu İzyumda mühasirəyə düşməsi “fəlakət” olardı. Kots öz növbəsində rus qoşunlarının təkcə İzyumdan deyil, Kupyansk və Balakleyadan da getdiyini yazıb. Poddubnı həmçinin Kupyanskdan qoşunların qismən çıxarılması barədə məlumat verib. Ukrayna Silahlı Qüvvələrinin 25-ci Əlahiddə Siçeslav Hava Desant Briqadasının əsgərləri İzyum şəhərinin kənarında lentə alındıqları videonu sosial şəbəkələrdə yayıblar. Ukrayna Silahlı Qüvvələrinin Kupyanskıni azad etməsini Xarkov vilayəti administrasiyası rəhbərinin müşaviri Natalya Popova təsdiqləyib. Kupyanskın şimalında, Rusiya sərhədi yaxınlığındakı Volçansk şəhərindən rus qoşunlarının çıxarılması barədə xəbərlər yayılıb. Artıq Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Xarkov vilayətinin şimalında Rusiya ilə sərhədə qədər irəliləməyə nail olublar. Ukrayna ordusunun Xarkov vilayətində cəbhənin yarılmasından və onlarla yaşayış məntəqəsini azad etməsindən sonra Rusiya qoşunlarının geri çəkilməsi Kreml üçün ciddi zərbə hesab edilir. Bu fonda sosial mediada məhv edilmiş və ya boş qalan Rusiya mövqelərinin görüntüləri və yeni azad edilən ərazilərdə öz bayraqlarını ucaldan Ukrayna hərbçilərinin şəkilləri yayılır. Əks-hücumun sürəti və genişliyi işğalçılar və bir çox ukraynalılar üçün gözlənilməz olub. İndi Ukrayna ərazilərinin azadlığı üçün daha sız şəkildə səfərbər olur. Rusiya rəhbərliyi isə cəbhədəki yeni məğlubiyyətlərdən dolayı silahlı qüvvələrin qərb qruplaşmasının komandanlığını yenidən dəyişib. Ukrayna Baş Kəşfiyyat İdarəsi bu xüsusda bildiri: “Rusiya Silahlı Qüvvələrinin qərb qruplaşmasının rəhbərliyi komandanlıqdan uzaqlaşdırılıb. Bu qərara səbəb Ukrayna Müdafiə Qüvvələrinin hücumu nəticəsində rusların sarsıdıcı məğlubiyyətə uğramasıdır”. Qeyd olunur ki, general-leytenant Aleksandr Lapin qərargahı ilə birlikdə qərb qruplaşmasına komandan təyin edilib. Onu da bildirək ki, Ukraynanın son irəliləyişinə baxmayaraq, Xerson şəhəri də daxil, Ukrayna ərazisinin təxminən beşdə biri Rusiyanın nəzarətində qalır. Xerson Ukraynaya hərbi müdaxilədən sonra rusların aldığı ilk Ukrayna şəhəri olub. O, Krım yarımadasından  şimala doğru yerləşir. Xerson şəhəri uğrunda həlledici döyüş qabaqdadır. Lakin indiyə qədər əldə edilən uğurlar Ukrayna üçün ürəkləndirici, onu dəstəkləyən Qərb üçün isə ümidverici olub. Nailiyyətlər qorunub saxlanılarsa, bu, münaqişənin gedişatını dəyişə bilər. Əslində, bu, indidən hiss edilir. Belə ki, Rusiya tərəfi Ukraynanın Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində “referendum”ların təşkili tarixini sentyabrın 11-dən noyabrın 4-nə keçirib. Melitopol meri İvan Fyodorovun sözlərinə görə, yerli sakinlərin yalnız 10%-ə qədəri “referendumda” iştiraka razılıq verib: “Digər tərəfdən də, Ukrayna Silahlı Qüvvələri və partizanların uğurlu fəaliyyətindən sonra “referendum”u təşkil etməli olan seçki komissiyalarında iştirak etmək istəyənlər yoxdur”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17.09.2026 / 14:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - FOTO

17.09.2026 / 14:53
Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

17.09.2026 / 14:41
Prezident və Birinci xanım Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 14:26
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - FOTO

17.09.2026 / 14:09
102-ci baza “boyun əti“ kimi dəri üstündə qalıb – nə Rusiya gedir, nə də Paşinyan tələb qoyur...

17.09.2026 / 14:07
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 13:46
Prezident: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

17.09.2026 / 13:45
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" - Prezident

17.09.2026 / 13:38
Bakıda TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib

17.09.2026 / 13:36
"Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır" - Prezident

17.09.2026 / 13:34
Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

17.09.2026 / 13:31
"Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir" - Prezident

17.09.2026 / 13:25
Prezident: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

17.09.2026 / 13:21
Səudiyyə hüsilərlə savaşda problemlə qarşılaşdı – ölkənin HHM raketləri tükənir…

17.09.2026 / 13:20
"Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir" - Prezident

17.09.2026 / 13:16
Prezident İlham Əliyev: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

17.09.2026 / 13:11
"TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır" - Prezident

17.09.2026 / 13:03
İngiltərədə bir kənd ölkədən ayrılmaq qərarı verdi…

17.09.2026 / 12:57
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər - FOTO

17.09.2026 / 12:54
SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu

17.09.2026 / 12:48
Putinin "Rusiya Qəhrəmanı" titulu verdiyi general Ukraynada öldürüldü…

17.09.2026 / 12:31
Avropada Ukraynaya sursat tədarük edən müdafiə zavodu bir həftədə ikinci dəfə yan(dırıl)dı…

17.09.2026 / 12:19
Qarabağda Alban irsi: Epiqrafik saxtalaşdırmalar və tarixi həqiqətlərin bərpası

17.09.2026 / 12:08
Xüsusi karantin rejiminin müddəti uzadıldı

17.09.2026 / 12:03
Tramp Ukrayna münaqişəsinin tezliklə başa çatacağını deyir - liderlər bir-birindən nifrət edirlər…

17.09.2026 / 11:50
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlandı

17.09.2026 / 11:38
Prezident İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - FOTO/YENİLƏNDİ

17.09.2026 / 11:24
Nazir tarixi-dini abidələrin qorunması ilə bağlı çağırış etdi

17.09.2026 / 11:15
Azərbaycan əhalisinin sayı açıqlandı

17.09.2026 / 11:09
"Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı" - Prezident

17.09.2026 / 11:07
Ukrayna Rostovda aviabazanı, Yaroslavlda isə neft emalı zavodunu vurdu… - VİDEO

17.09.2026 / 10:51
Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir

17.09.2026 / 10:51
Fındığın ixrac qiyməti 17 dollardan bahadır – fermerlərimiz 3 manata sata bilmirlər...

17.09.2026 / 10:47
Ukrayna Rusiyanın neft sənayesini çökdürür – son iki ayda 10-dan çox zavod işini dayandırıb...

17.09.2026 / 10:40
Prezident TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət etdi

17.09.2026 / 10:30
Rusiya Ukraynaya hücumları artırır - Polşa sərhədə qoşun yeritdi…

17.09.2026 / 09:38
Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

17.09.2026 / 09:27
Ağdamda minalanmış ərazidə yanğın başlayıb

17.09.2026 / 09:11
2027-ci ilin büdcə xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlandı

17.09.2026 / 07:16
Nümayəndələr Palatası mərhum senatorun “cəhənnəm sanksiyaları”nı qəbul etdi - Putin boyun əyəcək?..

17.09.2026 / 07:02
Trampdan Avropa İttifaqına təhdid dolu mesaj - “Kanada ilə tərəfdaşlıq davam edərsə…”

17.09.2026 / 06:17
Hacıyevin Qandzasar ziyarəti Ermənistan parlamentində emosiyaları coşdurdu

16.09.2026 / 23:15
ABŞ və Avropada sui-qəsdlər və terror aktları planlaşdıran Rusiya agentləri ifşa edildi – ŞOK DETALLR…

16.09.2026 / 22:47
Trampın oğlunun toy xərclərini Putinin dostu, rus oliqarx ödədi – ABŞ qarışdı… Demokratlar hərəkətə keçdi...

16.09.2026 / 22:23
Trampın Zelenskiyə məsləhətinin arxasında 2 niyyət var - Putinə dəstək və...

16.09.2026 / 22:06
Ermənilər də Şərqi Zəngəzur terminini qəbul etmir, Altay Göyüşov da...

16.09.2026 / 21:48
Səudiyyə Ərəbistanının neft bazarı tam iflasda...

16.09.2026 / 21:33
Qafqaz, türk və islam dünyaları Azərbaycanın sayəsində birləşir...

16.09.2026 / 21:17
Həmin Avropadır ki, müharibədən 4 ay sonra Azərbaycanı cəzalandırmaq istəyirdi...

16.09.2026 / 21:01
Rusiya ilə sanksiyalardan gizli iş görən ölkələr də cəzalanacaq - Konqres qəbul etdi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ