Cümə günü, 13 noyabr 2026
     

Dünya sürətlə nüvə müharibəsinə yaxınlaşır...

Image


Ukraynadakı müharibə nüvə gücləri arasında gərginliyi artırıb və onların nüvə arsenalları soyuq müharibədən sonra ilk dəfə olaraq tezliklə böyüməyə başlayacaq. Bu qənaətə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) analitikləri gəlib.

İnstitutun Kütləvi qırğın silahları proqramının direktoru Vilfred Vanq da vəziyyətin mürəkkəb olduğunu bildirir: “Bütün nüvə gücləri öz arsenallarını artırır və ya təkmilləşdirir, onların əksəriyyəti nüvə ritorikasına və nüvə silahlarının hərbi strategiyalarında oynadığı rola daha çox yer verir ki, bu da çox narahatedici tendensiyadır”. Həqiqətən də, Kremlin “xüsusi hərbi əməliyyat” adlandırmaqda israrlı olduğu Ukraynada müharibənin başlamasının üçüncü günündə Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Onu da qeyd edək ki, Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir, ümumilikdə müxtəlif gücə malik 5977 nüvə başlığı var. Bu da ABŞ-da olandan 550 ədəd çoxdur. Birlikdə Rusiya və ABŞ-ın payına dünyadakı bütün döyüş başlıqlarının 90 %-dən çox düşür. Bununla belə, İnstitutun qeyd etdiyi kimi, onlara yaxın gələcəkdə 300-ə yaxın yeni buraxıcı raket şaxtasını istifadəyə vermək niyyətində olan Çin çatmağa çalışır. Qurumun məlumatına görə, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər döyüş başlıqlarının ümumi sayı 13080-dən 12705-ə düşsə də, onlardan ən azı 2 000-i daim yüksək hazırlıq vəziyyətindədir. Bu silahın işə düşə biləcəyi növbəti məkan qismində Ukraynanın adı getdikcə daha çox çəkilir. BMT Baş katibinin müavini Rameş Racasinqam qeyd edir ki, Ukraynada bir vaxtlar ağlasığmaz olan nüvə müharibəsi təhlükəsi yenidən mövcuddur. Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynada baş verənlərə görə nüvə müharibəsi təhlükəsini tamamilə istisna etmək olmaz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, nüvə müharibəsi təhlükəsi realdır və onun yolverilməzliyi Rusiyanın prinsipial mövqeyidir.

Məhz belə bir vaxtda Polşanın keçmiş xarici işlər naziri Radoslav Tsikorski bəyan edib ki, Qərb hökumətləri Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün ölkəni nüvə silahı ilə təmin etməlidir. Onun sözlərinə görə, Rusiya Budapeşt Memorandumunu pozub və Ukraynanın təhlükəsizliyinin təminatçıları sırasında olan Qərb də itkiləri kompensasiya etmək üçün heç nə etməyib. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə bildirir ki, Radoslav Tsikorskinin Ukraynaya nüvə silahının verilməsi ilə bağlı açıqlamaları Avropanın mərkəzində nüvə münaqişəsinə təhrik edir: “Avropa Parlamentinin üzvü, Polşanın keçmiş xarici işlər naziri Ukraynaya nüvə silahı verməyə çağırıb. Tsikorski Avropanın mərkəzində nüvə münaqişəsinə təhrik edir. O, nə Ukraynanın, nə də Polşanın gələcəyini düşünür”. Rusiya XİN nümayəndəsi Mariya Zaxarova da məsələyə münasibət bildirib: “Amerikanın idarə etdiyi Polşa siyasətçiləri ekstremist ideologiyalar nümayiş etdirir, nifrət yayır, münaqişələri qızışdırır və indi planeti nüvə silahının yayılmaması rejiminin pozulması ilə hədələyir. Amma ən əsası, onlar dünyanın nüvə bölgüsünə cəlb olunan Polşa xalqını təhlükə altına qoyurlar”. Qərb dövlətləri, xüsusən də  ABŞ tez-tez Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi haqda çıxışlar edir. Bu çıxışlar, sanki Rusiyanı nüvədən istifadə etməyə sövq etmək üçündür. Radoslav Tsikorskinin və digərlərinin açıqlamaları isə Rusiyanın əlinə əlavə bəhanələr verir. Ukraynanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Yelçenko isə bu durummda bildirir ki, nüvə silahından istifadə edilməməsinə zəmanəti yalnız onların tam məhvi verə bilər: “Dünyada vəziyyət kökündən dəyişib. Əgər biz Ukrayna kontekstində Budapeşt memorandumundan danışırdıqsa, bu gün Moskvanı eşidəndən sonra heç bir ölkə heç bir nüvə zəmanətinə inanmayacaq”. Bütün bunlar Avropa məkanında nüvə silahından istifadə ehtimalını yüksəldir. Amma bu xüsusda problem təkcə Avropa ilə məhdudlaşmır. İsrailin baş naziri Naftali Bennet qeyd edir ki, Tehran da artıq nüvə silahı istehsalına təhlükəli dərəcədə yaxındır: “İran misli görünməmiş sürətlə uranı zənginləşdirir və nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxındır”. Bennet bu kontekstdə dünya ictimaiyyətini İsrailə qoşulmağa və Tehrana təzyiqi artırmağa çağırıb. Həqiqətən də İran uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqaların istehsalını və quraşdırılmasını sürətləndirib. Bu arada onu da qeyd edək ki, 35 ölkəni təmsil edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nüvə fəaliyyəti ilə bağlı məlumatı təqdim etmədiyinə görə İran hökumətini tənqid edən qətnamə qəbul edib. Qətnamədə İran hökuməti MAQATE ilə əməkdaşlıq etməməkdə günahlandırılıb. Buna cavab olaraq İran müasir sentrifuqaların quraşdırılması və nüvə obyektlərində MAQATE müşahidə kameralarını söndürüb. Bildirilir ki, bu, İranın Agentliyin rəsmi Tehrana qarşı qəbul etdiyi qətnaməyə cavabıdır. İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadənin sözlərinə görə, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa özlərinin planlarını MAQATE -nin nüfuzundan daha üstün tutdular və dünyada ən şəffaf və dinc atom proqramına malik ölkəyə qarşı səhv və tələsik qətnamə qəbul etdilər. Bu fonda İranın nüvə silahının istehsalı istiqamətində faıliyyətini daha da genişləndirməsi gözlənilən hesab olunur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ