Cümə axşamı günü, 12 noyabr 2026
     

Erməni mətbuatı Rusiya-Ukrayna savaşında da Paşinyanı suçladı…

Image


Azərbaycan Ordusunun hər hansı fəaliyyəti bu gün Ermənistanda, Qarabağda qalan ermənilər arasında böyük dəhşət və qorxu ilə qarşılanır. Hətta ordumuzda hər hansı bölmənin adi yerdəyişməsi belə erməniləri çox qorxudur. Elə bunun nəticəsidir ki, indi ermənilər Qarabağda vəziyyətin “gərginləşdiyini” iddia edir.

Erməni tərəfinin məlumatına əsasən, səbəb də odur ki, Qarabağda, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Azərbaycan silahlı qüvvələri “təmas xəttini keçib”, bir erməni hərbçisi yaralanıb. Ancaq Azərbaycan Müdafiə Nazirliyi ordumuzun atəş açmadığını bildirib. 

Qurumdan bildirilib ki, Azərbaycan Ordusu bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribatşı və çaşdırıcı məqsəd daşıyır. Ekspertlər isə qeyd edir ki, bir müddətdir, Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağı iddia olunur. Hərbi ekspertlər bunun antiterror əməliyyatı ola biləcəyinə işarə edib. Bundan əvvəl Prezident İlham Əliyev 10 noyabr üçtərəfıi razılaşmasını xatırladaraq, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdən erməni silahlılarının hələ də çıxarılmamasından narazılığını bildirmişdi. Ermənistan bundan sonra bəyan edib ki, öz qoşunlarını Qarabağdan çıxaracaq və bu proses sentyabra qədər başa çatacaq. Ermənistan onu da bildirib ki, Qarabağ onlar üçün ərazi məsələsi deyil, hüquqi məsələdir. Azərbaycan isə məsələnin yenidən uzanmasına qarşıdır. Elə bu günlərdə müdafiə naziri Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində nazirliyin yüksək rütbəli işçiləri və ordu komandanlığı ilə geniş tərkibli xidməti müşavirə keçirib. Nazir Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edib və qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Bunun ardınca Müdafiə Nazirliyi bildirib ki, sosial mediada “Vətən müharibəsi və təlimlər zamanı” Azərbaycan ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər “yeni məlumat kimi” paylaşılır və bundan çəkinməyə çağırıb. Qurum bildirib ki, xidməti fəaliyyətlə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir. İndi isə Qarabağda “gərginlik” yaşanması ilə bağlı məlumatların yayıldığı bir vaxtda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb. Azərbaycan XİN-in məlumatına görə, nazir Ceyhun Bayramov erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun qəbuledilməzliyini bildirib. Ermənistan XİN-in yaydığı xəbərdə deyilir ki, telefon danışığı zamanı tərəflər  regionda mövcud təhlükəsizlik mühiti ilə bağlı fikir mübadiləsi aparıblar.

Bunlar fonunda “Qraparak” nəşri yazır ki, Azərbaycan Qarabağda hər hansı əməliyyata başlasa, buna ABŞ və digərləri, o cümlədən Rusiya etiraz etməyəcək. Qeyd edilir ki, 2020-ci il 10 noyabr bəyanatı da buna imkan yaradır: “Azərbaycan o sənədi ona görə imzaladı ki, artıq bir çox əraziyə nəzarəti ələ almışdı. Bu, Rusiyaya da sərfəli idi, çünki nəticədə Qəbələ RLS-i itirdikdən sonra Azərbaycanda hərbi kontingent saxlaya bilməyən Rusiya Qarabağda sülməramlı qüvvələrini yerləşdirdi. Qarabağ məsələsi Rusiyanın Azərbaycanla münasibətlərində faktor olmaqdan çıxdı. Bu isə o deməkdir ki, Ermənistan Rusiya-Azərbaycan münasibətlərində mühüm aktor olmaqdan çıxıb. 44 günlük müharibədən sonra Rusiya Qarabağ danışıqlarının oyun kartından istifadə etmədən Azərbaycanla problemləri öz adından müzakirə etməyə başladı. Rusiya elan edilmiş 5 illik müddət bitdikdən sonra qoşunlarını Qarabağdan çıxarmalı olsa, Putinin planı necə olacaq? Bu barədə narahat olmağa dəyməz. Birincisi ona görə ki, bu, Rusiyanın problemidir, sonra isə bu, Paşinyanın fəaliyyəti nəticəsində Azərbaycanın daxili işidir, Azərbaycanın daxili işlərinə qarışmağa haqqımız yoxdur. Onu da deyim ki, Rusiya ordusu bu gün Qarabağdadır və açıqlanan məqsədlə deyil. Super güclər belə xırda məsələlərlə məşğul olmurlar. Onların planları adətən kiçik ölkələrin hesablamasından gec bəlli olur. Kiçik ölkələr bəzən başlarına gələnləri belə başa düşmürlər və yalnız hər şey bitəndən sonra özlərinə gəlirlər. Gürcüstan, Ukrayna və Ermənistan buna əyani sübutdur. Gürcüstan bilsəydi ki, Rusiya hərbi bazası Axalkalakidən çıxarılandan sonra onların başına nə gələcək, qətiliklə bu addımı atmazdı. Bundan ruhlanan gürcülər Abxaziya və Cənubi Osetiyanı itirdilər. Ukraynada “Maydan”dan sonra onların başına nə gələcəyini bilsəydilər, Yanukoviçlə yaxşı dolanardılar və bu gün eyni kökdən olan Ukrayna və rus xalqları arasında Krım və ya Donbas məsələsi olmazdı. Amma  hər kəsin, o cümlədən supergüclərin də səhv etmək hüququ var. Paşinyan məsələsində hamı yanılırdı. Paşinyan qlobal səhvin nəticəsidir və onun hamının başına əsl bəlaya çevrilməsinin səbəbi budur. Supergüclərin heç biri öz səhvini etiraf etmək istəmir, Paşinyan da bundan istifadə edir. 44 günlük müharibədən sonra vəzifəsini davam etdirməməli, kamerasında milçəkləri saymalı idi. O, 44 günlük müharibəni qızışdırmaqla ABŞ, Böyük Britaniya, Türkiyə, Aİ-dən tutmuş Rusiya, İran və Çinə kimi hamının planlarını alt-üst etdi. Paşinyan, iradəsindən asılı olmayaraq, Qərbin Mərkəzi Asiyanın enerji daşıyıcılarını ələ keçirməklə bağlı uzunmüddətli planlarını alt-üst etdi, Rusiya qoşunlarının Azərbaycana yeridilməsinə, ikinci Rusiya-Ukrayna müharibəsinə səbəb oldu. Bütün bunlara nə Qərb, nə də Rusiya hazır idi. Dünya əhalisinin yarısı aclıq təhlükəsi ilə üz-üzədir, bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb, onu aradan qaldırmağa çalışırlar. Bütün bunlarda bizim üçün ən vacib olan budur: bu böyük döyüşün nədən ibarət olduğu heç kimin vecinə deyil. Fövqəldövlətlər bu suala cavab tapa bilmirlər, lakin Nikolla bəzi razılaşmalar sayəsində bu mühüm regionda öz mövqelərini möhkəmləndirmək ümidlərini hələ də saxlayırlar. Bir sözlə, Nikolun dəyişməsinə, Ermənistanın suverenliyini bərpa etməyə vaxt yoxdur”. Bildirilir ki, bu vəziyyətdən məharətlə istifadə edən Azərbaycan həm Qarabağda tam nəzarəti ələ keçirəcək, həm də rus sülhməramlləlarını 2025-ci ildə buradan çıxaracaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ