Cümə günü, 13 noyabr 2026
     

Paşinyan narazı generalları həbsə göndərir, ordu tam neytrallaşdırılır

Image


Məlum olduğu kimi, Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların təşəbbüsü ilə 2020-ci ilin 44 günlük müharibəsini araşdırmaq üçün istintaq komissiyası yaradılıb. Bu vaxta qədər komissiyanın gərgin fəaliyyət göstərdiyi bildirilsə də, hələlik hansısa ciddi nəticə olmadığı da vurğulanır.

Belə bir vaxtda bəlli olub ki, Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasında parlamentin nizamnamə-qanununda dəyişiklik etmək məsələsini müzakirə edirlər. Ermənistanın “Qraparak” nəşri yazır ki, dəyişiklik həyata keçiriləcəyi halda 44 günlük müharibə ilə bağlı istintaq komissiyasına gəlmək dəvət olunanlar üçün məcburi olacaq: “Komissiyada anlayırlar ki, dəvət olunmuş keçmiş rəsmilər komissiyaya gəlməsələr, komissiyanın əhəmiyyəti olmayacaq. İlk imtina bu yaxınlarda komissiyanın sədri Andranik Köçəryanın dəvət göndərdiyi keçmiş xarici işlər naziri Vardan Oskanyandan alınıb. Oskanyan müzakirəyə getməmək qərarına gəldiyini açıqlayıb. O bildirib ki, komissiyanın məqsədlərinin səmimi və dürüst olduğuna əmin deyil. Hakimiyyət çoxlarının rədd cavabı verəcəyindən narahatdır, ona görə də komissiyanın qarşısına çıxmağı qanunla məcburi etmək istəyir”. Ermənistanın “Joxovurd” nəşri isə qeyd edir ki, İstintaq Komitəsinin Hərbi istintaq baş idarəsinin xüsusilə vacib işlərin araşdırılması şöbəsində diqqətçəkən vəziyyət yaranıb. Nəşr qeyd edir ki, ibtidai istintaq orqanı Ermənistan Silahlı Qüvvələrinin vəzifəli şəxslərini fəal şəkildə dindirməyə çağırır: “Bizə bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyan və Qarabağ “müdafiə ordusu”nun “keçmiş komandiri” Cəlal Harutyunyan, eləcə də Silahlı Qüvvələrin Baş Qərargahının digər keçmiş vəzifəli şəxsləri dindirilməyə çağırılıblar. Üstəlik, əldə etdiyimiz məlumata görə, ibtidai istintaq orqanı keçmiş müdafiə naziri Davit Tonoyanı da dindirilmə üçün “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsindən Hərbi istintaq baş idarəsinə köçürəcək. İbtidai istintaq orqanı onu müharibə nəticəsində başlanmış cinayət işləri çərçivəsində dindirəcək. Yeri gəlmişkən, məlumata görə, Cəlal Harutyunyan artıq təxminən 20 dəfə, Onik Qasparyan isə təxminən 10 dəfə dindirilməyə dəvət olunub. Yaxın gələcəkdə diqqətəlayiq ifşalar və həbslər gözlənilir”. Maraqlıdır ki, bunu “İravnuk” qəzeti də təsdiq edir. Qəzet yazır ki, Ermənistan parlamentinin İkinci Qarabağ müharibəsini araşdıran İstintaq Komissiyası son günlər fəal şəkildə şübhəliləri dindirməyə çağırır. Bu fonda Ermənistan Müdafiə Nazirliyində bəzi generalların həbsi gözlənilir: “Xüsusilə də keçmiş Baş Qərargah rəisi Artak Davtyana yaxın şəxslər Ermənistan hakimiyyətinin hədəfindədir”.

Ermənistanın “Past” nəşri isə yazır ki, baş verənlər dövlətçilik sistemini çökdürür: “Paşinyan artıq 4 ildir hakimiyyətdədir və Ermənistanda dövlət sisteminə qeyri-ciddi yanaşma davam edir. Problem ondadır ki, dövlət idarəetmə sistemi siyasi komanda yoldaşlarını və tərəfdarlarını işə götürmək, onları işlə təmin etmək yerinə çevrilib. Nəticədə dövlət quruluşundan kilometrlərlə uzaqlarda olmuş və hələ də uzaqlarda olan insanların yüksək vəzifələrə təyin olunmasının şahidi oluruq. Ancaq bir sıra sahələrdə bu yanaşmanı müəyyən mənada başa düşmək mümkün olsa da, dövlət idarəçiliyinin ən əsas halqalarında buna dözmək olmaz, çünki bunlar birbaşa dövlət təhlükəsizliyi ilə bağlıdır. Amma bu hakimiyyətin apardığı siyasət sübut edir ki, onlar dövlətin təhlükəsizliyinə o qədər də önəm vermirlər, heç nəyə fikir vermirlər. Onlar üçün əsas olan odur ki, dövləti zəiflətmək bahasına da olsa, hakimiyyəti saxlaya bilsinlər. Əks halda, müharibə vəziyyətində olan ölkədə Milli Təhlükəsizlik Xidmətinin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərləri qısa müddətdə cib dəsmalı kimi dəyişdirilməzdilər. Cəfəngiyat hətta o yerə çatıb ki, müharibə təhlükəsi havada qalmaqda davam edir, amma bizdə aylardır Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunmayıb. Hakimiyyət isə Baş Qərargah rəisini təyin etməməyi onunla əsaslandırır ki, əslində heç bir fərq yoxdur, Baş Qərargah rəisi səlahiyyətlərini icra edən şəxs öz səlahiyyətlərini tam yerinə yetirir. Belə olan halda sual yaranır ki, niyə digər əsas dövlət məmurları, xüsusən də müdafiə naziri səlahiyyətləri icra edən səviyyədə deyillər? Bununla belə, onlar məmur olduqları üçün öz səlahiyyətlərini yerinə yetirəcəklər. Yaxud da, ola bilsin ki, Baş Qərargah rəisinin təyin olunmaması hakimiyyətin qorxu və narahatlığı ilə bağlıdır, çünki ötən il Baş Qərargah rəisinin rəhbərlik etdiyi hərbçilər Baş nazir və hökumətin istefasını tələb ediblər. Həmin tələb nəticəsində daxili siyasi böhran yarandı və Paşinyan çətinliklə öz hakimiyyətini saxlaya bildi. Böyük ehtimalla, indi hakimiyyət silahlı qüvvələrin mövqelərini zəiflətməyə çalışır ki, birdən-birə ikinci dəfə tələb irəli sürməyə cəsarət etməsinlər. Böyük hərbi təcrübəyə və biliyə malik hərbi qulluqçuların ordudan uzaqlaşdırılması və ya barələrində cinayət işi açılaraq nüfuzdan salınması da bu kontekstə uyğundur. Bir sözlə, dörd il ordunu zəiflətdikləri kimi, bu gün də zəiflətməyə davam edirlər. Eyni zamanda maraqlıdır ki, müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyində struktur dəyişikliyi etdikdən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinin icrası ilə bağlı yeni model yaradılacağını bəyan edir. O qeyd edir ki, Baş Qərargah rəisi Müdafiə nazirinin birinci müavini təyin olunacaq. 44 günlük müharibə şəraitini araşdırmaq üçün istintaq komissiyasının qərarı ilə dəyişikliklərə etiraz edən yüksək rütbəli hərbçilərin sıradan çıxarılması həyata keçiriləcək”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ