Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan milli maraqları əsasında dünya birliyinə inteqrasiyasını sürətləndirir

Image


Müasir dünyada inteqrasiya və qloballaşma iqtisadi inkişaf üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Hazırda heç bir dövlət qarşılıqlı əməkdaşlıq əlaqələri qurmadan, başqalarından təcrid olunmuş vəziyyətdə nəinki inkişaf edə, heç mövcud ola bilməz.

İstənilən ölkənin fəaliyyətində digər dövlətlərlə iqtisadi və siyasi müstəvidə sıx qarşılıqlı əlaqələr mövcuddur.

  • Sərfəli inteqrasiya Azərbaycana əlavə üstünlüklər qazandırır

Real mənzərənin təhlili göstərir ki, ölkələr arasında tarixən qurulmuş və kifayət qədər güclü iqtisadi əlaqələrin olması inteqrasiyanın məqsədəuyğunluğunu müəyyən edən əsas faktorlardan biridir. XX əsrin sonu - XXI əsrin əvvəllərində inteqrasiyaya tələbatın daha da artması müşahidə edilir. Bu dövr Avropa İttifaqının, NATO-nun sürətlə genişlənməsi, Şimali və Cənubi Amerika, Cənub-Şərqi Asiya və Afrikada,  postsovet məkanında regional inteqrasiya əməkdaşlığının inkişafı ilə əlamətdar oldu. İnteqrasiya prosesində kəmiyyət dəyişiklikləri ilə yanaşı, ölkələrin biri-birinə yaxınlaşmasının şərtlərinin, prinsiplərinin, motivasiyasının və formalarının modifikasiyasına səbəb olan əhəmiyyətli keyfiyyət dəyişiklikləri də baş verdi. Bu dəyişikliklər beynəlxalq iqtisadi inteqrasiyanın inkişafında yeni meyillərin yaranmasına, əsasən də  inteqrasiyanın genişlənməsi və dərinləşməsi nəsəbəb oldu. Azərbaycan üçün də beynəlxalq inteqrasiya mühüm rol oynayır. İnteqrasiya qruplarında iştirak ölkəmizə bir sıra mühüm üstünlüklər verir, məsələn: müxtəlif resurslara, o cümlədən maliyyə, əmək, maddi, ən son texnologiyalara daha geniş çıxış imkanı qazanılır. Bununla yanaşı, daha geniş beynəlxalq inteqrasiya dünya bazarlarında əlverişli fəaliyyət imkanları qazandırır.  Eləcə də mürəkkəb sosial-iqtisadi, elmi-texniki, ekoloji və digər problemləri digər ölkələrlə birgə həll etmək baxımından da Azərbaycan əlavə üstünlüklər qazanır.

Bundan başqa, inteqrasiya, əməkdaşlıq istiqamətində vaxtında atılan addımlar bu gün Avropanın enerji bazarında Azərbaycanın mövqelərini daha güclü hala gətirməyə başlayıb. Məlumdur ki, Avropda təbii qazın qiyməti, bu sahədə etibarlı təminatın yaradılması məsələsi hazırda Qərb dünyasında ən aktual mövzulardan biridir. İndi Avropa üçün enerji sahəsində prioritetlərdən biri təchizat mənbələrindən daha böyük həcmdə qaz idxalına nail olmaqdır. Belə mənbələrdən biri qismində Avropa Azərbaycanı görür.  Bu mənada təsadüfi deyil ki, Azərbaycandan daha çox qaz almaq istəyən Avropa ölkələrinin sayı artır. Sözügedən məsələ Avropa rəsmilərinin Azərbaycanla dövlətinin müvafiq strukturları ilə danışıqlarında da  artıq xüsusi yer tutur. Azərbaycan müvafiq müqavilələr imzalandığı halda Avropaya daha böyük həcmdə təbii qaz nəql etməyə hazırdır. İndiki halda belə müqavilələr Avropanın enerji təhlükəsizliyi və sərfəli şərtlər əsasında “mavi yanacaq”la təminatı üçün müstəsna əhəmiyyət kəsb edir. O da nəzərə alınmalıdır ki, Azərbaycandan Avropaya uzanan  Cənub Qaz Dəhlizi kəməri ilə “mavi yanacaq” qəbul edən ölkələr   tarixlərində ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı qazanıblar. Burada söhbət yalnız marşrutun deyil, həm də mənbənin şaxələndirilməsindən gedir. Cənub Qaz Dəhlizinın reallaşması o dövrə təsadüf edir ki, Avropa İttifaqı və quruma üzv olmayan bəzi ölkələrdə təbii qaz hasilatının səviyyəsi azalır.  Halbuki qarşıdakı illər ərzində Avropa İttifaqına üzv ölkələrdə təbii qaza tələb səviyyəsi daha da artacaq. Bundan başqa, bəzi Avropa dövlətlərinin enerji strategiyasına dair qərarları bu tələb səviyyəsinin proqnozlaşdırıldığından daha çox olacağını gəstərir. Məhz bu səbəbdən Avropada Azərbaycan qazına tələbin də artması proqnozlaşdırılır.  Avropanın israrla Azərbaycanla enerji əməkdaşlığını dərinləşdirməsi isə ölkəmizin Qərb, o cümlədən Avropa İttifaqı ilə inteqrasiya və əməkdaşlıq üçün vaxtında atdığı addımlar sayəsində mümkün olub.

  • Beynəlxalq əməkdaşlıq Azərbaycanda demokratiyanın inkişafına, təhlükəsizliyin möhkəmlənməsinə müsbət töhfələrini verir

Daha bir ənəmli məqam bundan ibarətdir ki, postsosialist dövlətlərinin dünya birliyinə inteqrasiyası onların xarici siyasətini əhəmiyyətli dərəcədə dəyişdirib. Əsas etibarı ilə bu ölkələr üçün dövlətlərarası münasibətlərdə humanist, ümumi demokratik norma və prinsiplərin tanınmasına təkan verib. Azərbaycan da burada istisnalıq təşkil etmir.

Bu gün ölkəmizdə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının, beynəlxalq müqavilələrin daxili hüquqdan üstün olduğu qəbul edilir. Buna paralel şəkildə iqtisadi inteqrasiya dünya nizamının qorunub saxlanmasında, dövlətlər arasında münasibətlərdə sabitliyin bərqərar olunmasında böyük rol oynayır. Amma inteqrasiya fonunda Azərbaycan milli maraqlarından, suveren hüquqlarından da imtina etmir. Ölkəmizn yanaşmasəna əsasən, inteqrasiya bir sıra prinsiplərə əsaslanır. Bunlardan başlıca olanları aşağıdakılardır: 1) dövlətlərin öz təbii sərvətləri üzərində suverenliyi prinsipi. Hər bir dövlət, o cümlədən də Azərbaycan öz təbii sərvətləri üzərində sərəncam verməkdə sərbəstdir; 2) inteqrasiya əlaqələrinin formalarını seçmək azadlığı; 3) bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq, ayrı-seçkilik tədbirlərinin istisna edilməsi. Dünyaya bu şərtlər əsasında inteqrasiya hər bir ölkə üçün müstəsna əhəmiyyət kəsb edir.

İnteqrasiya, qarşılıqlı əməkdaşlıq hər bir ölkə kimi Azərbaycanın müdafiə və təhlükəsizliyi üçün də mühüm əhəmiyyət kəsb edir. Bunun faktiki təzahürü kimi qardaş Türkiyə ilə inteqrasiyanı, bir ili tamam olan Şuşa Bəyannaməsini göstərmək olar. Şuşa Bəyannaməsi böyük strateji əhəmiyyətə malik sənəddir. Bəyannamə tarixi önəm daşımaqla ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini müəyyənləşdirir və bütün müstəvilərdə davamlı inkişafı təmin edir. Həmçinin Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Bu Bəyannamə ilə rəsmən müttəfiqlik zirvəsinə ucalan əlaqələrimiz siyasət və beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Burada əsas məqsəd ümumi maraqların müdafiəsi, bölgədə sülhün və təhlükəsizliyin qorunması, tərəflərin imkanlarının birləşdirilməsi, regional və qlobal əhəmiyyət daşıyan strateji məsələlərdə qarşılıqlı, vahid şəkildə fəaliyyət göstərməkdir. Beləliklə də  Bakı-Ankara cütlüyünün bu mühüm addımı təbii ki, bölgədə sülhə, əminamanlığa və sabitliyə nail olma məqsədini qarşıya qoyur və indi digər ölkələr də öz maraqlarını bu əsasda uzlaşdırırlar. Azərbaycanla Türkiyə arasında imzalanan bu bəyannamə iki qardaş ölkənin milli təhlükəsizliyinə bir zəmanətdir. Eyni zamanda bu sənəd iki ölkənin inteqrasiyası sahəsində uğur nümunəsi də hesab edilir. Bütün bunlar Azərbaycanın inteqrasiya sahəsində uğurlu siyasət həyata keçirdiyinin də konkret sübutudur.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ