Cümə günü, 13 noyabr 2026
     

Ukrayna savaşı yeni dünya müharibəsinə çevrilir...

Image


Ukraynada müharibənin nə zaman sonlanacağı ilə bağlı indi ən müxtəlif proqnozlar verilməkdədir. Lakin əsas qənaət bundan ibarətdir ki, savaş yaxın tezlikdə başa çatmayacaq və onun miqyasının daha da genişlənməsi qaçılmaz olacaq.

ABŞ rəsmilərinin bu xüsusda açıqlamalarından sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynadakı münaqişənin həlli illər çəkə bilər. Almaniyanın “Bild” nəşrinə müsahibəsində Yens Stoltenberq qeyd edib: “Ukraynadakı hərbi münaqişənin nə qədər davam edəcəyini heç kim bilmir, lakin NATO uzun sürən müharibə qarşısında Kiyevə kömək etməyə hazır olmalıdır. Biz hazır olmalıyıq ki, bu, illər çəkə bilər. Xərclərin yüksək olmasına baxmayaraq, biz Ukraynaya dəstəyimizdən vaz keçməməliyik – təkcə hərbi yardım üçün deyil, həm də enerji və ərzaq qiymətlərinin artması səbəbindən”. Stoltenberqin fikrincə, müasir silahların Kiyevə tədarükü Ukraynanın Donbasa nəzarəti bərpa etmək şansını artıra bilər. Baş katib bir daha vurğulayıb ki, NATO Ukraynanı müdafiədə dəstəkləməyə davam edəcək, lakin alyans münaqişənin tərəfi deyil: “Biz ölkəyə kömək edirik, lakin NATO əsgərlərini Ukraynaya göndərmək fikrində deyilik”. Onun sözlərinə əsasən, NATO Rusiya prezidenti Vladimir Putinə nüvə müharibəsinə başlamamaqla bağlı xəbərdarlıq da edib: "Rusiyanın nüvə qüvvələrinin daha yüksək hazırlıq səviyyəsini görmürük. Bununla belə, Rusiya tərəfindən nüvə silahlarının cingildədilməsi təhlükəli və məsuliyyətsiz hərəkətdir. Putin bilməlidir ki, nüvə müharibəsində qalib gələ bilməz və heç vaxt bu müharibə aparıla bilməz. Rusiyaya açıq mesajımız budur:  NATO bütün üzv dövlətləri müdafiə edir”. NATO baş katibi bir daha qeyd edib ki, Ukraynada müharibə illərlə uzana bilər, buna görə də ona dəstək dayandırıla bilməz. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson da “The Sunday Times” qəzetindəki şənbə günü məqaləsində Ukraynadakı münaqişənin illərlə uzana biləcəyini istisna etməyib. Lakin Britaniya hökuməti başçısının vurğuladığına görə, Qərb Kiyevə dəstəyi dayandırmamalıdır: “Ukraynadakı münaqişə illərlə uzana bilər, lakin Qərbin Kiyevi dəstəkləmək əzmi zəifləməməlidir”. Britaniya hökuməti başçısının fikrincə, Rusiya hakimiyyəti “taqətdən salma kampaniyasına” əl atdığı üçün Qərb uzun müharibəyə hazır olmalıdır: “Böyük Britaniya və bizim dostlarımız olaylara Ukraynanın vəziyyətdən çıxmaq və zamanla qalib gəlmək üçün strateji gücə malik olacağına zəmanət verməklə cavab verməlidirlər”. Eyni zamanda o, Qərb dövlətlərinin Ukraynanı dəstəkləmə yollarından danışaraq, ölkənin dağılmış infrastrukturunun bərpası üzrə layihələrdə iştiraka diqqət çəkib: “Biz Ukrayna dövlətinin canlılığını saxlamalıyıq. Zelenski hökuməti maaşları ödəməli, məktəbləri saxlamalı, humanitar yardım çatdırmalı və mümkün olan yerlərdə yenidənqurma işlərinə başlamalıdır. Bunun üçün davamlı maliyyə və texniki yardım tələb olunacaq ki, biz bunu bir neçə il qabaqcadan planlaşdırmalıyıq”. Bu fonda Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Patrik Sanders ingilis qoşunlarının növbəti dəfə Avropada döyüşməyə hazır olmasını vacib sayıb. Baş Qərargah rəisi postunda Mark Karleton Smiti əvəzləyən Patrik Sanders əsgərlərə Ukraynadakı müharibə fonunda yeni çağırışların yarandığını bildirib. Patrik Sanders deyib ki, indi güclü ordu yaratmaq və müttəfiqlərlə birgə Rusiyaya qarşı döyüşərək qalib gəlməyə böyük tələbat var: “Bizim nəsil ordunu yenidən Avropada döyüşmək üçün hazırlamalıdır. Mən 1941-ci ildən sonra Avropada dövlətlərin iştirakı ilə müharibənin fonunda orduya komandanlığı qəbul edən ilk Baş Qərargah rəisiyəm. Rusiyanın Ukraynaya hücumu bizim qarşımızda məqsəd qoyur ki, Böyük Britaniyanı müdafiə edək, gələcəkdə döyüşməyə və quruda qalib gəlməyə hazır olaq”. Elə ABŞ prezidenti Cozef Bayden də qeyd edir ki, Vladimir Putin yalnız Ukrayna ilə kifayətlənməyi planlaşdırmır. Onun sözlərinə görə, siyasi risqə və ABŞ iqtisadiyyatına zərbəyə baxmayaraq, Amerika Rusiyanın Ukrayna ərazisinə təcavüzünə qarşı çıxış etməli idi: “Heç bir iş görülməsəydi, daha pis olardı. Əgər o, Ukraynaya müdaxilə edib onu Belarus kimi nəzarət altına alsaydı, NATO üçün təhlükə yaranardı. Belədə hər şey bizim üçün daha pis ola bilərdi”. Bayden deyib ki, Rusiya hərbi təcavüzü Avropanı xaosla təhdid edərdi: “Siz artıq onların Belarusda etdiklərini görmüsünüz. Qonşu ölkələrlə nə baş verərdi? Diqqət edin, Polşa, Çexiya və NATO-ya üzv başqa dövlətlərin başına nələr gələrdi. Yeri gəlmişkən, Vladimir Putin bunların başlanması səbəblərindən birini deyib, o, Ukraynanın NATO-ya üzv olmasını istəmirdi. O, NATO-nun Finlandiyalaşmasını istəyirdi. Ancaq Finlandiyanın NATO-laşmasına gətirib çıxardı”. Rusiyalı senator Olqa Kovitidi isə bunları təsadüf hesab etmir. O bildirir ki, ABŞ-ın dəstəyi ilə  Böyük Britaniya keçmiş tərəfdaşlarından imtina edərək Avropada imperiya planlarını həyata keçirmək niyyətindədir: "Biz başa düşürük ki, Böyük Britaniya London, Varşava və Kiyev arasında yeni üçtərəfli ittifaq yaradır. Aydındır ki, Ukrayna bu böyük geosiyasi intriqada qanlı yem rolu alıb. Təsadüfi deyil ki, bütün bəyanatlar Ukraynada uzun, çoxillik müharibəyə istiqamətlənib”. Hələlik isə ABŞ və Qərb dövlətləri İkinci Dünya müharibəsindən sonra ilk dəfədr ki, bir cəbhədə, indiki şəraitdə Ukraynaya münasibətdə belə həmrəylik nümayiş etdirirlər. Hadisələr göstərir ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə edənlərin sayı çoxdur. Daha doğrusu bu müharibədə heç bir dövlət Rusiyaya haqq qazandırmır. Onun müttəfiqləri sayılan Çin və İran belə NATO-nu, Qərbi vəziyyətin bu yerə gəlib çatmasında qınasalar da, Rusiyanın haqlı müharibə apardığını açıq-aşkar bəyan etməyiblər. Bu fonda ABŞ və NATO-nun müttəfiq qüvvələrinin keçmiş baş komandanı Uesli Klarkın sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün NATO qüvvələrinin birbaşa müdaxiləsi lazımdır: “NATO-nun birbaşa hücumu olmadığı təqdirdə heç nə əldə edilməyəcək. Artıq öyrəndiyimiz dərslərə qayıtmağın vaxtıdır. NATO müdaxilə etməlidir. Gəlin bunu rəsmiləşdirək və ruslara atəşi dayandırmağı əmr edək. NATO müdaxiləsi olmadan müharibə dayandırıla bilməz”. Bu halda Ukrayna savaşının yeni dünya müharibəsinə çevrilməsi qaçılmaz olacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ