Cümə günü, 13 noyabr 2026
     

Ermənistana Qərb sanksiyalarının tətbiqi aktuallaşdı

Image


Artıq dünya miqyasında məlumdur ki, Ermənistan Ukraynada Rusiya işğalına dəstək verir. Rəsmi İrəvan bir müddət əvvəl döyüş təyinatlı hərbi təyyarələrini və pilotlarını Rusiya ordusuna təslim edib. Belə ki, 4 “Su-30” tipli döyüş təyyarəsi Ermənistan aeroportundan Ukraynada istifadə üçün Rusiyaya göndərilib.

ABŞ-ın "The Wall Street Journal" nəşri isə qeyd edir ki, indi də Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir. Nəşr qeyd edib ki, Ukrayna artıq aylardır, Qərbdəki müttəfiqlərinə əlavə silah üçün çağırış edir: “Tədarük baş tutur, lakin əvvəlcə bu, əsasən müdafiə silahlarından ibarət idi, indi isə Ukrayna Ordusu öz mövqelərini daim atəşə tutan Rusiya qoşunlarına qarşı durmaq üçün uzaqmənzilli artilleriyaya ehtiyac duyduqda haubitsa və reaktiv yaylım atəş sistemləri (RYAS) yetərsiz sayda və çox ləng gəlir. Üstəlik, qoşunları daim döyüş sursatı ilə təmin etmək lazımdır. Bu səbəbdən Ukrayna dünya bazarında da silah almağa çalışır. Söhbət əsasən sovet, həm də qismən Ukrayna ordusunun ümumilikdə təchiz edildiyi Rusiya istehsalı olan silahlardan gedir. Bu məqamda alıcı tərəf olan Ukrayna döyüş meydanında üzləşdiyi rəqiblə - Rusiya ilə qarşılaşır. O da həmçinin tükənən silah-sursatı doldurmalıdır. Danışıqlar prosesi ilə tanış olan ukraynalı deputatın sözlərinə görə, Ukraynaya işləyən çexiyalı və polşalı brokerlər bolqarıstanlı tədarükçü ilə zirehli maşın və artilleriya mərmilərinin satın alınması ilə bağlı az qala razılığa gəlirdilər ki, Ermənistandan olan bir qrup alıcı 1,5 dəfə daha çox pul təklif edərək müqaviləni qazanıb: “Biz tamamilə əminik ki, bu silah Ermənistana getməyəcək, ancaq yəqin ki, Rusiyaya göndəriləcək. Onlar bizim nəyi və harada axtardığımızı bilirlər”. Dünya bazarında işləyən brokerlərin fikrincə, Rusiya təkcə qiymətləri qaldırmağa çalışmır, həm də döyüş sistemləri ilə silahlanmış ölkələri onlara texniki qulluq üzrə komponentlər və xidmətlər təqdim etməyi dayandırmaqla hədələyir”. Silahların satın alınması prosesində iştirak edən digər ukraynalı deputat "report" portalının məlumatına əsasən bildirib ki, bir sıra hallarda silah satıcıları ilə danışıqlar apararkən bəzən nəyin baş verdiyini anlaya bilmirsən: "Bu sabotajdır, başqa adı yoxdur".

May ayında Vaşinqtonda keçirdiyi brifinqdə Böyük Britaniyanın müdafiə naziri Ben Vollis bildirib ki, birləşmiş krallıq və ABŞ 23 ölkədən Rusiya istehsalı olan atıcı silah və hərbi texnikanı alıb və Ukraynaya ötürmək üçün vəziyyəti öyrənirlər: "Yardımımızın yarısı bundan ibarətdir: onu haradan tapa bilərik? Bəzən biz eyni ölkələrdə rusiyalılara rast gəlirik ki, onlar da öz ordusunu təchiz etmək üçün eyni növ silah axtarırlar, çünki onlar tez tükənir". “The Wall Street Journal” isə qeyd edib ki, bəzən ukraynalı alıcılar və onlara kömək edən ABŞ və Böyük Britaniya hökumətlərinin nümayəndələri müqavilələrin bağlanmasında gecikir və ya proses pozulub. Qəzetin ikinci həmsöhbəti olan deputat bunu onunla izah edir ki, Rusiya xüsusi xidmət orqanları bu işlərdə səmərəli fəaliyyət göstərib, Ukrayna və onun müttəfiqlərinin kəşfiyyat xidmətləri isə bunu etməyib. “The Wall Street Journal” qeyd edib ki, Rusiya və sovet istehsalı olan silahlar tez-tez bir çox Qərb ölkələrində qeydiyyatdan keçən vasitəçi şirkətlər tərəfindən alver obyektinə çevrilir: “Şirkət nümayəndələrinin fikrincə, əvvəllər Rusiya öz silahlarının onlar tərəfindən satışına etiraz etmir və hətta onları həvəsləndirirdi, çünki bu, məhsullarının yayılmasına yol açırdı. Üstəlik, Ukraynanın özü uzun illər sovet istehsalı olan hərbi texnika və komponentləri brokerlərə və başqa ölkələrə satırdı. Ukrayna və Rusiyada fəaliyyət göstərmiş amerikalı hərbi məsləhətçi Ruben Conson bildirib: “Onlar (Rusiya) heç vaxt heç bir səbəbə görə buna qarşı çıxmayıblar. İndi isə rusiyalılar məsələyə qarışır və bəyan edirlər: "Gözləyin görüm, bu artıq bizim xoşumuza gəlmir”. Hazırda özəl sektorda işləyən sabiq hərbi məmur Rusiyanın brokerlərə Ukraynaya silah göndərməsinə əngəl olduğunu nəşrə təsdiqləyib: “Biz bu tipli bəyanatlarla qarşılaşmağa başladıq: “Ukrayna üçün bunları almağa davam etsəniz, sizinlə bir də heç vaxt iş aparmayacağıq. Biz sizə qarşı sanksiya tətbiq edəcəyik”.

Qeyd edək ki, Rusiya Ukraynanı işğal etdiyi üçün indiyə qədər görünməmiş iqtisadi sanksiyalara məruz qalıb. Qərb ölkələri tərəfindən təcrid edilib. Çinə Rusiya ordusuna sursat göndərildiyi təqdirdə “nəticələri ilə razılaşacaqları” barədə xəbərdarlıq olunub. Hazırda Rusiyaya dəstək verən Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi və ya xəbərdarlıq olunub-olunmayacağı maraq doğurur. Hesab edilir ki, əslində Ermənistana qarşı da sanksiyaların işə salınmasına ehtiyac var. Bu, ən azından, Ukraynaya səmərəli kömək üçün Qərbin özünə lazımdır. O da nəzərə alınmalıdır ki, Ermənistan eyni zamanda suriyalı döyüşçülərin Ukraynaya göndərilməsində də öndə gedir. Muzdlu döyüşçülər Ermənistandakı Erebuni hava bazasında toplaşaraq oradan Rusiya Federasiyasının Şimali Osetiya Respublikasındakı Mozdok şəhərinə yola düşür. Oradan da Rusiya əsgərləri ilə birlikdə Ukraynaya göndərilir. Qərb bunu da nəzərə almalı, Ermənistana qarşı müvafiq addımlar atmalıdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ