Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya-Qərb qarşıdurması kəskinləşir, Ermənistan seçim qarşısında…

Image


Məlum olduğu kimi, bu günlərdə ABŞ Senatı Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı müharibələrə görə Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət olaraq tanımağa çağıran qətnamə qəbul edib. Sənəddə Rusiya hakimiyyəti terror kampaniyası aparmaqda, ikinci Çeçenistan müharibəsində mülki vətəndaşlara qarşı güc tətbiq etməkdə, Suriyaya havadan zərbə endirməkdə, 2014-cü ildən Ukraynanın Donbas bölgəsində separatçılığı dəstəkləməkdə ittiham olunur.

Qeyd edilir ki, ABŞ Senatı Rusiya prezidenti Vladimir Putinin  tapşırığı əsasında Rusiya hakimiyyətinin atdığı addımları terror aktlarına sponsorluq olaraq dəyərləndirir. Qətnamədə Senatın ABŞ dövlət katibinə Rusiya Federasiyasını terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etməyə çağırışı da yer alıb. Bu hal Ermənistanda da ciddi təlaş yaradıb. Belə ki, ABŞ Rusiyanı terrora dəstək verən ölkə kimi  tanısa, onun mütəffiqi Ermənistan da hədəfə çevriəcək. Erməni siyasi şərhçi Qalust Qriqoryan hətta bildirir ki, Ermənistanın sonu yaxınlaşır. Onun sözlərinə görə, yaxın bir necə ay ərzində ABŞ hərbi-hava qüvvələri Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasını məhv edə bilər: “Hər şey, bütün hadisələr Ermənistana qarşı cərəyan edir. ABŞ Rusiyanı terrorizmi maliyyələşdirən ölkə kimi tanımaq istəyir. Bu baş versə, ABŞ və NATO Rusiyanı məhv etməyə çalışacaq. Rusiya ilə birgə biz də məhv ola bilərik. Çünki Rusiya bizim müttəfiqimizdir. Düzdür, Azərbaycan da bu ölkə ilə müttəfiqdir, amma Bakının Avropa İttifaqı ilə, ABŞ-la yaxın münasibətləri var. Yəni Azərbaycanın “qalxanı” var. Regionda ən böyük təhlükə İrəvanın başında dolanır. Rusiya zərbələrə, sanksiyalara dözür, biz isə ümumiyyətlə məhv ola bilərik”. Hesab edilir ki, qarşıdakı dövr ərzində Ermənistanı daha çətin günlər  gğzləyir. Çünki Qərb-Rusiya çəkişməsi Ukraynada daha da dərinləşəcək və bunun təsirləri Ermənistanda özünü daha qabarıq formada hiss etdirəcək. Rus ekspert Modest Kolerov da vurğulayır ki, Ukrayna ilə bağlı hadisələr daha kəskin məcrada inkişaf edcək: “Krımı, Azov dənizini qorumaq üçün biz Xerson və Zaporojye bölgələrinə sahib olmağa məcburuq. Yaxın vaxtlarda Xerson, Zaporojye, Donetsk və Luqanskda referendumlar keçiriləcək və bu vilayətlər Rusiyanın tərkibinə qatılacaq. Buna heç bir şübhə yoxdur. Bundan əlavə, Rusiyanın Odessa və Nikolayevi tutub, Dnestryanı ilə quru əlaqəsi əldə edəcəyinə də əminəm. Ən təmiz rusca danışan şəxslər Dnestryanıdadır, ona görə də ora bizim torpağımızdır. Beləliklə də keçmiş Ukraynanın yerində yeni xəritə belə formalaşdırılır və burada Qərbə ehtiyac yoxdur”. Onun sözlərinə görə, reallıqda Ukraynada gedən mübarizədə Rusiyanın tərəfində yalnız Belarus durur: “Postsovet məkanında, demək olar ki, Rusiya tək qalıb. Lakin dünyada dövlətlərin bir çoxu Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir. Rusiya Çinin gücü sayəsində özünü yenidən alternativ ittifaqda tapıb. Zaman bizim tərəfimizdədir, həm də qış gəlir. Və bu şərtlər altında Qərbin bütün danışıq cəhdləri Rusiyanın Ukraynada təslim olmasına yönəlib. Son məqamda Ukrayna Krımın, Luqansk və Donetsk bölgələrinin bizim olmasına razılaşmalı olacaq”.

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu qeyd edir ki, Rusiya qüvvələri İzyumun şimal-qərbində və cənub-qərbində lokallaşdırılmış quru hücumlarını bərpa edib: “Xarkova doğru hücum əməliyyatları üçün yeni şərait yaradıla bilər. Rusiya qüvvələri Çepil, Şçurivka və Husarivkaya istiqamətlərində kəşfiyyat cəhdlərinə başlayıb. Son günlər İzyumun cənub-şərqində hücumlar bərpa olunub. Lakin Rusiya ordusunun Xarkovu ələ keçirməsi çox çətindir. Bununla belə, Rusiya qüvvələri Ukraynanın əks-hücumlarının qarşısını almaq üçün dağıdıcı hücumlara başlaya bilər”. Bütün bunlar Ukrayna savaşının miqyasının genişlənəcəyini gösərir. Erməni siyasi analitik Hakob Bədəlyan bildirir ki, baş verənlər Qafqazda ən çox Ermənistana təsir edəcək: “Ümumiyyətlə, region dünyanın geniş şəkildə yenidən bölüşdürülməsi prosesindən təsirlənməkdə davam edir. Və təbii ki, həm bilavasitə regional oyunçular (Türkiyə, Rusiya, İran), həm də qlobal oyunçu ABŞ Cənubi Qafqazda maksimum təsir üçün mübarizə aparmağa çalışır. Onların hər birinin özünəməxsus yanaşması var, lakin İran, Rusiya və Türkiyə, müxtəlif məsələlərdə ciddi fikir ayrılıqlarına və strateji rəqabətə baxmayaraq, hələ də problemləri öz aralarınada həll etmək, Qərbin müdaxiləsini və birbaşa təsirini məhdudlaşdırmaq üçün ümumi dil tapırlar. Eyni zamanda, Türkiyə Qərbin maraqlarının moderatoru olmaq istəyir ki, bu da Qafqazla bağlı məsələlərdə Qərblə işləməyə gətirib çıxaracaq. Regiondakı hər bir əsas oyunçunun (İran, Rusiya, Türkiyə, ABŞ) Ermənistandan öz gözləntiləri var. İran, Rusiya və Türkiyə regionda əsas yeri tutmaq üçün oyun oynayır. Bu reallıqları nəzərə almaq və öz fəaliyyət planımızı hazırlamaq vacibdir. Biz qarşıdurmaya gedə bilmərik, çünki bu bizə çox baha başa gələcək. Yeganə yol odur ki, biz Qərblə münasibətləri qorumaq və dərinləşdirmək üçün əlimizdən gələni edək. Ümumiyyətlə götürəndə, bu oyunçular bizdən heç nə tələb etmir. Bütün məsələləri öz aralarında koordinasiya edirlər, sonra artıq düşünürlər ki, bu qərarları bizə necə sırıyacaqlar. Sadəcə fərqli gözləntiləri var. Rusiya bizdən onun idarə etdiyi meydanda oynamağımızı və onun bütün ssenarilərinə boyun əyməyimizi gözləyir. Onun üçün Ermənistanın başqa oyunçularla heç bir addım atmaması vacibdir. Qərblə qarşıdurma və ona qarşı tətbiq edilən sanksiyalar fonunda Rusiya Qafqaza onun üçün həyati vacib logistika mərkəzi kimi baxır, burada dominant rola sahib olmaq istəyir.  Ermənistandan da onun bu oyununu oynayacağını gözləyir. Burada Ermənistan üçün həm imkanlar, həm də risqlər var, çünki Türkiyə və Azərbaycan vəziyyətdən istifadə edib Rusiyaya Ermənistan məsələsində daha çox güzəştə getməyi təklif edə bilərlər ki, digər məsələlərdə onun maraqlarına loyal olsunlar. Türkiyə və Azərbaycan bu yolda heç bir nəzarətin, o cümlədən Rusiyanın nəzarətinin olmasında maraqlı deyil, əks halda bir çox məsələlər çoxdan həll olunardı. Azərbaycan həmişə Avropa ilə münasibətlərimizə müdaxilə etməyə çalışacaq, ona görə də biz prosesə effektiv diplomatiya və siyasi düşüncəni daxil etməliyik. Biz Qərbi maraqlandıra biləcək siyasi ideyalar tapmalı və onlarla bu istiqamətdə işləməliyik. Eyni zamanda, biz başa düşməliyik ki, Azərbaycan və Türkiyə heç vaxt Avropa və ABŞ üçün Ermənistandan az əhəmiyyət kəsb etməyəcək. Ona görə də bizim üçün nəinki Rusiya ilə tək işləmək, eyni zamanda Rusiyaya qarşı Qərblə işləmək də arzuolunmazdır. Təbii ki, Rusiya Ermənistanın Qərbə doğru atdığı ən kiçik addımlara belə çox qısqanclıqla yanaşır. Amma bizim başqa seçimimiz yoxdur. Rusiyaya bəyan etsək ki, Qərblə münasibətlərdən tamamilə imtina edirik, bu da bizim üçün fəlakətlidir”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ