Cümə axşamı günü, 12 noyabr 2026
     

Avropa küncə sıxıldıqca Azərbaycanın dəyəri artır...

Image


Payız-qış mövsümü ərəfəsində Avropanın təbii qazla təchizatı sahəsində böhran burada sakinləri qeyri-standart həllər axtarmağa sövq edir. Qış mövsümündə ucuz qiymətə isitmə mümkün olacağı barədə ümidlər daha çox illüziya xarakteri daşıyır. Tədarükçülər qazın qiymətini indidən artırmağa başlayıblar. Lakin bəzi istehlakçılar təkcə xərclərin çox olacağından deyil, qışda isitmə sisteminin tamamilə olmayacağından narahatdır.

İndi iş o yerə çatıb ki, avropalıların çoxu artıq istilik ventilyatorları almağa başlayıb. Görünür, onlar qışda qazla isitmə sistemini bu qurğularla əvəz etmək niyyətindədirlər. Bu il iyun ayına qədər Almaniyada təqribən 600 min istilik ventilyatoru satılıb. May ayı ilə müqayisədə satış təqribən 35 faiz artıb. İstilik ventilyatoru həqiqətən ucuz qurğudur. Onu cəmi 15 avroya almaq mümkündür. Lakin ona xidmət baha başa gəlir. Elektrik enerjisi xərcləri qısa müddətdə bütün hədləri aşa bilər. Hesablamalara görə, sahəsi 100 kvadratmetr olan mənzilin elektriklə qızdırılması ildə 4 min avroya başa gələ bilər. Fərdi evdə isə istilik ventilyatorlarından istifadə edilməsi 8 min avroya başa gələcək. Bu fonda Almaniyanın Metallurgiya və Elektrik Sənayesi İşəgötürənləri İttifaqının prezidenti Stefan Volf qeyd edib ki,  Rusiyadan qaz nəqli payızda tam dayandırıla bilər: “Tədarükün tam dayandırılması payızda, fərdi təsərrüfatların qaz isitmələrini yenidən işə salacağı vaxtda baş verəcək.Qaz qıtlığı yaranarsa, onun istifadəsində prioritet sənayeyə verilməlidir”. Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti qaz ehtiyatlarının və tədarükünün azalması ilə əlaqədar həyəcan rejimini işə salıb. Eyni zamanda ölkədə qazın qiyməti qalxıb. Bu şəraitdə, Almaniya da daxil olmaqla, Avropa ölkələri Rusiyadan kənar mənbələrdən qaz idxalının artırılması istiqamətində fəal iş aparırlar. Türkiyənin tanınmış “Star” qəzeti yazır ki, Avropa İttifaqı enerji böhranı fonunda Azərbaycanla qaz tədarükünün artırılması ilə bağlı fəal dialoq aparır: “Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən təbii qaz qıtlığı yaşayan Avropa çarəni qardaş ölkə Azərbaycanda tapıb. 2022-ci ilin sonuna kimi təbii qaz tədarükü üzrə rekord hədəf qoyan Azərbaycanın qaz təchizatının həcmini 11 milyard kubmetrə çatdıracağı gözlənilir. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel İttifaqın Norveç, Əlcəzair və Azərbaycandan daha çox təbii qaz almaqda irəliləyişə nail olub”.

Qeyd edək ki, Jozep Borrel Azərbaycanla enerji sahəsində işbirliyinin genişləndirildiyini bildirib: “Avropa əsl fırtına ilə üz-üzədir: enerji qiymətləri yüksəlir, iqtisadi artım yavaşlayır, qış yaxınlaşır”.Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya qazının idxal payının ilin əvvəlindəki 40%-dən bu gün təxminən 20%-ə qədər ümumi azalmasının öhdəsindən müəyyən dərəcədə gələ bilib: “Bu, əsasən mayeləşdirilmiş təbii qazın alışının artması hesabına əldə edilib, onun payı iki dəfə artaraq 19%-dən 37%-ə çatıb. Norveç, Əlcəzair və Azərbaycandan da təbii qazın idxalı artırılıb. Lakin çətin həqiqət budur ki, bu qış biz qeyri-rus mənbələrindən nə qədər əlavə qaz ala biləcəyimiz həddinə yaxınlaşırıq. Beləliklə, əsas hissə enerji qənaətinə, yəni tələbatın azalmasına düşməlidir”. Jozep Borrel təəssüf edir ki, 2014-cü ildən sonra Avropa tədarüklərin şaxələndirilməsi və onlarda Rusiyanın payının azaldılması, enerji səmərəliliyinə və bərpa olunan mənbələrə sərmayə qoyuluşu üzərində qurulmuş əsl Aİ enerji ittifaqı yaratmayıb. Bunlar fonunda “Star” qəzeti yazır ki, Azərbaycan 2022-ci ilin sonuna qədər TAP və TANAP vasitəsilə Avropaya qaz tədarükünü əhəmiyyətli dərəcədə artırmağı  planlaşdırır: “İyulun 18-də Azərbaycan və Avropa Komissiyası arasında enerji sektorunda strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Aİ və Azərbaycan enerji böhranı fonunda qaz tədarükünün artırılması ilə bağlı fəal dialoq aparır. Aİ-Azərbaycan enerji əməkdaşlığı yeni səviyyəyə yüksəlib və “Cənub Qaz Dəhlizi” çərçivəsində davam edir. Aİ öz enerji təchizatının şaxələndirilməsinə böyük əhəmiyyət verir və bu baxımdan “Cənub Qaz Dəhlizi” xüsusi əhəmiyyət kəsb edir”. Hzırda Türkiyə, Gürcüstan, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan qısa müddət ərzində Azərbaycan qazının istehlakçısına çevrilib. Gələcəkdə TAP-ın şimal qoluna çevriləcək “İon-Adriatik” boru kəməri vasitəsilə Albaniya, Monteneqro, Bosniya və Herseqovina, həmçinin Xorvatiyadan olan istehlakçılar da Azərbaycan qazından istifadə edə biləcəklər. Bu istiqamətdə artıq müvafiq infrastrukturun yaradılması prosesi gedir. Qeyd edək ki, ümumilikdə Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə yaxındır. Yəni, Azərbaycanın həm Avropaya qaz tədarükünü artırmaq, həm də artan daxili, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tələbatı ödəmək potensialı var.  TAP-ın idarəedici direktoru Luka Şieppati bu fonda vurğulayır ki, Azərbaycandan Avropa bazarlarına TAP boru kəməri ilə nəql edilən təbii qazın həcmi 2027-ci ildə ikiqat artacaq. O qeyd edir ki, TAP-ın ötürücülük qabiliyyətinin artırılması üçün texniki cəhətdən 3 il kifayət edə bilər: “Aparılan bazar sınaqları və bütün proseslər yekunlaşdıqdan 2027-ci ildə boru kəməri ilə nəql edilən qazın həcmi ikiqat artacaq. Bunun üçün boru kəmərində heç bir dəyişiklik edilməyəcək. Biri Yunanıstan-Türkiyə sərhədində, digəri isə Albaniyada olmaqla mövcud iki kompressor stansiyası təkmilləşdirilməli və əlavə ikisi inşa olunmalıdır. Biz qazın sıxılma gücünü artırmalıyıq. Yunanıstan və Bolqarıstana tədarüklər nəzərə alınmaqla və boru kəmərinin ötürücülük gücünün iki mərhələdə artırılması sayəsində TAP-la 20 milyard kubmetrdən çox təbii qaz nəql etmək mümkün olacaq”. “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ