Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan enerji probleminin çözümündə Avropanın əsas ümid yerinə çevrilir

Image


IX Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr, səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Avropada Azərbaycanın enerji resurslarına, o cümlədən təbii qaza tələb sürətlə artır. Bu məsələ Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi ilə SOCAR rəsmilərinin görüşündə də xüsusi diqqət mərkəzində yer alıb. Oliver Varhelyi məsələ ilə bağlı bildirir: “Qaz təchizatı marşrutlarımızın şaxələndirilməsini genişləndirmək üçün fərqli mənbələrdən Avropaya daha çox qaz gətirilməsi ilə bağlı müzakirələr apardıq”.

Albaniya prezidenti İlir Meta bunları təsadüf hesab etmir. Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinin təmin edilməsinə mühüm töhfə verir: “İndi “Transadriatik” boru kəmərinin (TAP) genişləndirilməsinə ümidvarıq və bu, Avropaya qaz nəqlinin artırılmasına kömək edəcək. Ukraynadakı müharibənin 2023-cü ildə ərzaq qıtlığına səbəb olacağını gözləyirik. Üstəlik, enerji təhlükəsizliyi də təhdid altındadır”. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid də  vurğulayır ki, ölkəsi Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir. O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır: “Xüsusilə Avropanın enerji təhlükəsizliyində “Cənub Qaz Dəhlizi”nin rolunu vurğulamaq istərdim”. Rumıniya baş nazirinin sabiq müavini Ana Birçal da məsələyə eyni mövqedən yanaşır: “Regionun enerji təhlükəsizliyinin təmin olunmasına görə prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”. “Cənub Qaz Dəhlizi”nin strateji layihə olduğunu deyən baş nazirin sabiq müavini enerji sahəsində əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirib.

Latviyanın sabiq prezidenti Valdis Zatlers də vurğulayır ki, Azərbaycan enerji daşıyıcılarının tədarükü məsələsində Avropanın vacib və etibarlı tərəfdaşıdır. O bildirib ki, bu məsələdə Azərbaycanın rolu qarşıdakı illərdə artmaqda davam edəcək, belə ki, Rusiya neftindən və qazından imtina reallığa çevriləcək. Bununla əlaqədar Zatlers Avropa ölkələrinin Azərbaycandan enerji daşıyıcılarının tədarük həcmlərinin artırılmasında maraqlı olduğunu vurğulayıb: “Avropa İttifaqı vacib və etibarlı tərəfdaşdır. Tədarüklə bağlı uzunmüddətli müqavilənin imzalanması Azərbaycan üçün faydalı olacaq”. Rumıniyanın keçmiş baş naziri Petre Roman isə bildiri ki, Azərbaycan bu gün enerji məsələsində Avropa üçün həll yoludur. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edərək enerji resurslarının hasilatını və təchizatını artıra bilər. O, Azərbaycanın neft-qaz gəlirlərindən ölkənin inkişafı üçün necə rasional şəkildə istifadə edə bilməsinə heyran qaldığını deyib: “Azərbaycanda bu konsepsiyadan mükəmməl şəkildə istifadə olunub və prezident İlham Əliyev bu konsepsiyanı davam etdirir”. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın sözlərinə görə, hazırda Ukraynada davam edən müharibəni nəzərə alsaq, Azərbaycanın nəql etdiyi neft və qaz çox böyük əhəmiyyət kəsb edir: “IX Qlobal Bakı Forumunda biz Ukraynadakı vəziyyəti və bu ölkəyə müdaxilənin fəsadlarını da müzakirə etdik. Azərbaycanın nəql etdiyi enerji resursları – neft və qaz çox böyük əhəmiyyət kəsb edir və bundan sonra da edəcək. Bundan başqa, perspektivlər də öyrənilməlidir. Azərbaycan prezidenti İlham Əliyevin bu gün təkcə neft və qaz haqqında deyil, həm də hidrogen, günəş və külək enerjisi, bu sahələrin potensialı haqqında danışması vacib məqamdır”. İndilikdə Rusiya-Ukrayna arasında davam edən müharibənin enerji bazarlarına təsiri hər keçən gün özünü daha qabarıq şəkildə büruzə verməkdədir. İlk növbədə məhz bu müharibə səbəbindən dünya bazarlarında enerji resurslarının qiyməti yüksək həddə qalmaqda davam edir. Dünyanın əksər araşdırma mərkəzlərinin gəldiyi qənaətə əsasən, müharibə uzanarsa, enerji resurslarının, ilk növbədə təbii qazın qiymət artımı davam edəcək. Bütün bunlar Rusiya qazının ən böyük istehlakçısı olan Avropa ölkələrində ciddi narahatlıq yaradır, onların alternativ mənbələrdən təbii qaz idxalına daha çox diqqət yetirmələri ilə müşayiət edilir. Bu müstəvidə Avropa İttifaqı,  ayrı-ayrı Avropa ölkələrinin Azərbaycanla təmasları daha da sıxlaşmaqdadır. Öz növbəsində, Azərbaycanın Avropaya nəql etdiyi qazın həcmi artır. Qarşıdakı dövr ərzində Azərbaycan Avropaya daha çox həcmdə təbii qaz nəqlinə hazırdır. Bu kontekstdə bir sıra Avropa ölkələri enerji təhlükəsizliyini məhz Azərbaycanın hesabına təmin etmək niyyətində olduqlarını gizlətmir. Azərbaycanın  Yunanıstan, Albaniya, İtaliyaya, bir sıra Mərkəzi Avropa ölkələrinin təbii qaz təminatında rolu artır. Bundan başqa, Azərbaycan digər mənbələrdən də təbii qazın Avropaya nəqlində tranzit rol oynamağa hazırdır. Qeyd edilən fonda diqqət ona yönəldilir ki, ötən ilin dekabrında Azərbaycan Türkmənistanla təbii qaz mübadiləsinə dair saziş imzalayıb. Bu sazişə uyğun olaraq, Mərkəzi Asiya ölkəsi İranın şimal-şərqinə ildə 4 milyard kubmetrə qədər qaz verir,  İran isə ölkənin şimal-qərbindən Azərbaycana eyni həcmdə qaz ötürür. Aparılan hesablamalar göstərir ki,  bu mübadilə sazişinin həcmi ilk mərhələdə ildə 6 milyard kubmetrə qədər artırıla və əlavə qaz Azərbaycan üzərindən Avropaya çatdırıla bilər. Sonrakı mərhələdə bu həcmin 20 milyard kubmetrə kimi artırlması mümkündür. Bu həcmdə qaz Avropanın “mavi yanacağa” olan tələbinin ödənilməsində zəruri əhəmiyyət kəsb edir. Bütün bunlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbycanın getdikcə daha mühüm tərəfdaşa çevrildiyini göstərir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ