Cümə günü, 13 noyabr 2026
     

Laçın dəhlizinə çəkilən alternativ yol Ermənistanda daha böyük çaxnaşma yaratdı...

Image


Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir. Eyni sözləri Laçın şəhərinə daxil olmadan çəkilən yeni avtomobil yolu barəsində də demək mümkündür.

Xatırladaq ki, Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan 10 noyabr birgə bəyanatının 6-cı maddəsində Laçın dəhlizinə alternativ yolun çəkilməsi ehtiva edilib. Həmin bənddə qeyd edilir ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan yolu nəzərdə tutulandan daha tez inşa edir və onun gələn ay istifadəyə verilməsi gözlənilir. Alternativ yol Ermənistanın Qərbi Zəngəzurdakı Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux kəndi yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndiyə çatacaq. Ermənistanın “yerkir.am” nəşrinə istinadən “ordu.az” portalı yazır ki, alternativ yolun çəkilməsi ilə Laçın şəhəri və ona bitişik yaşayış məntəqələri yaxın gələcəkdə Azərbaycanın nəzarətinə keçəcək: “Qeyri-rəsmi məlumata görə, 2022-ci ilin iyulun 1-də İlham Əliyev Laçında bayraq qaldıraraq şəhərin tam işğaldan azad edildiyini elan edəcək. Tikilməkdə olan yeni yol həmin gün hazır olmayacağından, ola bilsin ki, Azərbaycan tikilməkdə olan yol istifadəyə verilənə qədər Ermənistanla Qarabağ arasında quru əlaqənin müvəqqəti olaraq öz ərazisi vasitəsilə qurulmasına icazə verəcək. Yeni yolun tikintisi noyabrın 10-da üçtərəfli elanda təsbit olunmuş layihə kimi təqdim edilir. Bəyanatın 6-cı bəndində deyilir ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Belə çıxır ki, Laçın dəhlizi ilə yeni marşrutun çəkilişi üçtərəfli bəyanatda həll olunub”. Bununla yanaşı qeyd edilir ki, hazırda tikilməkdə olan Kornidzor-Kiçik Qaladərəsi yolu Laçın dəhlizindən kənardadır: “Görünür bu, şifahi razılaşmalar əsasında əldə edilib. Aydındır ki, Azərbaycan Laçın və ona bitişik yaşayış məntəqələrini azad etmək üçün Ermənistan tərəfdən “dəmir” zəmanət almasaydı, nə Zabux çayının vadisinə, nə də Kiçik Qaladərəsi və Ulu Qarabəyin meşəlik hissələrinə bir dənə də ekskavator daxil olmazdı. Ermənistan hökuməti aşağıdakı arqumentləri mediaya ötürür: təklif olunan yol indiki ilə müqayisədə strateji cəhətdən daha sərfəlidir; Laçında Rusiya sülhməramlı qüvvələrinin olması çox qeyri-kafidir, onlar Azərbaycanın təzyiqinə tab gətirə bilmir; Rusiya sülhməramlıları fürsətdən istifadə etmək, yaşayış məntəqələrinin metalını satmaq və sair istəyirlər ki, bunun üçün Laçının təslim olmasında maraqlıdırlar;
Azərbaycan tərəfi Laçın və yaxınlıqdakı yaşayış məntəqələrinin erməni sakinlərindən əraziləri tərk etməyi tələb etmir. Sonuncular Azərbaycan vətəndaşlığını qəbul edib öz evlərində yaşamağa davam edə bilərlər. Laçından maksimum qurtulmaq və ya lazımsız başağrısı olmadan təhvil vermək üçün belə fikirlər tirajlanır. Üçtərəfli bəyanatın müddəasını pozan Rusiya hakimiyyətinin yeni yolun dəhliz məntiqi ilə işləyəcəyi barədə dəqiq cavabı yoxdur. Laçının verilməsi ilə Gorus rayonunun Tex kəndinin əkin sahələri və otlaq sahələri də hədəfə alınır. Beləliklə, vəziyyət kökündən dəyişir. Həmin ərazilərdə GPS nişanlarını rəhbər tutaraq Azərbaycan Silahlı Qüvvələri noyabrın 10-dan sonra həmin yerdən bir qədər də uzaqda, daha dəqiq desək, Ermənistan nəzarət-buraxılış məntəqəsinin yerləşdiyi yerdə yerləşdiriləcək. GPS sistemi ilə sərhəddə yerli erməni nəzarət-buraxılış məntəqəsinin yerləşməsi “təsadüfi deyil”, güman etmək olar ki, Ermənistan hakimiyyəti noyabrın 9-dan Laçın təhvil vermək niyyətində idi, bununla bağlı onların gizli “şifahi” razılaşmaları var idi. Qarabağdakı ermənilər üçün Laçının azad edilməsi  geridönməz nəticələrə malikdir. Onlar üçün həyati əhəmiyyət kəsb edən qaz kəməri, elektrik xətləri, telefon xətləri, internet bağlantısı və sair Laçın vasitəsilə çəkilir. Hazırda bu suallara dəqiq cavab yoxdur: bu kanalların taleyi necə olacaq? Onlar Azərbaycanın nəzarəti altında qalacaq? Belədirsə, Ermənistan onların fasiləsiz fəaliyyətini necə təsəvvür edir?  İlkin nəticə belədir: infrastrukturları ilə bir şəhər, bir çox qiymətli abidələr, iki su elektrik stansiyası, Aşağı Sus kəndi, infrastrukturu ilə Zabux kəndi, Qarabağ üçün həyati borular, il boyu işləyən abad və rahat magistral yol qarşı tərəfə verilir. Bu natamam siyahı üçün tələsik tikilmiş bir yol əldə edirik. Laçının bitişik yaşayış məntəqələrinin hansısa şübhəli yolun müqabilində rəqibə verilməsi Qarabağın tamamilə Azərbaycana verilməsi əməliyyatının növbəti həlledici mərhələsindən başqa bir şey deyil. Növbəti addım Kornidzor yaxınlığında yeni salınmış yolda Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsi ola bilər, onun dağıdıcı nəticələri Paşinyan hökuməti tərəfindən Qarbağın təhvil verilməsi prosesini başa çatdıracaq”. Ermənistan müxalifəti baş verənlərdən baş nazir Nikol Paşinyana qarşı ittihamlar irəli sürmək üçün istifadə edir. “Hayastan” blokunun deputatı İşxan Saqatelyan Paşinyanı İlham Əliyevin tapşırığını yerinə yetirməkdə suçlayıb: “Azərbaycan tərəfinin çəkdiyi alternativ yol hazır olandan sonra Ermənistan Laçına çıxışı itirəcək, eyni zamanda, Xankəndiyə çıxış dolama yollarla olacaq. Bu o deməkdir ki, ermənilər tamamilə Azərbaycandan asılı duruma düşəcək və onların Qarabağdan çıxarılması prosesi başlanacaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ